Страницы

16.09.2013

Qərbin peygəmbəri Maltus

Özünün orta adını həmişə yazılarında qeyd etməyi sevməyən Maltus bu günkü məşhurluğunu bilsəydi yəqin ki, çox təəccüblənərdi. Ruhani olmasına baxmayaraq çox pessimist düşüncələrə malik olan Maltus bir iqtisad alimi kimi şöhrətlənmişdir. Onun bu gün dünya tarixində yeri isə formalaşdırdığı “Maltus nəzəriyyəsi” ilə əlaqədardır. Bu nəzəriyəyə görə dünya əhalisinin sürətlə artması, qidanın tədricən yoxa çıxmasına və son olaraq insanlığın məhvinə gətirib çıxaracaqdır. Bu yaxınlarda “Time” jurnalının köşə yazarlarından biri Maltusun haqlı olmasına haqq qazandırır, hətta onu peygəmbər belə adlandırmaqdan çəkinmirdi.
Həftəlik “Nyu Statesman” də bu barədə öz mövqeyini açıqlamaqdan çəkinmir: “Yer kürəsi bu qədər insanı doyuzdura biləcək qədər zəngin deyil” deyə  Maltusun haqlı olmasını söyləyirdi. Bu siyahiya sol liberal xəttdə dayanan “Guardian” da əlavə edə bilərik. Melanxolik ruhda yazilmiş məqalədə qeyd olunur ki, təkamül nəzəriyyəsinin yaranmasında Ç.Darvini ilhamlandıran Maltus haqlıdır. “Nyu York Times”-ın köşə yazarı bu yaxınlarda yazdıgı yazılarından birinə hətta “Maltus haqlıdır” adlı başlıq atmaqdan belə çəkinməmişdir.
Bu təriflərdən ibarət xor kappelasına diqqət kəsildikdən sonra insanın aglına məntiqi bir sual gəlir: Maltus kimdir və hansı məsələdə haqlıdır?
Tomas Robert Maltus (1766-1834) ingilis ruhanisi ve iqtisadçısıdır. O, 1798- ci ildə (bəzi mənbələrə görə 1789-cu il) yazdığı “Əhalinin sayı(populyasiyası)nəzəriyyəsi” kitabı ilə gündəmə gəlmişdir. Elə kitabın ilk səhifələrində biz onun əhalinin artması haqqında nəzəriyyəsi ilə tanış ola bilərik. Onun fikrincə əhalinin sayının tənzimlənməyəcəyi halda aclıq,səfalət və böhran qaçınılmaz olacaqdır. Maltus əhalinin sayının qida maddələrinin kəmiyyəti ilə uzlaşmadığını söyləyir və fikrinə sübut olaraq hətta bir düstur da irəli sürürdü. Bu düstura görə dünya əhalisinin sayı həndəsi silsilə üzrə, qida maddələrinin kəmiyyəti isə ədədi silsilə ilə artır( və ya ölçülür) Bu prinsipə görə Maltus, gec evlenmək, az uşaq sahibi olmaq və s. təkliflərin dövlət tərəfindən tətbiqini mütləq hesab edirdi. Bu siyasətə uygunlaşdırılmalı olan sinif kimi əsasən aşagı təbəqələr nəzərdə tutulurdu. Nəticə olaraq,Maltus kasıb və ya yaşayış səviyyəsi aşağı olanlar üçün yaradılmış dövlət proqramlarının əlehdarı idi. XX əsr Neo-Maltusçuların fikrincə əhali artımına baxmayaraq fövqəladə vəziyyətin özünü o qədər büruzə verməməsindəki başlıca amil texnologiyadır. Əgər siz də əhalinin nəzarətsiz artımı faktına inanırsınızsa, onda qida mənbələrinin yoxa çıxma məsələsində Maltus haqlıdır. Onun haqlı olması isə onun nəzəriyyəsin pik nöqtəini sizin üçün açıqlayır. Bu pik nöqtədə Maltus əhalinin artımının nəzarətə götürülməsi deyərkən dogumu azaltmağı deyil, əslində əhalinin müharibələrlə, epidemiyalarla, kütləvi qırgin silahları ilə aradan götürülməsini nəzərdə tuturdu.
Maltus tərəfdarları az qala bütün dünyanın qulaqlarına çığıraraq “Bəli, təbiət öz qisasını alacaqdır. Belə iş olarmı?! İnsanlar dovşan kimi artır və təbiəti bütün resurslardan məhrum edirlər” bəyan edirlər
Lakin qəribə burasıdadır ki, Maltusun təxminən 120 vərəqlik kitabında bir cümləyə də təsadüf edilir ki, bu cümlə niyəsə Maltus tərəfdarlarının diqqətini çəkmir.Maltus bu cümləni dəqiqliklə belə ifadə edir:” Əgər insan təbiətlə münasibətlərini nizamlamasa, təbiət özü bunu edəcəkdir” Deməli buradan belə məntiqi nəticə çıxır: Heç bir nəzarətə ehtiyac olmadan demoqrafiyanı tənzimləyən bir var. Ruhani olmasına baxmayaraq məmnuniyyətlə insanların kütləvi qırgınına qol qoya biləcək bu şəxs bu cümləni kitaba yanlışlıqlamı daxil edib yoxsa?!... 
Bu gün bütün dünyanı sirkələyən məhəlli müharibələr, epidemiyalar sanki bir gizlin əl vaitəsi ilə Maltusun ideyalarını həyata keçirir. Bu gün Maltusun kabusu Yer kürəsində dolaşarkən kütləvi insan qırginlarına lüzumsuz halda qol qoyanlar boş yerə özlərinə haqq qazandırmasınlar. Çünki Maltusdan fərqli olaraq hələ də ruhunu Mefistotellərə satmayan alimlər vardır ki, onlar insanları məhv edən deyil, xilas edə biləcək kəşflər edir və edəcəklər. 

Ülviyyə Tahir

Комментариев нет:

Отправить комментарий