Страницы

16.09.2013

Zamanın Faciəsi - Narkomaniya!

Humay Zahirqızı

Narkotikani bəşəriyyət üçün icad eləyəni Allah hər zaman, dünyada və axirətdə cəzalandıracaq, çünki bu yoldan heç kim xeyir tapmayıb.
Bu işlə məşqul olub ve başqalarınıda bu yola sövq edənlər bilməlidirlər ki, onlar böyük günah işlədirlər. Narkotika insanlara bəla gətirir, narkotika insanlara zülm gətirir, narkotika insanlara bədbəxtlik gətirir göz yaşı gətirir, bunun ucbatından neçə-neçə ailələr dağılır, uşaqlar, analar göz yaşı içərisində çarəsiz, ümidsiz, yalnız qalırlar, bunun acı sonluqlarını hamımız görürük. Bu ele bir boyük dəhşətli bəladır ki insan öz doğmasına istəsə belə kömək edə bilmir,və sadəcə kənardan bunları, bu böyük acıları görür, acı çəkir amma doğmasına kömək edə bilmir... Bəzən insana elə gəlir ki,sevdiyi insan narkaman olursa ve o buna hec bir köməklik edə bilmirsə onun özüdə hər gün biraz ölür.
Hər gün oda məhv olur, çünki bu acını ürəkdə daşımaq coooox çətin bir şey. Həyat yoldaşını bu yolda itirən gözü yaşlı bir xanım başına gələ musibətləri mənə danışanda məndə göz yaşlarıma hakim ola bilmədim. O deyirdi: Bir gün mənim rəfiqəm məndən soruşdu ki, necəsən mən ona belə cavab verdim sən hec hər gün  biraz ölməyin nə olduğunu bilirsən??? dedi yooox... Bax bu sənin sualına cavabım, mən hər gün  biraz olürəm... Mən özümdən utanırdım, ətrafımdan utanırdım. Daha nə  edə bilərəm, daha nə edə bilərəm, daha nə edə bilərəm! İlahi dəli olacam mənə yol göstər deyə səhərə qədər düşünmüşəm, ağlamışam, qışqırmışam, fəryad qoparmışam. Uzuuun uzun həyətdə dolaşmışam. Ama çarə tapa bilməmişəm, əl atmışamki bəlkə ürəyimi yerindən qoparım, amma bunuda bacarmamışam. Baş alım gedim, amma hara gedim, niye  gedim, nece gedim. Bu korpe uşaq nə olsun, yaxşı o zaman özümü öldürüm bitsin bu acı bitsin bu zülm ama  yenədə bu körpəni kimə tapşırıb gedirəm deyə fikirlərimdən vaz keçirdim və yenə başlayırdım mübarizəyə mən yəni buna qalib gəlməyəcəm?!Axı mən gözələm, axı mən güclüyəm, axı mən mübarizəm, mən onu elə məftun edərəmki o narkotikanı atıb məni tutar. Hərkəs axı sən necə səbirlisən axi sən niyə bu qədər güzəştə gedirsən deyirdi...
Mən yenədə öz yolumdan dönmədim mən  mübarizə apardıqca bu dahada dərinləşirdi...Sanki mən axar bir çayin qarşısında dayanmışdım  və əmr edirdimki axma yolunu dəyiş, axı niyə bu çay mən dediyim kənarla axmasın axi niyədə olmasın?Axı niyə bu iş ancaq mənim başıma gəlməlidi?Başladım taleyimlə qismətimlə savaşmağa. Amma inanınki olmadı, nə etdim olmadı...Bir gün qaçdım baş alıb qaçdım və üzü üstə yıxıldım bir ağacın dibində saatlarla hönkür hönkür ağlayıb qışqırdım məni qaldıranda gördümki bura bir meşədi mən bir meşəyə gəlib çıxmışam məni tapıb evə gətirdilər,ürəyimdə və dilimdə bir cümlə var idi ,axı bu narkotika nə böyük bir şeydiki,axı axı bu nədi??? Nə qədər mübarizə aparsamda yenə bir şey edə bilmədim sanki bataqlığın içərisində zorla yeriyirdim,insan görmək ve yaşamaq istəmədiyi şeyleri düşünmək  belə istəmir. Mən qəlbimin dərinliklərində bilirdimki mən iyrənc bir oyunun içərisindəyəm və bu oyunla tək mübarizə  aparıram bu yolda mən ölədə bilərəm təhqir olunada bilərəm axı hamımıza məlumdur ki bu yolda kimlər olur,mən isə tək başıma bir qadın bununla mübarizə aparıram,aynaya baxmaq belə istəmirdim, bir gün aynaya baxanda ilahi bu mənəmmi deyə düşündum gözlərimin altı qaralıb gözlərim çuxura düşüb hər zamanki parıltı  gözlərimin lap dərinliyində gizlənib mən solmuşam gün ərzində yemək belə yediyim yadıma düşmür o zaman Allahım al bu canımı axı bu nə həyatdı???Özümü belə xatırlayıram yorğun bitmiş halimlə qaça-qaça pilləkənləri qalxıram,tələsik nigaran,bu pilləkənlər ya polis şöbəsinin pilləkənləri olurdu yadaki xəstəxananın...Mən artıq saata baxırdm ki birazdan o zaman çatacaq ve o yenə narkotikin arxasınca haralarasa gedecək orada öləcəkmi qalacaqmı nə olacaqsa olacaq.Bir gün nə olar getmə dedim nə olar getmə məni bu dünyada diri diri yandırma axı səni çox sevirəm sənin bu yolda məhv olmanı istəmirəm,getmə yalvarıram dedim,axı mən nə edimki sən getməyəsən gəl yumruq kimi bir olaq bərabər müalicəyə gedək mən hər zaman sənin yanında olum Allah ruzimizıdə yetirər gəl bərabər bir iradə nümayiş etdirək getmə ne olar.......... Ama getdi məni buraxdı və getdi dizi üstə yerdə qaldım,o getdi mən sanki donub qalmışdım bir neçə saatdan sonra oyandım gözlərim zillənib bir nöqtəyə ancaq bu nə iş idi gəldi mənim başıma deyə düşünürdüm,bundan oyanası yoxdu artıq həyat yoxdu artıq sabah yoxdu mən artıq heçnə görmürəm,heçnə düşünmürəm artıq hecnə yoxdu deyə acı acı uşaq kimi ağladım.Sanki ağı dedim ağız açıb elə ah nalə ilə ağladımki özümə yazığım gəldi.Və o gündən sonra 1 qaranlıq otağa qapandım ...Məni həyata yenidən övladım qaytardı ana ağlama ana yenedə gözəl ol nə olar mən istəmirəm sen ağlayasan mən istəmirəm sən belə görünəsən nə olar ana qoy deməsinlərki mənim anam ağlayır...Bu sözlər mənə çox acı təsir etdi,sanki məni kimsə silkələdi...
Özümə məşquliyyət axtarırdım iş yoldaşarım nə qədər mənə kömək etmək istəsələrdə ama olmurdu,mən özüm gözəl bilirdim ki mənə özümdən başqa heç kim kömək etməyəcək.Mənim xoşbəxt bir ailəm var idi və bunun acı sonluqunu yaşadım və artıq ayağa qalxmanın hardansa həyata başlamanın zamanıdı,insan bu durumda nə olursa olsun kiməsə görə nəyəsə görə hətta kiçik bir işıq gələn tərəfə olsa belə ümid edib yaşamalıdı...Sağ olsun dostlarım məni pis günlərimdə dinləyib kömək etdilər sağolsun ailəm onlarda mənə dayaq oldular,hecnə yox bacımın acı göz yaşlarını bir ömür unuda bilmərəm o elə hey mənim üçün ağlayıb bunu özümə bağışlamıram.Yoldaşımı həyatımdan çıxartdım o artıq bir bataqlıqdaydı və bu bataqlıqdada batdı,həmdə gözlərimin önündə......................
Bütün bunları dinlədikdən sonra mən muəllimim məşhur psixoloq Zahid Budaqlının dediklərini xatirladım” Qizim bu bir psixalogiyadir,bir insan suda batır sən onu xilas etmək istəyirsən ama sən zəifsən zərifsən ən əsası qadınsan sənin üç yolun var:
xilas etmək  istəyirsən və gücün çatmır və səni özü ilə bərabər batırır.
xilas etmək istəyirsən gücün çatır və sən bu adamı boğulmaqdan qurtarırsan.
xilas etmək istəyirsən çalışırsan gücün çatmır və sən bu adamı suda buraxırsan başqa yolunda yoxdu...
Bəli müəllimimin bu dedikləri bu dəfə mənidə çox düşündürdü...Çünki mənimdə ürəyimin yarası böyük heç ağlıma gəlməyən yerlərdə ürəyimin yarası qanayır,və düşünürəmki ürək yarası hecbir zaman keçməyəcək sağalmayacaq...

xalqxeber.az

Комментариев нет:

Отправить комментарий