Страницы

17.10.2013

Sevinmək növbəsi

Qoşqar Əhmədov

Moskvada, Biryulyovoda baş verən son hadisələrə səbəb olan qətldən şübhəli qismində saxlanılan Orxan Zeynalovun atası danışdı. Müəllimdi. Savadlı danışdı. Nə qədər olmasa sovet müəllimidir... İki vacib məqamı qeyd etdi: 1. Oğlumun günahı sübut olunarsa, üzr istəyirəm bir valideyn kimi. 2. Oğlum lap günahkardırsa, onunla hüquq çərçivəsində davranılmalıdır, bu işə hüquq müstəvisində baxılmalıdır.
Tamamilə doğrudur.
İndi o valideyndir, Rusiya telekanalına bunları deməkləri çox doğrudur, bu cür də lazımdır, elə biz də bunları deyərdik...
Amma öz aramızda etdiyimiz müzakirələr bu cür olmamalıdır. Biz özümüzə tənqidlə yanaşmalı, bu cür hadisələrdən dərs çıxarmalıyıq.
Bayaq Xəbərlər-də bir hüquqşunasımız da "Orxana qarşı davranışlar beynəlxalq konvensiyalara ziddir..."...
Hörmətli həmvətənlər, bunlar hamısı bilinən məsələlərdir, biz bəsit şeylər danışmaq istəmirik... Beynəlxalq konvensiyalar, insan hüquqları... Bunu bilməyənmi var?!
Azərbaycanda şübhəli şəxslərə işkəncə verilmir?
Azərbaycanda mitinqə çıxan azərbaycanlılarla necə rəftar edir bizim öz doğma polisimiz?!
Ayssağolun daaa... Deməli məsələnin özü bu deyil. Guya ABŞ-da necədir? ABŞ-ın "uçan türmələri" yoxdur? Bu "uçan türmələrdə" heç bir məhkəmə sanksiyası, qərarı olmadan şübhəli şəxslər uzunuzadı saxlanılmır, onlara işkəncə verilmir?
Ona görə biz bu "insan haqqları", demokratiya filan parafin qoxusu verən kəlmələri istifadə etmirik. Kapitalist elitası hər yerdə eynidir: öz maraqlarına görə hər kəsə işkəncə verirlər. Orxan Zeynalovun başına gələnlərdən kapitalist elitasına nə?, soruşa bilərsiz.. Bunu hələ dəqiq deyə bilmərik, amma bilinir ki, onun işlədiyi bazar üstündə çoxdan mübarizə gedir. Və Rusiyanın oğru-korrupsioner iqtidarı növbəti dəfə milliyətçiliyə oynayıb şou düzəldir, insanları gündəlik problemlərdən yayındırır... Və 21-ci əsrin əvvəlində bu işkəncə verən, insan alçaldan kapitalist elitalar utanmadan 1930-ları, Stalin dövrünə, Stalinə dil uzadırlar... Stalinin ədalət hissinin, xalqkeşliyinin, sadə zəhmət adamına qəhmər çıxma istəyinin bir faizi də yox bu artistlərdə...
Yadınızdadırsa, bir müddət əvvəl Rusiyada bir dəhşətli yol qəzası baş vermişdi: bir erməni sürücü yük maşınında sərnişin avtobusuna girmişdi, nəticədə çox sayda insan ölmüşdü, ağır xəsarət almışdı... Bu erməni sürücünü qadın xələtində məhkəmə zalına gətirmişdilər. Onda bizim KİV-lərin keyfi göylə gedirdi... Erməninin aşağılanmasına çox sevinirdilər.. Cahillər dərk etmirdilər ki, bizim də başımıza bənzər bir hadisə gələ bilər. İndi bizim həmvətənimizi aşağılıyırlar... Sevinmək növbəsi Ermənistan və Rusiya cahillərindədir.
Rusiyanın mövcud cəmiyyət və dövlət modeli bizimkinə çox bənzəyir. Bizdə də hökumətyanlı KİV-lər sağ müxalifət KİV-lərdən milliyətçilik dastanları yazmaqda, ucuz boşboğazlıqda heç də geri qalmırlar.

Комментариев нет:

Отправить комментарий