Страницы

25.09.2013

Göz həkimi Bəşər Əsəd

Ülviyyə Tahir
                  
Həkimlik karyerasından prezdentliyə qədər yol keçən Bəşər Əsəd kimdir?
11 sentyabr 1965-ci il təvəllüdlü B.Əsəd Suriyanın ən önəmli partiyalarından biri olan BƏƏS partiyasının rəhbəri və 11 sentyabr hadisələrindən sonra Qərbin ən ümdə düşmənlərindən biridir. Bəşər Əsəd diktatura qurubmu? Əgər qurubsa buna necə nail olub? Bu kimi suallar daim biz tarixçiləri maraqlandırıb. Çünki sivil cəmiyyətdə diktatura anlayışı o qədər hürkütücüdür ki, bu gün hansısa toplumun diktatura şəraitində yaşaması demək olar ki, absurddur.
Fikrimi əsaslandırmalıyam, amma bunu məqalənin sonuna saxlayıram və B. Əsədin necə hakimiyyətə gəlməsinin izahına başlayıram.
Diqqət!!! Tarix dərsi başlanır.
1930-cu ildə yoxsul şiə ailəsində dünyaya göz açan Hafiz Əsəd, bütün yoxsul ailələrin uşaqları kimi əsgər olmaq istədi. 1955-ci ildə Hums Hərbi Akademiyasından pilot kimi məzun olan Hafiz Əsəd karyerasında komandirliyə qədər yüksəldi.
1961-ci ildə Misir dövlət başçısı Nasirin rəhbərlik etdiyi "Pan-Ərəb" utopiyasını gerçəkləşdirmək üçün qurmaq istədiyi Birləşmiş Ərəb dovləti planından Suriyanın çəkilməsinə qarşı cıxmasına görə H.Əsəd ordudan xaric edildi. Ordudan ayrıldıqdan sonra 16 yaşından bəri üzvü olduğu BƏƏS partiyasının əsgəri bölməsində önəmli yerə sahib oldu.
Tezliklə Suriyanın siyasi həyatında əhəmiyyətli fiqurlardan birinə çevrilən H. Əsəd 1970-ci ildə qansız bir qiyamla hakimiyyəti ələ keçirdi.1971-ci ildə isə baş tutan prezident seçkiləri ilə hakimiyyətə gələn H.Əsəd 2000-ci ilə qədər (ağciyər xərçəngindən ölənə qədər) vəzifəsində qaldı.
Ailə yaşamını qətiyyən mediyaya sızdırmayan H.Əsədin üç oğlu və bir qızının olduğu alayarımçıq məlimdur. Lakin ailəsinin bir xəbəri qətiyyən dünya mətbuatından gizli qalmadı. Bu da, illərlə əmək verərək vəliəhd kimi yetişdirdiyi böyük oğlunun 1994-cü ildə avtomobil qəzasında ölməsi xəbəri oldu. Bu hadisə H.Əsədi elə bir depresiyaya saldı ki, O tezliklə xərçəngə tutuldu.
H.Əsədin ölümündən sonra hakimiyyət qısa müddətliyə A.Həddamın əlinə keçsə də, Bəşər Əsəd hakimiyyətə gəldi. Onun hakimiyyətə gəlməsi üçün isə Suriya dövlət idarəçiliyində qəribə bir addım atıldı. Bu qəribə addım nə idi: Suriyada prezident seçilmək üçün 40 yaş senzi var idi. B.Əsədin prezident seçilə bilməsi üçün cəld parlament toplandı və yaş senzi 34-ə endirildi.
B.Əsədin əsl peşəsi həkimlikdir.1988-ci ildə Şam universitetindən məzun olan B.Əsəd 1992-ci ildə təhsilini tamamlamaq üçün İngiltərəyə getmişdir. Göz həkimi kimi ixtisaslaşan Bəşər 1994-cü ildə qardaşının ölümü ilə bağlı Suriyaya dönmüşdür. Elə bu dönüşlə Suriyadan ayrılmayan Bəşər orduya daxil olmuşdur. Atasının səyləri nəticəsində 1996-ci ildə Suriya Silahlı Qüvvələrinin rəhbərliyinə gətırılmişdir.
Atasının ölümündən sonra ordu və parlamentin dəstəyi ilə hakimiyyətə gələn Bəşər ilk gündən antiamerika və antiisrail siyasəti yeritməyə başladı ki, bununla bir çox Şərq dövlətlərinin də simpatiyasını qazandı.
B.Əsədin getdiyi yolda ən böyük yardımçısı sözsüz ki, həyat yoldaşı Esma Əsəddır. İngilis vətəndaşı olan Esma dünya mətbuatı tərəfindən “Çöldə açan çiçək” təxəlüsünü də qazanmışdır. Qərb təhsilli olan bu qadın daim bəlli brendlərdən geyindiyi paltarları və gözəlliyi ilə daim medianın diqqət mərkəzində olmuşdur. Onu əvvəllər Şərqə Qərb mədəniyyətini daşıyan biri kimi daim alqışlayan Qərb mətbuatı bu gün onun yalnız lüks düşkünü olduğunu söyləyir. Bu yaxınlarda İnistagramda paylaşdığı şəkildə qolunda bahalı bir brenddən arıqlatma bilərziyi də diqqətdən kənar qalmadı. Lakin B.Əsədin siyasi mövqeyinin dəyişilməsi ilə medianın bu qadına münasibətinin dəyişilməsi insanı həqiqətin əslində harada olması haqqında şübhəyə salır.
B.Əsədin öz şəxsiyyəti barədə isə müəllimi Edmund Shclunberq (1992-ci ildə B.Əsəd on səkkiz ay bu alimin yanında təcrübə keçib) İngiltərənin “Daily Mail” qəzetinə bellə söyləyir:” Bəşər Əsəd çox istedadlı idi. Onun bir dövlət başçısının oğlu olduğunu biruzə verməsini heç vaxt sezmədim. Bir dəfə bir xəstəyə mikro cərahiyyə tətbiq etmişdi. Sadəcə olaraq mükəmməl.Mənim fikrimcə o bir həkim olaraq daha istedadlı idi, bunu o vaxtlar özünə demişdim”
İndi qayıdaq məqalənin əvvəlində qeyd etdiyim diktatorluq məsələsinə. Bir ölkədə hakimiyyətin bir şəxsin əlində cəmlənməsinə diktatura deyilir. B.Əsəd hakimiyyətini nəzərdən keçirdikdə isə bu ölkədə oturuşmuş diktaturadan söhbət gedə bilməz. Bəs müxalifət? Bəli sualınızda haqlısınız. Niyə müxalifət Əsəd rejimi ilə sivil danişiqlara getmir? Bu məsələlər isə bizə dünya siyasətinin qaranlıq nöqtələrinə sürükləyir ki, o qaranlıq nöqtələrdə bizə Hüsnü Mübarək və Müəmmar Qəzzafi yoldaşlıq edə bilər. Şahmat taxtasının növbəti gedişinin qurbanı göz həkimi Bəşər Əsəd, xalqının layiqli rəhbəri Bəşər Əsəd, yoxsa irticacı, diktator Bəşər Əsəd olacaq?!
Ərəb baharı, yoxsa Şərqə yeni Səlib yürüşü?!
Suallar çoxdur. Lakin bunları cavablandırmaq üçün isə yenə tarixin keçmişinə və gələcəyinə vicdanlı şəkildə baş vurmaq lazımdır.

Комментариев нет:

Отправить комментарий