Страницы

28.09.2013

Kurtlar vadisi xəstəliyi -2

Əkrəm Hacızadə

Qurtlar öz vadisinin 198-ci seriyasında  işğalçı sionizmin əmri ilə yenə qoyun beyinlərə hücuma keçmişdi. Bu seriada Azərbaycan, Rusiya, suriya və İran mövzusu üzərində xaincəsinə manevr edirdilər. Epizotların birində Poladın bir müşaviri Rusiyanı, İran ilə birləşərək bütün türkiyə və Azərbaycanın sonuna çıxmaq istəyən bir rejim kimi göstərməyə çalışır, digər bir müşaviri isə bildirir ki, "Rusiya Gomrük birliyi etməklə Azərbaycanın neftini qazını sovurmaq istəyir". Polad isə Avrasiya məsələsini faciə kimi qələmə verərək, sanki Türkiyənin bizə canı yanırmış kimi " Azərbaycanı nə Azərbaycanlılar bir kimsəyə yedirər nə də biz izn vermərik. Bunun üçün hər bir riskə girə bilərik." deyir.

Əvvəla burada əsas məqsəd dini dinimizdən, dili dilimizdən, irqi irqimizdən olmayan Amma eyni zamanda bizim Suriyadakı din qardaşlarımızı öz canları bahasına qoruyan, qardaş Rusiyanı zalım, amma Qaniçən və Suriyada xirtdəyinə qədər məsum müsəlman körpələrin qanına batmış və yahudiyə satılmış “Şimrə bənzər müsəlman” olan  Ərdoğan türkiyəsini isə “sülhsevər” göstərməyə çalışırdılar. Bu seriyada da sözügedən məqsədə çatmaq üçün əllərindən gələni etdilər. 
Sonra isə millətə məxsusən də Azərbaycanlılara çatdırmaq istəyirlər ki, guya neftimiz, qazımız və qızıllarımız öz qarnımıza axır. Heç sanki qətiyyən biz Azərbaycanlıları sovuran yoxdur. 
Bundan əlavə görəsən bu gün Sionizmin orta şərqdə 1N-li vuran əlllərindən biri və birincisi olan Ərdoğan, biz türkük deyə bizə canımı yanır? Ümumiyyətlə Türkiyə kim olub ki, Azərbaycanda nəyəsə icazə verməyə? Burada türkiyənin maddi marağı nədir? 
Əlbətdə ki, məsələ gün kimi aydındır. Abş və israil Türkiyənin əli ilə vətənimizin neftinə və qazına sahib olub, bəşəriyyətə qarşı cinayətlərini daha çox və daha böyük etmək istəyirlər.
Sözü gedən epizotda diqqətimi çəkən digər bir məqam isə manitordan danışan müşavirin arxasındakı, Əli (ə)-ın “zülfüqar” adlı qılıncının şəkili oldu. Qeyd etmək yerinə düşər ki, bu qılıncdan bir simvol kimi şiələr və ələvilər istifadə edir, qılıncın üzərində isə həmişə ərəbcə  “ Əli(ə)-dən başqa igid, zülfüqardan başqa qılınc yoxdur” yazılır. Həmin şəkilə diqqət yetirdikdə görürük ki, ərəbcə yazılan bu yazı (لا فتى الا علي لاسيف الا ذو الفقار ) tərsinə yazılıb.
Bu şəkilin mövzuya uyğun olaraq danışanın arxasında olması, təbii ki, subniminal mesajdır. Belə ki, qılınc şəkili ilə, ondan istifadə edənlərə qarşı xalqda mənfi imic yaratmaq və bir də onu demək istəyirlər ki, bu mənfur siyasətlərinə mane olan qüvvələr ələvi və şiələrdir. Onun üzərindəki tərsinə qoyulan yazı ilə isə onu demək istəyirlər ki, yeganə yol bu qüvvələri devirməkdir.
 Həqiqətən də görürük ki, bu gün istər Azərbaycanda müxaliflərin içərisində həqiqi və əsas qüvvə, istərsə də Suriyada müdafiəçi qüvvə İran və hizbullah şiələrdir. Bundan əlavə Azərbaycanda təzyiqə məruz qalan və Suriyada da Ərdoğanın vəhhabilərə köməkliyi ilə öldürülənlər də məhz şiyə və ələvilərdir. 
Əlbətdə ki, Burada Şiələrin və bütün haqqsevərlərə yardım edən Rusiya hədəf olmaya bilməzdi.
Sonda isə Bütün həmvətənlərə tövsüyəm budur ki, bu vadidə qoyun maskası taxmış qurtların xəstəliyindən özlərini qorusunlar.

Комментариев нет:

Отправить комментарий