Страницы

25.09.2013

Ölmüş hüceyrələr

Rövşən Novruzoğlu

Araşdırma materiallarına görə müharibədən çıxan Sovet Səhiyyə Sistemi üçün iki milyon Amerika dolları, üstəlik əlavə olaraq Londonun ayırdığı iki milyon funt-sterlinq çox vacib idi.
1951-ci ilin noyabrın 3-də mutasiyadan sonra güllələnmiş iki azərbaycanlı qadının meyidi polkovnik M.N.Qurinin sərəncamı ilə (6 saylı sərəncam) Rostovdan Moskvaya – MN-nin 1 saylı xəstəxanasına göndərilir. Həmin ilin noyabrın 4-dən 5-ə keçən gecə isə meyidlər xüsusi, açılması qadağan hesab olunan tabutlarda Moskvadan Vaşinqtona yola salınır. 

Məlumata görə leytenant V.D.Markovun meyidinin yandırılması ilə, ərazidəki ölüm hallarının dayanması eyni günə düşdüyündən, insanlar qorxu və təlaş içində idi. General A.A.Mayorov topladığı, əldə etdiyi materiallara əsasən, Kremldəki həmkarı İ.M.Matveyevə yazırdı:”...Mənə elə gəlir ki, Dumanlı Dərədən kimsə dünyaya nəzarət edir... Bu mümkündürmü, bilmirəm. Amma bir kəşfiyyat generalı kimi qənaətlərim gizli bir həqiqətin olmasından xəbər verirdi...”
Məlumata görə 1951-ci ilin dekabrın 12-də Kreml Ağdaşın Dumanlı Dərəsilə bağlı növbəti qapalı iclasını keçirir. Həmin yığıncaqda general A.A.Mayorovun məktubu oxunur. Kəşfiyyat generalı məktubunda xatırladır ki, dəfələrlə Dumanlı Dərənin üstündə qırmızı ulduz topasını müşahidə edib. Amma bütün bunların nə olduğunu anlamır. General onu da xatırladır ki, daha heç kəs Dumanlı Dərədə yaşamaq istəmir. Orada həyat dayanıb... Amma əslində orada heç vaxt həyat sönməyib, davam edib. Bu gün də davam edir. 
Kremlin Dekabr yığıncağının materialları arasında çox lazımlı və öyrənilməsi gərəkli hesab olunan ikinci bir məsələ də müzakirəyə çıxarılmışdı. Məzmun başqa da olsa, hədəf eyni idi. Şübhəsiz, biz genetik kodlarımızın zədələnməsində özünü göstərən və Kremldə müzakirəyə çıxarılan həmin məsələ ilə bağlı geniş materiallar verəcəyik.
Araşdırma materiallarına görə professor, genetik, İttifaqın MN-də bağlı klinikaların birində işləyən Mixi Zakkayeviç Faxratdinov ona tapşırılan “Bölünmə əməliyyatı”na başçılıq etməli idi. Bəyimağacı ərazisində qurulmuş kiçik evlərdə həkim nəzarəti altında saxlanılan “mutasiya uşaqları” təcili bölünməli, nəzərdə tutulan ərazilərə aparılmalı idi. “Mutasiyadan” doğulanların doqquz iqlim qurşağı altında bölünməsi “Mk-layihəsi” adı altında icra olunacaqdı. Layihəyə görə regionlarda məskunlaşan azərbaycanlılara məxsus əsl azərbaycanlı cizgilər silinib, itməli, onun yerini isə hələlik qaranlıq qalan və dərk olunmayan cizgilər əvəz etməli idi. Nəticədə əsl azərbaycanlı siması itməli idi. O yerlərdə həqiqi azərbaycanlı doğulmamalı idi. Professor M.Z.Faxratdinov həkim dostu E.D.Serafimoviçə (qovluqdakı 56 saylı məktub) xatırladırdı ki, Siyasi Büro, bütövlükdə Kreml əsl azərbaycanlının doğulmasından qorxur. Səbəblər çoxdur...
Araşdırma materialları içərisində professor, genetik M.S.Xakimovanın da məktubu maraq doğurmaya bilmir. Məlumata görə professor M.S.Xakimova qeyd edir ki, Kreml azərbaycanlıların genetik inkişafından xüsusi bir narahatlıq keçirirdi. Professor M.S.Xakimova yazır:”...Krekldə məndən soruşdular: hər hansı bir genetik kodu öldürmək, dəyişmək və zədələmək üçün nə qədər vaxt lazımdır? Dedim: düz on il. On il lazımdır ki, gendəki milli mənliyi, torpaq sevgisini, insana olan məhəbbəti, mərdliyi və qürur hissini, ləyaqəti... nişan verən kodlar ölsün. Bundan sonra o millətin və yaxud etnik qrupun dirilməsinə heç bir lüzum yoxdur... Doğulan və doğulmaqda olan hər kəs şikəst doğulur...”
Araşdırma materiallarına görə Azərbaycan 1920-ci ildən həm Moskvanın, həm Londonun, həm Vaşinqtonun, həm Parisin, həm Şərqi Avropa ölkələrinin bir neçəsinin əsl mənada canlı laboratoriyalarından birinə çevrilmişdi. Maraqlı idi ki, dövrün mətbuatında, çap olunmuş elmi-tədqiqat sənədlərində, kitab və dərsliklərdə... bununla bağlı heç bir məlumat verilmir. Nə üçün Azərbaycan? Nə üçün azərbaycanlılar? Bu məsələlərə aydınlıq gətirmək istəyilə yenə məxvi, tam məxvi qovluqlardakı materiallara üz tutduq. Bütün bunların aşkarlanması çətin də olsa, bizim üçün çox gərəkli və önəmli idi. Əldə olunan fakt və məlumatların isə dəyəri heç nə ilə ölmülə bilməzdi. Bunu hesablamaq mümkün olan məsələ deyildi.
Araşdırma materiallarına görə Azərbaycanda Məhəmməd Peyğəmbərin (s.ə.) on iki imamın soy-kökünə, qanına damarlarına bağlı olan 196 nəsil şəcərəsi var.Yəni respublikada 196 nəsil imam nəslinə bağlıdır və genetik kodlar üst-üstə düşür. Toplanmış məlumatlardan o da məlumdur ki, bu genetik kodlar arasında maraqlı fərqlər var. (Məsələn 1952-ci ilin iyun ayının 20-də Moskvada olan ingiltərəli “Taylafer” həkim qrupu VIII-əsrin tarixi və təbabət sənədlərinə əsasən iddia edirlər ki, İslam Peyğəmbərinin nəslinə məxsus qan hüceyrələrinin quruluşu və bölünmə sürətində (?), eləcə də qanın rəngində... fərqlər var. Bütün bu fərqlər onlara imkan verir ki, öz bədən quruluşlarına görə, sümük möhkəmliyinə görə və beyin qatlarına görə... başqalarından fərqlənsinlər. Dünya təbabəti hələlik bütün bunların qarşısında aciz qalıb. Qeyd edim ki, Taylafer qrupu bütün bunların kökünü araşdırmaq, öyrənmək və təhlil etmək üçün Azərbaycanın doqquz bölgəsinin üstündə dayanır. Bununla bağlı əlavə məlumatlar olacaq.)
Fikrimcə Azərbaycana qarşı edilən təhdidlərin, xarici kəşfiyyat başçılarının, mənəvi və genetik kodların zədələnməsi, mutasiya layihələri... kimi ağır ittiham məsuliyyəti tərəflər arasında bölündüyü üçün heç kəs təqsirkar görünmür və məsuliyyətə cəlb olunmur. Mutasiya olunmuş döllərin doqquz iqlim qurşağı üzrə bölünməsi və yaxud paylanması İttifaqın Səhiyyə Sistemində yeni mərhələni təşkil etməli idi. Bölgüyə qədər baş verənlər xüsusi qovluqlarda “Tam məxvi” qrifinə salındı. 
Azərbaycan millətilə bağlı 1922-ci ilin martın 4-nə olan məlumata baxmamaq mümkün olmadı. Nə etməli? Bütün məsələləri yarımçıq saxlamaq, bir az da əvvələ qayıtmaq lazım gələcək. Çünki ortada Azərbaycan millətinin, Azərbaycan dövlətinin qəribəliklərlə dolu olan və açılmayan, oxunmayan tarixi var. Hərbi kəşfiyyat məktəbinin psixologiya kafedrasından qovulmuş və çox möcüzəli şəkildə salamat qalan polkovnik A.B.Dubson (o həm də iki illik hərbi həkim kursunda epidemiya ilə bağlı “Araşdırma kursu”nda təhsil alıb) Kremlə on yeddi səhifəlik məktubunu yazır. Araşdırma materiallarına görə kəşfiyyat polkovniki Dubson Arkadiy Borisoviç ixtisasca nevropotoloq olub. Ölkənin hərbi-sənaye komplekslərində əsəb sistemi ilə bağlı tədqiqatlarda iştirak edib. Petroqraddakı (indiki Sankt Peterburq) Psixologiya və əsəb sistemləri fakultəsini, 1921-ci ildə Hərbi Akademiyanı bitirib. (Əsas mövzunu yadda saxlayın.) Polkovnik Dubson Arkadiy Borisoviç 1921-ci ildə diplomatik işə dəvət olunub, Urmiyyədə, Təbrizdə, Məşhəddə Baş konsul, konsul işləyib. 
Məlumata görə 1922-ci ilin martın 4-də imzalanmış məktubunda polkovnik A.B.Dubson etiraf edir ki, o, işlədiyi ərazilərdə bir həkim psixoloq və nevropotoloq kimi ancaq azərbaycanlı ailələr ilə təmasda olur, onları tədqiq edirdi. (?) Polkovnik yazır:”...Mən işimlə bağlı Təbrizə getmişdim. Yerli camaat orada – Anaxatun və bir az ondan aralı Xace-Mərcan yaşayış ərazilərində biri-birindən çox da fərqlənməyən, lakin dəmir qapıları olan və tikanlı məftillərlə əhatə olunmuş iki düşərgəni nişan verdilər... Bu adamlar 1918-ci ilin mart qırğınlarında (Ermənilərin Azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər nəzərdə tutulur) Əsir və girov götürülmüş azərbaycanlılar idi. Hər iki düşərgəyə ingilislər başçılıq edirdi. Hər iki düşərgənin giriş qapısında bayraq üçün mancanaqlar (tərcümə) asılmışdı. Bütün bunlara baxmayaraq hər iki düşərgəni araşdırmalı, öyrənməli idim. Düşərgələrdəki kiçik elmi-tədqiqat mərkəzləri haqqında ısə ilkin məlumatı Moskvanın Tehrandakı rezidenturasından mayor V.V.Drozdin vermişdi... Bu düşərgələrdə ingilislər bayraqlarını gizlətmişdilər. (Farslar düşərgələrə buraxılmırdı). Londondan ezam olunmuş həkim qrupları azərbaycanlı qaçqınlar üzərində bütün istiqamətlərdə tədqiqatlarını davam etdirirdilər. Mən 1921-ci ilin dekabrın 25-də MN-nin Hərbi Kəşfiyyat İdarəsinin məsul işçisi polkovnik M.İ.Belkindən məxvi məktub aldım. Məktuba görə mən düşərgələrdə gedən bütün prosesləri öyrənməli idim. Moskva qarşımda çox ciddi və dövlət əhəmiyyətli bir məsələ qoymuşdu... İngilis həkimləri həmçinin düşərgələrin hər birində kiçik qanköçürmə laboratoriyaları da açmışdılar. Anaxatun düşərgəsində “Harriman qrupu” çalışırdı. Bu düşərgədə 16 nəfər Böyük Britaniyadan gələn həkim genetik-cərrah, psixoloq, nevroloq, embrioloq, taksikoloq... çalışırdı. Xace-Mərcan düşərgəsi isə daha qapalı idi. Hər iki düşərgə Təbrizin qərbində salınmışdı. Öyrəndiyimə görə Anaxatun düşərgəsində ancaq qadın və qızlar saxlanılırdı... Elmi təcrübələrdən salamat çıxmayanlar düşərgədən azca aralı salınmış qəbristanlıqda qazılmış çalalara atılırdı...” Polkovnik A.B.Dubson daha sonra yazır ki, o, hətta Anaxatun düşərgəsinə girməyə cəhd edib və bir neçə cəhddən sonra o, elmi-tədqiqat laboratoriyalardan birinə girib. Aparılan təcrübələrdən alınmış bəzi nəticələrlə tanış olub. Kəşfiyyat polkovniki yazır:”...Mən milliyyətcə yəhudi olan, lakin ingilis adı ilə düşərgə laboratoriyasında tədqiqatlar aparan professor Old Simens Bermen (?) tərəfindən hazırlanmış məlumatların bir neçəsilə tanış oldum... Cərrah stolunun üstündə təqribən 20 yaşlı bir qadın gördüm... Mən onu təsvir etməkdə çətinlik çəkirəm. Professor Bermenin məlumatlarından oxudum ki, onu bu qadının süd vəziləri... daha çox maraqlandırır. Nəticəni sizə yazıram:- professor Bermen iddia edir ki, hər bir millətin özünə məxsus ana südü var... Azərbaycan qadınına məxsus ana südü bənzərsizdir. Bu südün tərkibində 16 xəstəliyi müalicə edən, bu xəstəliklərə qarşı güclü immunitet yaradan əlamətlər var. Bu südün tərkibində olan “Letto” maddəsi (mən bu istiqamətdə sorğu apardım. Amma həkimlərimiz bu maddənin nə olduğunu anlamadılar – R.N.) heç bir millətin ana südündə yoxdur. Bu südün tərkibindəki “hüceyrələrlə” bəşəriyyəti dilemma qarşısında qoyan şəkər xəstəliyini, xromosom zədələnmələrini, ürək-damar və beyin çatışmazlıqlarını... aradan qaldırmaq mümkündür. Ən ağrılısı odur ki, Anaxatun laboratoriyasında hər gün bir qadın, uşaq və yaxud həddi buluğa çatan bir qız... cərrah stoluna çıxarılır,.. onların əzaları üstündə ən qəddar və amansız tədqiqatlar aparılır... Alimlər azərbaycanlıların beyin yarımkürələri istiqamətində, eləcə də onurğa sütunlarından götürülən “insan iliyi” ətrafında daha çox çalışırlar...”
Mən bütün bunları nə üçün xatırlatdım? Sizə göstərmək istədim ki, azərbaycanlılar üstündə hələ ötən əsrin 20-ci, 30-cu illərində canlı laboratoriyalar qurulur. Və bu canlı laboratoriyaların da “xammalı” elə əsir və girov götürülmüş, qaçaraq canlarını qurtaran... azərbaycanlılar olub. Həkim - polkovnik A.B.Dubson məktubuna davam edərək qeyd edir:”...Mən həkim Bermenin qeydlərində daha ciddi məsələlərə rast gəldim. O, iddia edir ki, azərbaycanlı olan (mən bütün yazı və qeydlərdə “türk” sözü əvəzinə azərbaycanlı işlədirəm. Bunu qəbul edin.- R.N.) qadının bütöv bədəni yeddi hissəyə bölünmüşdü. İngilis genetik qeyd edirdi ki, o, qadının ürəyini açarkən, o istiqamətdə qeyri-adi məsələlərlə üz-üzə gəlib.(Biz polkovnik A.B.Dubsonun laboratoriyadan əldə etdiyi kartotekalar haqqında məlumatları, diri-diri kəsilib, doğranılan, hissələrə bölünən... azərbaycanlı qadın və qızların adlarını, ünvan və kimliklərini açıqlamırıq. Amma güman edirəm, lazımdır. Digər tərəfdən ola bilsin ki, nə vaxtsa ayılıb, özümüzə gələndən sonra, Anaxatun və Xacə-Mərcan ərazisindəki qalalara atılmış insanların sür-sümüklərini axtarıb tapa bilək... Ümüdvaram ki, aramızda eləsi olacaq ki, tapılan bu sümüklərlə... Britaniya Krallığından tutmuş, Ağ Evin qapısınadək, Kremlin divarlarından tutmuş... BMT “sarayları”nadək... hamının qapısını döysün... Hər halda bütün bu ağrılı-acılı səhifələrdən sonra... əsas mövzumuzu yaddan çıxarmayın. Çünki buna nə sənin, nə də mənim haqqım çatır. R.N.) Məsələn, mən onun qeydləri arasında rast gəldim ki, 15 saylı “xəstə”nin (hansıki, həkim Bermen onun üstündə əməliyyatlar aparır, genetik araşdırmalar edirdi) soy-kökü əslən Bakıdan təqribən 150km məsafədə olan, Əngəxaran deyilən bir yaşayış məntəqəsindəndir. (Əngəxaran Şamaxının kəndidir, Pirqulu yolunun üstündə yerləşir. R.N.) İngilis həkim Bermen iddia edir ki, üzərində tədqiqat apardığı qadının ürəyinin üstündə vaxtilə Qüdsdə din xadimi olmuş ana babasının çap etdirdiyi “Sorğu piramidası” kitabında təsvir etdiyi müqəddəs və toxunulmaz hesab etdiyi Mələk surətini (şəklini, əksini) görüb... Bermen 43 səhifəlik laboratoriya qeydlərində 17 dəfə bu barədə danışır... O, həmişə bu barədə dediklərinin fərziyyə və yuxu olmadığını iddia edir:”...Mən görmüşəm, görürəm və görməyimdə davam edirəm...”-deyən ingilis həkimi (əslən yəhudi-R.N.) Bermenə heç kəs inanmaq istəmir. Bermen belə bir məsələnin üstündə də dayanır ki, azərbaycanlı qadının süd vəzilərinin, ana südünün gücü və qüdrəti də elə ürəkdə görünən mələkdədir. Allahın toxunulmaz və müqəddəs saydığı mələyində... Həkim Bermenin qeydlərində oxudum:”...Hələ Allah dünyada heç bir millətin anasına belə bir “hədiyyə”, belə bir “vergi” əta etməyib...” Bermen bu cümlələri ivrit dilində yazdığından mən onu başa düşdüyüm kimi tərcümə etdim... Öyrəndiyimə görə Bermen 1922-ci ilin sonlarında bütün bunlarla bağlı Böyük Britaniya Krallığına Lloyd Corc adlı birisinə (?) məxvi məktub yazır və bu məktub da ələ keçir... Sorğularıma görə həmin məktub ölkənin kəşfiyyat xidmətinin arxivində saxlanılır... Mən onu da öyrəndim ki, artıq 34-cü azərbaycanlı qadındır ki, həkim Bermen və onun qrupu... araşdırır, tədqiq edir. Amma bütün bunlar mənu hələ də düşündürür... Nə üçün azərbaycanlı qadınları canlı laboratoriyaların hədəfinə çevrilib? Görünür daha ciddi məsələlər var... Ona isə mənim gücüm çatmır. Amma Anaxatun və Xacə-Mərcan ərazilərində qurulmuş, insanlıqdan və vicdandan kənar salınmış “genosid ocaqları”nın... törətdiyi cinayətlərlə bağlı bütün Təbrizi, Urmiyyəni, Ərdəbili... nəhayət Tehranı ayağa qaldıra bilərəm... Mənə cavab verin...”
Polkovnik Dubsonun məktubu cavabsız qalır. Amma özümüzdə təpər tapıb Anaxatun və Xacə-Mərcan yaşayış məntəqələrini araşdırsaq, 1918-ci il erməni qırğınlarına məruz qalmış yüzlərlə azərbaycanlının adsız və ünvansız məzarlarına rast gəlmək mümkündür... Polkovnik Dubsonun məktublarında və yaxud “Xüsusi arayış”ında qeyd olunur ki, Anaxatun yaşayış zolağında (şimala tərəf təqribən 250-500 metr məsafədə) Şirvandan qovulan (Şamaxı, Göyçay, Ağsu yaşayış məntəqələrindən) 186 nəfər qadının (Bermenin məxvi kartatekasına əsasən) adsız, ünvansız məzarı var. Bizim günahsız, kimsəsiz, tənha qalan bakirə qızlarımızdan, analarımızdan nə istəyirdiniz, cənablar?..
Araşdırma materiallarına görə kəşfiyyat polkovniki Dubson əldə etdiyi kartotekalarla da bağlı “Xüsusi arayış” hazırlayıb. Şübhəsiz, biz bununla əlaqəli əldə etdiyimiz məlumatları Sizinlə bölüşəcəyik. Mən bunu mütləq etməliyəm... Yenidən təyinatı üzrə mutasiyadan sonra... bölünən döllərə qayıdıram. 
Məlumata görə hərbi həkim, professor, kəşfiyyat mayoru M.Z.Faxratdinov 1952-ci ilin yanvarın 7-də Yevlaxda yaradılmış “Moskva Punktu”na çağırılır. (“Moskva Punktu”- keçmiş DTK-nın Yevlax yaşayış məntəqəsində məxvi “qaydalara” əsasən yaradılmış “Nəzarət məntəqəsi” kimi də qeyd olunur. Əlavə məlumata görə “Moskva Punktu” MN-nin 3 saylı hərbi-sənaye kompleksinin toksikologiya və genetik kodların araşdırılması şöbəsinin başçısı akademik, S.M.Kvarts adlı bir generalın təşəbbüsü ilə yaradılmışdı. Digər bir məlumatda isə (şöbənin əməkdaşı, polkovnik A.A.Qusevin akademik haqqında kəşfiyyat məlumatı) bildirilir ki, akademik A.M.Kvarts Yevlax – Ərəbbəsra yaşayış məntəqəsində 375 səhifəlik elmi-tədqiqat işləri aparıb. Bu barədə danışacağıq.) Kəşfiyyat mayoru Faxratdinov həkim dostu E.D.Serafimoviçə ünvanladığı yeni məktubunda xatırladır:”...Mən bölgüdə iştirak edə bilmədim... Moskvaya qayıdıram. Görüşərik. Mənim bu işlərdən uzaqlaşma səbəblərini aydınlaşdıra bilmədim... Məni Bəyimağacda leytenant Moskva Hərbi Akademiyasının məzunu Andrey Qriqoriyeviç Şamşin əvəzləyəcək. Bu adam Azərbaycanı tanımır. Yevlaxda onu gördüm. Təzə gəlmişdi. Döllərin regionlara paylanması ona tapşırılmışdı... O, azərbaycanlılara qarşı amansız və qəddar bir ruhda böyüyən adam idi. O, əsl cəllad idi... Mənə onun haqqında akademik, mənim müəllimim olmuş S.M.Kvarts danışmışdı...”
Məlumata görə akademik S.M.Kvarts tələbəsi olmuş, professor M.Z.Faxratdinovu qoruya bilmədi. Əksinə, MN-nin Hərbi Kəşfiyyat İdarəsində onu məcbur etdilər ki, tələbəsi olmuş professor M.Z.Faxratdinovun əleyhinə ifadə versin. Akademik verdiyi yalan ifadədən sonra1952-ci ilin fevralın 16-da öz evində intihar edir... Professor M.Z.Faxratdinov isə azərbaycanlıları müdafiə etdiyi arayışa görə (?) həbs olunur.
Uzun müddətli araşdırma materiallarına görə arxivlərdə akademikin cəmi 310 səhifəlik əlyazması, yəni Azərbaycanda apardığı elmi-tədqiqat işlərinin bir hissəsi qalır. (Biz Akademik S.M.Kvartsın elmi-tədqiqatlarını əldə etmək üçün iki il yarım gözləməli olduq. 1952-ci ilin yanvarın 21-də onun bütün işləri dayandırılır. Kitablarına, elmi məqalələrinə qadağalar qoyulur. O da məlum oldu ki, akademikə heç vaxt icazə verilməyib ki, öz həqiqi adı, soy-kökü ilə çıxış etsin. Onun əsl adı İvan Maksimoviç Turin və yaxud İvan Sedov (Raqiboviç) olub.) Araşdırma materiallarına görə akademik S.M.Kvartsın elmi-tədqiqatlarında Aərbaycanın çox möcüzəli və ulu tanrıdan ayrılmış “yüz dörd yaşayış məntəqəsi” var. (Bunu akademik göstərir – R.N.) O, göstərir ki, bu yüz dörd məntəqədə hələ 1839-cu ildən dünya alimləri, filosoflar, genetiklər, təbiblər... araşdırmalar aparır. Azərbaycanın yüz dörd məntəqəsi əsrlərdən bəridir ki, ələk-vələk edilir. Akademik yazır ki, (biz onun intihar etdiyi vaxt köməkçi-asistenti olmuş həkim-tədqiqatçı Uqruma Aleksandrovanın ifadəsini də çap edəcəyik.) Gülüstan sülh müqaviləsindən sonra (1828-ci il) Azərbaycan iki hissəyə bölündü. O, əlavə edir:”...Bununla da bu millətin genetikasında odu söndürmək üçün su olmadı,.. suyu qızdırıb, qaynatmaq üçün od olmadı...” Şübhəsiz, mən bütün bunlara məcazi mənada yanaşıram. Amma müxtəlif yanaşmalarda bu məsələlərin kökü var. Araşdırma materiallarına görə Dumanlı Dərə haqqında ilk mətləbləri məhz akademik S,M.Kvarts açıb. Ona haradan, hansı mənbələrdən gəlib, bu da maraqlıdır. (Mən mövzuları, fikir və düşüncələri, fakt və sənədləri biri-birinə qarışdırmaq istəməzdim. Onsuz da bu tədqiqat çox çətinliklə, əzab və əziyyətlə başa gəlir.) Akademiklə, onun tələbəsi M.Z.Faxratdinovla bağlı məsələləri burda saxlayıram... Qayıdaq Göyçay yaşayış məntəqəsindəki Bəyimağaca. 
Araşdırma materiallarına görə kəşfiyyatçı-həkim M.Z.Faxratdinovdan sonra “Mutasiya” layihəsinin icrası ixtisasca mühəndis olan, 1951-ci ilin fevralın 1-də isə kəşfiyyata işləmək üçün təyin olunan və 1952-ci ilin martın 19-dan Bəyimağaca göndərilən A.Q.Şamşinə həvalə edilir. Məlmata görə 1952-ci ilin martın 26-da isə, “Mutasiya” layihəsinin birinci mərhələsi (Göyçay ərazisində) Bəyimağac yaşayış məntəqəsində yekunlaşır. Kəşfiyyat leytenantı, əlavə olaraq doqquz nəfərin imzası ilə yekunlaşan “Mutasiya” layihəsi haqqında ilk “Məxvi Arayışı” şəxsən SSRİ Nazirlər Sovetinin Sədri İ.V.Stalinin adına göndərir. Məxvi qaydada hazırlanan arayış həmin vaxt Azərbaycanda olan və ardıcıl olaraq iki gün Azərbaycan KP MK-nin Birinci Katibi M.C.Bağırovun yanında qapalı şəkildə iclas keçirən general İ.B.Pavlovun şəxsi mühafizəsi altında Kremlə çatdırıldı. Arxiv sənədləri arasında arayışla bağlı maraqlı məlumatlar var. Məsələn A.Q.Şamşin qeydlərində (MN-nin BKİ-nin hərbi-sənaye kompleksinə verdiyi izahatdan çıxarış) iddia edir ki, “Mutasiya”dan sonra əmələ gələn doqquz döl regionlar üzrə aşağıdakı qaydada bölündü: 1.Astraxanbazar (Cəlilabad-R.N.), 2.Şamaxı, 3.Zakatala, 4.Şuşa, 5.Laçın, 6.Bakı, 7.Kirovabad (Gəncə), 8.Qazax, 9.Qutqaşen (Qəbələ).
Araşdırma materiallarına görə kəşfiyyat leytenantı A.Q.Şamşin general İ.B.Pavlovla bağlı şəxsi mülahizələrini yazır. O, qeyd edir:”...Mən bir saatdan artıq təkbətək general Pavlovla söhbət etdim. O, mənə xatırladırdı ki, bizim gördüyümüz iş əsas layihənin (o, əsl layihənin adını mənə demədi) birinci mərhələsidir. Onun fikrincə ikinci mərhələ on yeddi ildən sonra icra olunmalı idi. Anladım ki, bu döllər on yeddi il yaşayışları nəzərdə tutulan ərazilərdə qalmalı (daha dəqiq desək, yaşamalı)... ailə qurmalı (onlar nəzərdə tutulan nəsillərin övladları ilə evlənməli idilər)... yeni döllər yetirməli idilər. Bu, mənim fikrimcə əsl inkubasiyadan başqa bir şey deyildi... Söhbətdən aydın oldu ki, general Pavlov Azərbaycanı çox gözəl tanıyır və regionlar haqqında müfəssəl məlumata malikdir. O, mənə əlavə iyirmi il də bu yerlərdə işləməyimi məsləhət bildi. Yəni yeni döllərin də bölgüsünü mən aparmalı idim. Yeni döllər isə Lerik, Lənkəran, Ağcabədi, Səlyan, Gədəbəy, Şəmkir, (Yevlax ərazisində artıq xüsusi stansiya, yəni mərkəz yaradılmışdı), Balakən, Qarabağ (?), Bakı ətrafı kəndlər (Romanı və Əmircan) idi...”
Məlumata dörə general İ.B.Pavlovun da həyatı uzun sürmür. Məxvi arayışdan sonra generaldan 1952-ci ilin martın 28 və 29-da Azərbaycan KP MK-nin Birinci Katibi M.C.Bağırovla etdiyi söhbətlərin geniş təfsilatı tələb olunur. 1952-ci ilin aprelin 9-da isə general heç bir səbəb olmadan həbs olunur və şəxsi arxivindən “Azərbaycan genetikası və mutasiyadan alınan döllərlə bağlı qeydlər”i ələ keçir. O, ingilis cəsusu kimi ittiham olunur. Leytenant A.Q.Şamşin yazır:”...Hər şey bir anda baş verdi. General İ.B.Pavlov tələm-tələsik... güllələndi. Onun güllələnmə tarixi 1952-ci ilin aprelin 14-nə təsadüf etdi. Mən artıq taleyimə düyün vurmuşdum... Sonradan Siyasi Büroda “kuryer” işləyən (əslində bu adla tam məxvi işləri icra edən D.M.Lomonosov – Beqlov) dostum xatırlatdı ki, generalı Azərbaycan KP MK-də işləyən və həmişə M.C.Bağırovun yanında gəzib-dolaşan Maarif Nağıyev adlı birisi satıb. (?) Araşdırma materiallarına görə, general İ.B.Pavlovun güllələnməsində bilavasitə iştirak edən Azərbaycan KP MK-nin işçisi sayılan M.Ə.Nağıyevin də taleyi düyünə düşür. Gözlənilmədən ölümcül bir xəstəliyə tutulur... Evindən və işindən qovulur. Nəticədə təhlükəsizlik zabiti olan M.Ə.Nağıyev 1952-ci il, iyunun 14-də, saat 20:35-də vaxtilə onu gəzdirən dövlət maşını tərəfindən vurulur və aldığı zədədən iki saat sonra keçinir. (Taleyə baxın.)
Mən burda onunla bağlı fikirlərimi yarımçıq saxlamağı özüm-özümə məsləhət bildim. (Kəşfiyyat feneralı İ.B.Pavlovun ölüm anı gözlərim önünə gəldi...)
Məlumata görə, ötən əsrin 50-ci illərində Azərbaycanın Astraxanbazar (indiki Cəlilabad) rayonu ərazisində bilavasitə Peyğəmbər Əshabələrilə qan qohumluğunu təsdiq edən və yaxud tarixə Peyğəmbər (s.ə.) nəslinə bağlı olan on yeddi imzalı, möhürlü Şəcərə var idi. Araşdırma materiallarına görə, bu on yeddi nəsilin nümayəndələrinin adları heç vaxt məhkəmələrdə, çəkişmə meydançalarında, içtimai yerlərdə pisliyə çəkilməyib. Hamı bu şəcərə altında olan nəslin nümayəndələrindən ehtiyat edib. Başqa bir məlumatda isə göstərilir ki, 1952-ci il, iyulun 5-də Respublika Ali Məhkəməsinin iclas zalında, Moskvadan gəlmiş üç kəşfiyyat zabitinin (İ.İ.Maslov, M.S.Qriqoryev, Ş.P.Batum) iştirakı ilə qapalı iclas keçirilir. İclasın gündəliyində faktiki olaraq heç bir məsələ qoyulmamışdı. Digər tərəfdən bu iclasda iştirak edən 25 nəfərin hamısı respublikanın təhlükəsizlik və milis orqanlarında, prokurorluqda çalışan, milliyyətcə rus, gürcü, erməni... olanlar idi. (?) Qapalı yığıncaqda çıxış edən kəşfiyyat leytenantı A.Q.Şamşin qısa çıxışında iddia etdi ki, “Mutasiya layihəsi” istənilən nəticəni verib. Göyçay ərazisindəki Bəyimağac qrupu artıq “Mutasiya” döllərini Kremlin nəzərdə tutduğu yaşayış məntəqələrində yerləşdirib. İclasdan sonra Moskvaya, ölkənin Baş Kəşfiyyat İdarəsinə ünvanladığı “Məxvi arayış”ı göndərən leytenant A.Q.Şamşin yazır:”...Moskva, 1952-ci il.VII-9. Mutasiya üzrə istintaq qrupunun rəhbəri general-mayor S.P.Mixaylova.
Bu mənim məxvi qaydalara riayət edərək, Sizə ünvanladığım ikinci “Arayış”dır. (Kiçik tərcümə düzəlişləri edilib-R.N.) Qaydalara uyğun olaraq məlumat verirəm: 1952-ci il, iyulun 5-də Bakıda keçirilən qapalı iclasda iştirak etdim. İclas məhkəmə binasında keçirilirdi. Moskvadan göndərilən üç kəşfiyyat zabiti, İ.İ.Maslov, M.S.Qriqoryev və Ş.P.Batum iştirak edirdi. Mənə təklif olundu ki, “Mutasiya layihəsi” haqqında göniş məlumat verim, xəritədə doğulmuş döllərin məskunlaşma ərazilərini göstərim. Mən isə bütün bu açıqlamalardan imtina etdim. Nəticədə məni iclas zalından çölə qovdular. 
Əlavə olaraq bildirirəm ki, mən “Mutasiya uşaqları”nın ekiz tayını (oğlanları) Astraxanbazarda yaşayan, 1826-cı ildə İrandan köçüb gələn Hacı Qurbamzadə Mir Saleh Seyid Cəfər Ağanın nəslindən olan ailələrdə yerləşdirdim. Yazıb, əlavə məlumat verirəm ki, Hacı Qurbanzadə Mir Saleh Seyid Cəfər Ağa kəşfiyyat materiallarına əsasən əsl azərbaycanlıdır və nəsildə qan qarışığı yoxdur. Hacı Qurbanzadə şiə müsəlmanlarının möhkəm bağlandığı İmam Hüseyn (Məhəmməd Peyğəmbər s.ə. nəvəsi) qanındandır. Xüsusi sənədi var. Sənədi (yəni Şəcərəni) din xadimləri arasında sayılıb-seçilən “Qan heyəti” (komissiyası-R.N.) imzalayıb. Onların sayı on dörd nəfərdi.
Yoldaş general-mayor S.P.Mixaylova əlavə məlumat verirəm ki, İmam Hüseyn qanı genetik baxımdan mərd, döyüşkən, zülmə və ədalətsizliyə boyun əyməyən, cəsarətli, vicdanlı... vətən, ailə, nəsil və millət... Allah, Quran və din sevgisini (o bütün dinlərə hörmət və ehtiramlı olub)... özündə birləşdirən hüceyrələrlə əhatə olunub. Bu genetik kodlar isə hələlik öyrənilməyib. Məlumat verim ki, Cənub zonasında geniş hörmət və ehtiram sahibi olan Hacı Qurbanzadə Mir Saleh Seyid Cəfər Ağa nəslinin təqribən iyirmi beş faizini qız uşaqları təşkil edir.
Əlavə məlumat verəcəm. İmza edirəm...”
Araşdırma materiallarına görə genetika elmində, ümumən təbabət və səhiyyə sistemində ən çox öyrənilməyə cəhd ediləsi VII-əsrin və az da ondan qabaqkı əsrlərin genetik kodlarının araşdırılması, tədqiq edilərək, öyrənilməsi olub. Maraqlıdır. Dünya genetikləri bütün bunlara sahib ola biliblərmi? Məsələn, məşhur ingilis alimi, dini baxımdan, ilahi qanunlarla insan hüceyrələrini, xromosomları... qanın yaranma proseslərini tədqiq edən Eduard Kerd (1835-1908) iddia edir ki, yer üzündə... bəşəriyyətdə ən güclü “qan yaratma sistemi” və yaxud mərkəzi İslam dünyasının və yer üzünün sonuncu peyğəmbəri Məhəmmədə (s.ə.) və onun nəslinə, xüsusən qızı xanım Fatiməyə məxsusdur. O, qeydlərində göstərir:”...Yer üzünün dünənki , bu günkü və gələcək möhtəşəm insanları (bütün sahələrdə) öz genetik kodlarının başlanğıcını məhs o nəsildə axtarmalıdır. Mən “möhtəşəm” dedim, qəddar və qaniçən yox...” Tədqiqatın başqa bir tərəfi də var. Məlumata görə ingilis alimi dörd yaşında ikən, yəni 1839-cu ildə çox ağır və sağalmaz iflic xəstəliyinə mübtəla olur. Onun onurğa sütunu getdikcə quruyub, gücdən düşür. “Xatirələrim”də alim yazır:”...Ağır keçən uşaqlıq illərimi xatırlayan atam deyir ki, mənim həyata qayıtmağımda ingilis həkimi, bizim ən yaxın qan qohumumuz olan Albertin böyük rolu olub. O, məni atamdan istəyib ki, sağaltsın. Atam da razı olub. Çünki artıq getdikcə yaşamaq qabiliyyətimi itirirdim. Mən ingilis ordusunun polkovniki olan atam üçün gərəksiz idim... O, məni çox çətinliklə, bağrına basıb, əzizləyə-əzizləyə həkim Albertə verdi. O vaxt həkim Albert ingilis həkimi “Herber Skott ekspedisiyası” ilə Qafqaza gəlirdi. Mən də onunla gəldim... Sonra qan qaynayan vaxt, yəni mart ayında o, məni çox yaşlı bir qadınla Azərbaycanda Bərdə deyilən bir yaşayış məntəqəsinə apardı. Çox güzaranlı yer idi. Oradan kiçik, amma suyu çox olan bir çay keçirdi. Həkim Albert yaşlı qadının məsləhətilə məni həmin çayın (yəqin ki, bu çay Tər-tər olub. O vaxt həmin çaya Köpüklü çay deyirdilər. Bunu etnoqraflar daha yaxşı bilər – R.N.) kənarındakı “Üç guşə” deyilən bir yerə gətirdi. (Yaşımın az olmasına baxmayaraq, hiss edirdim ki, daha ölürəm... Mən bunu hiss edirdim. Başqa nə hiss edə bilərdim ki...) Məni soyundurub, çılpaq etdilər. Ağzı üstə yaxşı yonulmuş, sal bir daşın üstünə uzatdılar. Elə bil məni yanar bir ocağın içinə atdılar. (Həkim Albert mənə hər şeyi danışırdı. O, gözəl və təmiz adam idi.) Üç gün o daşın üstündə uzandım. Mən əməlli başlı yanırdım. İkinci gecə hiss etdim ki, qırc olmuş əllərim və ayaqlarım qıpqırmızı olub. Quruyub əldən düşən damarlarıma qan gəlirdi. Onurğa sütunum hiss edirdim ki, nəfəs alır. Bu möcüzə idi. Amma ən böyük möcüzə isə irəlidə idi...”
Araşdırma materiallarına görə qeyd olunan “Üç guşə” Bərdə yaşayış məntəqəsinin Şərqində salınmış ərazilər olub:
1. Güloğlular. (Rus tədqiqatçısı E.M.Popovun araşdırmalarına görə. Araşdırma 1919-cu ildə aparılıb.)
2. Çələbilər. (Fars tədqiqatçısı Ə.A.Hüseyninin araşdırması.)
3. Otuzikilər. (Türk tədqiqatçısı Aydın Meracın tədqiqatları.) 
Əldə etdiyimiz faktları bir az da dəqiqləşdirdik. Məlumata görə rus kəşfiyyat sənədlərində bu üç ərazi Kremlin ciddi nəzarətində olub və 1961-ci il, iyulun 9-dan bu üç ərazi (məxvi sənədlərdə də “Üç guşə” adlanıb.) Siyasi Büronun sənədlərində xarici həkimlər və yaxud digər peşə sahibləri üçün qapalı elan edilib. Əlavə olaraq əldə olunan məlumatlara görə Moskva regionda əsl azərbaycanlının doğulmasından və bu təmiz, saf artımdan qorxurdu. Məlumata görə 1952-ci il, dekabrın 31-də, yeni il gecəsində İ.Stalinə telefon açan M.C.Bağırov yeni il təbrikindən sonra, qəfil verilən suala görə xeyli fikirləşməli olur. Kiçik söhbətdən sonra İ.Stalin soruşur:- ...Cəfər, necə bilirsən, indiki şəraitdə (?) Qafqaza əsl azərbaycanlı lazımdırmı?.. “Üç guşə” sizə lazımdırmı?..
M.C.Bağırov üçün bu sualların cavabı çox çətin idi. Onun təhlükəsüzliyini yəmin edən polkovnik V.Seyfullayev xatırlayır ki, bu suala cavab tapmaq üçün M.C.Bağırov üç gün götür-qoy etdi. Və sonda telefona əl yetirib, Kremlə - İ.Stalinə zəng etdi. O, çox qısa və konkret bir cavab verdi:-Bəli, yoldaş Stalin. Azərbaycana əsl azərbaycanlı lazımdır...
Bu o vaxt idi ki, kəşfiyyat xidmətinin başçısı L.Beriyanın beş nəfərdən ibarət xüsusi təyinatlı nümayəndə qrupu “Üç guşə”yə təşrif gətirir. Biz bütün bunlar haqqında əlavə danışacağıq. 
Mən çox təəssüf edirəm ki, Tər-tər çay sahilləri ərazisindəki bu üç məskən; Güloğlular, Çələbilər, Otuzikilər... hələlik öz tarixi dəyərini ala bilməyib. Tam dəqiqliyilə araşdırılıb, öyrənilməyib. Mən yenə qatıdıram ingilis həkim Albertin dediklərinə.O, xatırladırdı:”...”Üç guşə” kimi möcüzələr yaradan yerlər Azərbaycanda yüzdən biridir... Bu yerlər Kerd ailəsinin qan qrupunu dəyişdi...”
Araşdırma materiallarına görə ingilis həkimi, “Herber Skott” Qafqaz ekspedisiyasının toksikoloqu Ronald Albert Londona qayıtdıqdan sonra “Üç guşə” haqqında geniş kəşfiyyat arayışını “Mİ-6” xüsusi xidmət idarəsinə təqdim edir. 1952-ci ildən 1955-ci ilədək Sovet İttifaqının Böyük Britaniyadakı rezidentlərindən olan polkovnik Aftandil Mironoviç Baskakov Moskvaya ünvanladığı açıqlamasında iddia edir ki, ingilislər Azərbaycandakı “Üç guşə” və digər ərazilərlə (?) ciddi maraqlanır, bu istiqamətdə əlavə informasiya və məlumatlar toplayırlar.
Mən bu yerlərlə əldə etdiyim fikir və düşüncələrə yenidən qayıdacam.
Araşdırma materiallarına görə 1952-ci il, avqustun 8-də Hacı Qurbanzadə Mir Saleh Seyid Cəfər Ağanı evində ildırım vurur.(?) Leytenant A.Q.Şamşin ölkənin Hərbi Kəşfiyyat İdarəsinin II qrupuna başçılıq edən, polkovnik M.A.Furmanın adına 702 saylı teleqram göndərir:”...Avqustun 9-da (1952-ci il) təsdiq olunmuş “xüsusi siyahı”dakı üçüncü adamı ildırım vurdu. Onun evinə düşən ildırım, onun evini və özünü külə döndərdi. Uşaqlar salamatdır... Araşdırmalar davam edir, əlavə məlumat verəcəyəm... İmzamı təsdiq edirəm... Lənkəran. Sərhəd Dairəsi...”
Məlumata görə daha etibarlı olsun deyə, və yaxud məlumatın məxvi saxlanılması üçün A.Q.Şamşin teleqramı Lənkərandakı Sərhəd Qoşunlarından göndərirdi. Teleqramı oxumaq, yaymaq qadağan olunmuşdu... (Amma bu teleqramla bağlı, onun göndərilməsi, imzalanması... istiqamətində əldə etdiyim digər məlumat da var. Tədricən bununla bağlı açıqlamam olacaq. Bütün bunlar araşdırmalarımızın daha da aydın olmasına yardımçı olacaq.)
Məlumata görə Astraxanbazar ərazisində böyük nəsil, oğul-uşaq sahibi olan Seyid Cəfər Ağanı axşam namazında ildırım vurmuşdu. 1952-ci il, avqustun 9-da “Kommunist” qəzeti (Bakı) dördüncü səhifəsində respublikanın Cənub bölgəsinə, Lənkəran –Astara zonasına düşən güclü leysan yağışlardan və ildırımdan alovlanan iki kəndi, meşə zolağını nişan verir, Astraxanbazarda din xadimi Seyid Fəfər Ağanın yanaraq vəfat etməsindən yazırdı. Oğlu Vəli Ağa öz açıqlamasında isə bildirirdi ki, nəslin İmam hümmətinə bağlı olmasını göstərən nəsilŞəcərəsi də Hacı ilə birgə yanıb, kül olmuşdu...
Araşdırma materiallarına görə 1952-ci il, dekabrın 22-də kəşfiyyat leytenantı A.Q.Şamşinin hərbi rütbəsi vaxtından qabaq iki dəfə artırılır və ona mayor rütbəsi verilir.Bu isə onun sonuncu rütbəsi olur. 1952-ci il, dekabrın 26-da isə Siyasi Büronun növbədən kənar iclasında qərara alınır ki, “Mutasiya layihəsi” davam etdirilsin və bu məsələ hökümət və dövlət sənədlərində “tam məxvi” qrifilə möhürlənsin, xarici kəşfiyyatın, daxili və xarici düşmənlərin aktivliyini nəzərə alaraq, nəzarət qaydaları daha da ciddi bir şəkildə tədbiq edilsin. Başqa bir məlumatda isə bildirilir ki, 1952-ci il, dekabrın 27-də “Mutasiya layihəsi”lə bağlı Azərbaycanın regionları üçün “əlavə tədbirlər” planı işlənib, hazırlansın. Planın həyata keçirilməsi, nəzarət qaydalarının icrası 1949-cu ilin mayından 1951-ci ilin oktyabr ayınadək Azərbaycan Səhiyyə Sistemini yeniləşdirmək üçün Bakıya ezam edilmiş hərbi kəşfiyyat generalı Mixail Mixayloviç Narimanova tapşırılır. Ona əlavə səlahiyyətlər verilir. 
Məlumata görə hərbi həkim, mayor A.Q.Şamşin “Mutasiya layihəsi” istiqamətində Moskvaya, nəzərdə tutulan ünvanlara 14 “Məxvi Arayış” göndərib. Biz isə uzun axtarışdan sonra onun cəmi yeddi arayışını əldə etdik. Onun Rostovdakı mənzilində olduq, şəxsi arxivinə nəzər saldıq. Amma heç bir şey əldə edə bilmədik. O, özündən sonra adi bir həkim kimi kiçik bir şəxsi arxiv qoyub, gedib. Məlumata görə o, sonuncu məxvi arayışını 1952-ci il, dekabrın 28-də yazıb. Hərbi həkim A.Q.Şamşin qeyd etdiyimiz arayışda maraqlı, tariximiz üçün, milli maraqlarımız üçün vacib sayılan məqamlara toxunur.

http://yenixeber.info/

Комментариев нет:

Отправить комментарий