Страницы

19.09.2013

Elə sevək ki, sonradan peşman olmayaq!

Leyla Namazova

Hər kəsin hər zaman sevib-sevilməyə ehtiyacı var. Bu hissləri açıq-aşkar bacardığı qədər biruzə verənlər və göstərənlər kifayət gədərdi. Sevən kəs qarşı tərəfdən onun əvəzini, yəni qarşılığını umur. Lap qədimlərdən sübut edilib ki, qarşılıqlı sevgi daha güclü, daha əzəmətli və yaddaqalan olur. Çünki birtərəfli sevgi qarşı tərəfə çox əziyyət verir. Əslində sağlam və təmiz sevgi qarşılıqlı olmalıdı. Hər iki tərəf öz hisslərinə hakim olub o hissləri qarşı tərəfə dayanmadan hər gün deyib sübut etməlidi: heç nəyi qizlətmədən və heç nədən çəkinmədən.
Ancaq hərdən elə anlar da olur ki, insan istəmədən, bilmədən kiməsə vurulur, aşıq olur və bu hisslərini aşiq olduğu tərəfə açıb deməyə cəsarət edə bilmir.
Hisslərini açıq-aşkar göstərə bilmir. Onu gizlicə sevib, xəlvəti olaraq qəlbində saxlayır, onun həsrətilə yaşayır. Xəyallarında onu canlandırır, beynindən onu əksi getmir, dilində ancaq onun adı olur. Bu qarşılıqsız sevgi platonik sevgi adlanır.
Bir insanın xəbəri olmadan, onu yaxından tanımadan sevmək mümkündürmü? Onu hər gün xəyal edib onun barəsində düşünmək, beynində onun hər hərəkətini, hər sözünü təsvir və analiz etmək necə də çətin, həm də çox ağır və dözülməzdi. Belə sevgi hətta əzab da verir sevən kəsə. Ən əsas da bu dözülməz vəziyyət bir yerdə işləyən, hər gün bir-biri ilə rastlaşan insanlar üçün çox çətindi. Sevdiyi tərəf məncə anlayır ki, öz hisslərini açıb qarşı tərəfə desə bəlkə də heç nə dəyişməyəcək, çünki o qarşı tərəfində öz şəxsi həyatı, ailəsi, sevdiyi qadın və ya kişi, ya da tam başqa problemləri var. Ancaq elə qadın və ya kişi var ki bu sevgidən özünə təsəlli tapıb bu sevgi barəsində öz hisslərini heç kimə deyə bilməyib içində özlərini yeyir və bəlkə də o an dünyanın xoşbəxt insanı olmaqdansa çox bədbəxti sayırlar özlərini. Çünki hər şey var, amma özlərində cəsarət tapıb bu sevgini reallığa çevirə bilmirlər. Bu hisslərin adı nədir: sevgi, yoxsa sadəcə kimdənsə xoşlanmaq? Amma yox əgər bu sadəcə xoşlanmaqdısa, onda bu elə də əhəmiyyətli böyük dərd deyil, ötəri hissdi.
Çox adam bir-birindən xoşlanır, bu gün xoşlandı sabah unudub yadından çıxardacaq. Yox əgər bu sevgidirsə, burada məsələ bir az qəlizləşir. Çünki sevginin insana bəxş etdiyi hisslərlə oynamaq olmaz. Mən düşünürəm, əgər biri kimisə sevirsə, mütləq bu hissləri qarşı tərəf bilməlidi, çünki onun da haqqı var öyrənsin ki, onun dərdindən divanə olan kimdir. O sevgi, rəğbət tanınmışlara qarşı da ola bilər, lap yüksək vəzifəli məmur, müğənni, məşhur sənət adamı da ola bilər. Burada qəbahətli bir şey yoxdur. Əgər birinə platonik sevgi bəsləyirsinizsə, bundan çixiş yolunu ancaq qarşı tərəflə söhbət edib bu hisslərdən ona danışmaq lazımdı. Sonradan isə qərar vermək olar: həyatı necə davam etdirməli, yoxsa real bu platonik sevgini real sevgiyə çevirməli?
Platonik hissi keçirən insan elə olur ki, hərdən sonadək gedir, istədiyi adamın sevgisini müxtəlif üsullarla qazanmağı bacarır. Elə insan da var ki ömrünün axırına kimi cürəti çatıb sevdiyi şəxsə sevgisini bəyan edə bilmir. Həqiqətən bu sevgi sirr olaraq qalır sevilən şəxsə qarşı. Və bu zaman geri çəkilmək, yoxsa mübarizə aparmaq lazımdır? Bir sözlə, platonik sevgi həqiqətən mövcuddurmu?
Məsələn hərdən qızlar falçıların yanına getməklə hər hansı bir müğənninin və yaxud da xoşladıqları insanın şəkilini aparıb onlardan əməl etməyi xahiş edirlər. Xahiş edib deyirlər ki: "Elə edin ki o kişi mənə vurulsun, mənim olsun” və bu kimi boş mənası olmayan gülünc şeylər. Hərdən də əməl edirlər,guya bunların əməli ilə hər hansı bir kişini əldə edib, onları özlərinə aşiq edə biləcəklər, o kişi onlara birgə olacaq.Cəfəngiyat.Necə deyirlər bu həm gülməli həm də ağlamalıdıkı,necə axı insanlar özlərini məhv edirlər. Daha fikirləşmirlər ki falçınin əməli ilə iş düzəlmir,o insan səni tanımırsa,ümumiyyətlə sevgi yoxdursa heç bir əməl kömək edə bilməz.
Şahidi olduğum hadisə haqqında qısaca danışmaq istərdim. Mənim bir rəfiqəm var, çox yaxşı xanımdı. Bildiyimə görə o, həqiqi mənada uzun müddət bir insanı sevib, ona qarşı çox güclü hissləri olub.Yəni, sözün əsl mənasında, onun dərdindən ölüb və indi də ona qarşı hissləri ölməyib. Yenə də onu sevir, onun varlığı ilə yaşayır və inanır ki, nə vaxtsa onunla görüşüb ona öz hissləri barədə danışacaq. Onun bu sevgi macərası 4 il əvvəl başlayıb. Rəfiqəm onu görüb vurulub, necə deyərlər, bir könüldən min könülə aşiq olub. Ancaq kişinin bu barədə heç xəbəri olmayıb. O kişi çox imkanlı və vəzifəli birisidi və belə "aşiq olan qızları” hər gün görür. Həmçinin o kişi evlidi və qızdan 2 dəfə böyükdü, bu da məsələni bir balaca çətinləşdirir.
Evli kişilərə aşiq olmaq onların bundan xəbəri olmadan nə dərəcədə düzdü? Rəfiqəm neçə dəfə istəyib onunla görüşüb hisslərini bölüşsün, amma cürət etməyib, bəlkə də qorxub mənfi cavab almağa və yaxud da kobud davranışla üzləşməmək naminə belə edir. Qız o kişini həqiqətən çox sevib və bu gün də sevir. Hər dəfə onun adını eşidəndə gözləri par-par parıldayır, özünü görəndə isə həyəcandan tirtir əsir. Ona məsləhət verəndə ki, - "unut getsin, acı çəkəcəksən, hələ cavansan başqasını sevərsən, gələcəyin hələ qabaqdadı, beynindən sil” - razılaşmır ki, razılaşmır. Özündə şəklini gəzdirdiyi kişinin şəkli ilə də yatıb-durur.
Biçarə qızı qınamaq olmur, bəlkə hələ özü də anlamır ki, bu həqiqətən sevgidi, ya sadəcə ehtiras. Mən əminəm ki yaxın zamanda o qız öz "aşiqi ilə” görüşüb bu məsələyə son qoyacaq, hər şeyi olduğu kimi, yəni dərdini açıb-danışacaq. Buna çox iddialı olan rəfiqəm mənə hətta deyib ki, onunla görüşüb hissləri barəsində ona deyəcək…
Mən də ona deyirəm ki hər şeyi düşün sonra görüş,çünki bu platonik sevgidi.Mənim sözüm ona bu olub ki, sevgidə o yox sən əziyyət çəkə bilərsən. O, evli insandı. Sənin sevgin isə platonikdi. Bəlkə o dedi ki, xanım, mən sizi tanımıram, necə oldu ki mənə aşıq olduz,nəyə görə məhz məni seçdiz,məndən indi nə istəyirsiz, o bu sualları mütləq verəcək. Bəlkə heç o rəfiqəmlə görüşmək istəmədi, bəlkə o onun heç xoşuna da gəlmədi ki, söhbət etsin, Təki axırını Allah xeyirə calasın.Belə platonik sevgi nə gədər davam edə bilər 5 il, 10 il, 20 il… Əvvəl-axır bu hisslər ölür axı, hər şeyin bir sonu var.Və gizlicə sevdiyimiz insan ya həyat yoldaşı olur, ya axıra kimi dost qalır, yəni xəbəri olmur ki, onu sevən birisi var. Yaxud da bu hisslər tamamilə ölür. Ancaq məncə əgər insan lap platonik sevgi olsun kiməsə bəsləyirsə gec tez bu hisslər üzə çixib bilinəcək. Məncə bu platonik sevgidə elə bir gəbahət iş yoxdu,onunda özünə məxsus gözəlliyi və macərası var.Mən buna hətta macəralı sevgi, əyləncəli səyahət dolu sevgi də deyə bilərəm. Çünki platonik sevgi o gədərdə ciddiyə almaq lazım deyil. Sadəcə bir şeydə demək olarki bu ürəkdən gələn bir hissdi, bu hissi öldürməkdə olmaz,açıb deməyədə hər insan cürət etmir. Ona görədə bu olaydan baş çıxarmaq bir balaca çətindi.Bir də ki gəlin elə sevək ki, sonradan peşman olmayaq!

Комментариев нет:

Отправить комментарий