Страницы

24.02.2014

Bəşər övladının düşüncəsizliyi

Qasımbala Səfərov

Dünən yenə sosial şəbəkədə Bəşər Əsədlə bağlı bir xəbərə yazdığım şərhə cavab aldım. Maraqlısı da odur ki, şərh aşkarda ("şərh yaz" bölməsində) ədəbə riayət edilərək yazılmışdısa da, inboksa təhqirdolusu yazılmışdı. Bu da bəşər övladının düşüncəsizliyidir.
Mənim ona son şərhim isə bir öyüddən ibarət oldu: Bəşər Əsəd kimi kişi kimi mübarizə apar, vahhabi kimi ikiüzlü olma!
Bəşər Əsədin nəyi varsa üzdədir. O, Səud ailəsinin şeyxləri və ərəbin digər vahhabi şeyxləri kimi əyninə peyğəmbər (s) libası geyinib özünü Onun (s) varisi kimi aparıb altdan-altdan Muhəmməd (s) ümmətinin ayağını qazmır.
O, Avropanın malı olan kostyum geyinib qalstuk taxır, bir də saqqal da saxlamır. Amma iki metr saqqal saxlayan vahhabi şeyxləri kimi cihad nikahı fətvası verib camaatı şərəfsizliyə sövq eləmir. Hardan çıxdı bu nikah cihadı? Peyğəmbərin (s) saysız-hesabsız döyüşləri olub tarixdə, hansı birisində Həzrət (s) belə bir fətva verib?
Mən açığını deyim ki, Bəşər Əsədi diktatorlardan biri kimi tanıyıram. Səhvdir-doğrudur, mənim baxışımdır. Dünən bir daha şəbəkədə də yazdım ki, uzun illər hakimmiyyətdə qalmış bir ailənin nümayəndəsini tərifləyib öyəsi deyiləm. Müharibədən əvvəl də Bəşər bəzi yanlışlıqlara yol vermişdi. Özü də kişi kimi etiraf edib. Amma bu o demək deyildir ki, vahhabilər silahlanıb dünyanın dörd bir yanından onun hökümətinə qarşı hücuma keçsin. Bu gün vahhabi virusuna qarşı müharibə aparan Bəşər Əsəd dəstəklənməlidir. Çünki bu mübarizədə Bəşəri dəstəkləməyən hər kəs şərəfsiz vahhabiləri dəstəkləmiş olur. Vəhhabi əqidəsinə görə hakim, məlik, başçı, rəhbərlik edən insan (rəsmi titulundan asılı olmayaraq) fasiq və zalim də olsa ona itaət etmək vacibdir. Hətta, vəhhabi əqidəsinə görə nəuzu billah guya İmam Hüseyn (ə) Yəzid lənətullaha qarşı qiyam qaldırmaqla səhv edibmiş, fitnə yaradıbmış. Amma bu günlərdə maskaları lap çox yırtılmış vəhhabilər Bəşərə qarşı silalanıblar. Fərz edək ki, Bəşər zalimdir, kafirdir, bəs axı eyni zamanda da başçıdır, dövlət başçısıdır axı. Öz xalqının rəhbəridir, niyə onun əleyhinə ayaqlanmısınız?
Və Suriyada savaşan Suriya ordusu və hizbullahçılar bibi Zeynəbin (s.ə) hərəmini qoruyurlar və belə bir şüar da yazıblar: Xanım Zeynəb (s.ə) bir dəfə əsir düşüb, ikinci dəfə düşməz!
Allah-Təala təkcə Suriyanı yox, bütün dünyanı vahhabi virusundan qorusun, amin!

Комментариев нет:

Отправить комментарий