Страницы

28.09.2013

Heydər Camal: "Sosial ideallarımız tələb edir ki, sələmçilərə, zülmkarlara qarşı amansız mübarizə aparılsın"

Tanınmış Rusiya politoloqu Heydər Camal yenə də qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Vkontakte sosial şəbəkəsində yayılmış fikirlərində politoloq bunları bildirib:

"Təkcə Amerika qlobalizminə qarşı mübarizə Rusiya və İslam dünyasını birləşdirmir. Onların arasında mənəvi oxşarlıq var- islamın siyasi idealları "rus ideyası" deyilən dünyagörüşünə çox yaxındır.
Rus və islam sivilizasiyası böyük təkallahlıq adət-ənənəsindən başlayır, hansı ki bütpərəstlik tiraniyasına qarşı daim mübarizədədir.
İslamın sosial idealları tələb edir ki, sələmçilərə, zülmkarlara qarşı amansız mübarizə aparılsın, bütün dünya məzlumlarına kömək edilsin, bu isə öz növbəsində rus ideyasında olan ədalət, "kiçiklərə" qarşı mərhəmət, mənəvi həqiqət istəyi olan ideallara çox yaxındı. İlahi həqiqətin və iradəsin gerçəkləşməsi üçün, bütpərəstlik tiraniyasına qarşı mübarizə İslamı və "rus dünyagörüşünü" birləşdirir. Dünya yalanına və dünya şərinə (Antixrist - Dəccal fiqurunda təcəssüm edən) qarşı mübarizə Rusiyanı və İslam dünyasını birləşməsi üçün zəmin yaradır".

Комментариев нет:

Отправить комментарий