Страницы

01.09.2013

Göz yaşı ilə isladılan düyü dənələri

Şəbnəm Hümbətova

İftara az qalmışdı deyə, məsciddəki səs küy yüksəlmişdi. Hamı bir birinə sözünü eşitdirsin deyə hündürdən danışırdı. Ona görə də diqqət edəndə kimin nə danışdığı aydın eşidilirdi. Yerə sərilən süfrə arxasında əyləşən xanımlardan süfrəyə yemək gətirənləri diqqətlə süzənlər də var idi, təsbeh çevirib zikr edən də, iftar süfrəsi arxasında dedi qodu edənlər də.
- Bu gələn Asəf deyil?
- Hə o dur.
- Buna bax pulun başından tökülə, utanmadan gəlib məsciddə kasıblarım yeməyini yeyəsən. Deyirəm adamda üz yoxdur da.
- O indi özü iftar verməlidir e camaata. Evində yeməsin deyə, məscidə gəlib. Allah, sən özün bilən məsləhətdir, amma belələrini görəndə adam oruc ağzı ilə söymək istəyir.
- Əşi, sən niyə ona görə orucunu pozursan. Allah hamının ürəyinə görə versin.

- Elə belələri varlı olur da. Qəpik qəpik yığır. Xəsis olurlar ki, qurban olduğum şikəst övlad verir də.
Qadınların bu söhbətini yerə düşən məcməyinin səsi kəsdi. Hamını diqqəti anidən səs gələn tərəfə yönəldi. Yerə səpələnən düyü dənələri söhbət edən qadınların dizləri üstünə də düşmüşdü. Məscidin qapısı örtüldü. Heç kim nə baş verdiyi anlamadığı üçün bir birlərinə göz qaş etdilər. Qadınlar dizləri üstündəki düyüləri təmizləyərək süfrənin alıtna atdılar və söhbətlərinə qaldığı yerdən davam etdilər. Məcməyini yerə salan və çölə çıxan 12-13 yaşında bir qız idi. Dayanmadan qaçırdı. Evə girib dərhal otağına qalxdı. Gözündən axan yaşlar çənəsindən damla -damla tökülürdü. Evə kimin gəldiyini görə bilməyən anası, pilləkənlə yuxarı qalxanda qapı yenidən açıldı. Məsciddə sözü bəhs edilən Asəf idi. Həyat yoldaşına başı ilə hər şey qaydasındadır deyib, onu yuxarı qalxmağa qoymadı. Özü qızının arxasınca getdi. Qapını açıb qızının pəncərə ilə yatağın birləşdiyi yerdə dizlərini büküb oturduğunu gördü. Saçını sığallayanda qız başını qaldırdı. Əl işarələri ilə atasına uzun uzadı nə isə dedi. Atası gülümsəyərək, əl işarəsi ilə və tələsmədən aramla “Sə-n on- lar-a fik-ir ver-mə. Qo-y danış-sın-lar.” Dedi. Qız davamlı olaraq eyni əl hərəkətini təkrar edirdi. - Ol-maz qızım. Daha əvvəl də demiş-dim. Sən yaxşı-lı-ğı-nı et Allahdan baş-qa heç kim bilmə-sin. Əgər iftarı biz-im ver-diyi-mizi desək o qadın-lar-dan fərqi-miz olmaz. Həm mən sənə nə de-miş-dim? İnsanl-lar-a üz bə üz söh-bət etmə-dikcə on-ların dodaq-lar-ını oxuya bilmər-sən. Bu doğru deyil. Bir də olma-sın. Indi üzünü yu və məscidə get. Mən də gələ-cə-yəm. Atası nə dedisə də qızı sakitləşmirdi. gözündən yaş elə hey axırdı. Axı o şikəst deyildi. O sadəcə eşitmir və danışmırdı. Onun atası da xəsis deyildi. Ramazanın hər gününün iftarını məsciddə boynuna götürmüşdü. Onlar bunu bilmirdilər. Amma o bilirdi. Atası hər gün kiməsə yardım edən biri idi. Danışa bilsəydi car çəkərdi “atam xəsis deyil” deyə. Məscidə getsə də göz yaşı dinmirdi. Yavaşca qapını açıb içəri keçdi. Hamı diqqətlə mollanı dinlədiyindən qapıdan girənə baxmadılar da. Molla- kişilərin əyləşdiyi yerdə oturduğudan onu görə bilməyən balaca qız kiminsə, nə isə danışdığını fərqinə varmadı. O qədər incinmişdi ki, bu barədə düşünmürdü də. Yavaşca ağlaya ağlaya yeməklər çəkilən stola yaxınlaşdı və düyünü qablara çəkməyə başladı. Molla isə Mədinədə nazil olan 5 ci surə Əl Maidə yəni Süfrə sursəinin 118 ci ayəsini çoxlarının eşitmədiyi bir hekayə şəklində danışırdı. “ Məhəmməd peyğəmbər. S.av. düyünü özünə bənzətmiş və “düyü məndəndir və mən də ondanam”deyə buyurub. Belə deməsinin hikməti budur. Bir gün yerə düşən bir düyü dənəsi sevimli peyğəmbərimizin gözyaşından cücərmiş, bitmişdi. Ağlaması isə bunu üçün idi. Nə zaman yuxudan oyansa bu ayəni oxuyurdu. “Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən”(Əl-Maidə 118) Yenə bir gecə bu ayəni təkrar edib sabaha qədər ağlayıb. Mübarək gözünün yaşı həsiri islatmışdı. Həsirin arasındakı düyü bu göz yaşlarından cücərmişdi. Buna görə də hər bir düyü dənəsi Peyğəmbərimizə (S.A.S) bu ayəni xatırladırdı. Ağlamasını xatırladırdı..”Hekayəni bitirəndə hamı təsirlənmişdi. Süfrə arxasında əyləşən qadınlar əlləri ilə heç kim görməsin deyə ehmalca süfrə altına atdıqları düyüləri götürməyə və dua etməyə başladılar. İnsnlar yaxınlaşıb ifatrdan əvvəl yerə tökülən düyüdən qalan dənələri yerdən yığaraq Allahdan bağışlanmağı dilədilər. Kənarda isə hələ də bir məzlumun gözündən axan yaş düyüləri isladırdı.

Комментариев нет:

Отправить комментарий