Страницы

02.10.2013

5000 manata qədər olan kredit borcları bağışlanacaq

Cəmil Həsənli kəndlilərin dərdindən, bank və gömrük talançılığından danışdı

"Bunlar təkcə avtomobil idxalından hər il 2 milyard təmiz gəlir götürürlər"

Prezidentliyə namizədlərin təşviqat kampaniyası çərçivəsində dünən Ictimai Televiziyada növbəti çıxışlar oldu. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli çıxışına seçiciləri ilə keçirəcəyi görüşlərin vaxtını açıqlamaqla başladı:

“Oktyabrın 2-də Şəki şəhərində saat 4-də, oktyabrın 3-də Gəncə şəhərində seçicilərlə görüşümüz olacaq. Oktyabrın 5-də saat 4-də isə ”Inşaatçılar" metrosunun yanında, keçmiş Qələbə kinoteatrının arxasında görüş-mitinqimiz olacaq.

Mandat alverinin başında İlham Əliyev dayanır

Sevgili millət, bu gün qalmaqallı videolar silsiləsindən yeni video yayıldı və mandat alverinin yeni çalarları ortaya çıxdı. Məlum oldu ki, parlament seçkilərində mandat alverinin arxasında dayanan respublikanın prezidenti cənab Ilham Əliyev olub. Və bu gün yayılan videolara baxıb bunun şahidi ola bilərsiniz.

Bank talançılığı

Ötən debatlarda bank talançılığı haqqında danışmışdıq. Azərbaycanda elə bir ailə yoxdur ki, bank əsarətinə düşməsin. Nə etməli? Mən prezident seçiləcəyim təqdirdə bank aministiyası, kredit aministiyası verilməsilə çıxış edəcəm. Çünki sizin on illər ərzində ödədiyiniz faizlərlə hakim ailənin əlində olan banklar çoxdan öz gəlirlərini də, xərclərini də götürüblər. Ona görə də 5000 min manata qədər aşağı kreditlərin dövlət hesabına bağışlanması istiqamətində addımlar atılacaq. Yüksək faizli kreditlərlə də addımlar atmağı düşünürük.

Kənd təsərrüfatının məhvi

Əhalimizin böyük bir hissəsinin kənd əhalisi olduğunu nəzərə alaraq kənd təsərrüfatı ilə bağlı bir neçə söz demək istəyirəm. Bu hakimiyyətin yeritdiyi siyasət kənd təsərrüfatını gəlirsiz sahəyə çevirib. Iş elə gətirib ki, insanlar il boyu işləyir. Və əgər 100 manat qoyurlarsa ən yaxşı halda 101 manat götürürlər. Çünki ölkədə bazar qorunmur. Məsələn, təsəvvür edin ki, 1 litr suyun qiyməti 60 qəpikdir, 1 kiloqram pambığın satınalma qiyməti isə 41 qəpik. Halbuki Arazın o tayında, Iran tərəfdə pambığın qiyməti bundan 3 dəfə artıqdır. Qazaxstanda və digər Orta Asiya ölkələrində də bundan 3 dəfə artıqdır. Sadəcə olaraq bu hakimiyyət qanunsuz idxal hesabına ölkəni keyfiyyətsiz mallarla doldurub. Mən Səhiyyə Nazirliyindən məlumatlar almışam. Həmin məlumatlara görə, əgər 10 il bundan əvvəl ölkədə 5700 şəkər xəstəsi var idisə, 2012-ci ildə bunların sayı 170 minə çatıb. Və bunların 80 faizi ikinci tip şəkər xəstəsidir. Nəyin hesabına? Keyfiyyətsiz ərzağın hesabına. Gündə sizin yediyiniz o keyfiyyətsiz yağın hesabına. Bunlar kənd təsərrüfatı məhsullarını bilə-bilə bazara buraxmırlar.  Bazarlar bunların öz qohum-əqrəbasının əlindədir. Kəndçidən su qiymətinə alırlar məhsulları, amma istehlakçıya aldıqlarından 10 dəfə artıq satırlar. Bunlar 3-5 faizlə yox, 300-500 faizlə satırlar. Kənd təsərrüfatını dirçəltməkdən ötrü faizsiz kredit sistemi, subsidiya sistemi olmalıdır. Kənd təsərrüfatının dirçəldilməsi bizim üçün prioritet məsələdir.

Mülkiyyət azadlığı

Mülkiyyət məsələsilə bağlı fikirlərimi də demək istəyirəm. Mülkiyyət azadlığı olmayan yerdə heç bir azadlıqlar ola bilməz. Hal-hazırda bu debat ki gedir bir nəfər getsin Bakı Vergi Departamentini yoxlasın. Ucdantutma bütün iş adamları ora dəvət olunur. Sentyabr ayının sonlarından başlayaraq hamıdan dövriyyəsinin 10 faizi “sverx rüşvət olaraq”, rüşvətlər artıq alınıb, indi rüşvətdən artıq olaraq alınır. Və qəribə bir mənzərədir: rüşvət verən adamların növbəsi yaranıb. Bunlara mədəni xidmət göstərilir, qabaqlarına çay gətirilir. Vergi orqanları bu rüşvəti yığmaqdan ötrü 24 saat işləyir.
Gömrük-vergidə vəziyyət necədir. Biz deyəndə ki, müəllimin maaşını artıracayıq. Deyirlər ki, hardandır bu? Təkcə ölkəyə avtomobil idxalından hər il bunlar 2 milyard təmiz gəlir götürürlər. Yaxud da hər il vergi və gömrük orqanlarından 10 milyard vəsait oğurlanır".

azadliq.info

Комментариев нет:

Отправить комментарий