Страницы

24.02.2014

Fətullah Gülən tanımadığı adama məktub göndərməz


“Əslinə qalsa Fətullah Gülənin müdafiə naziri Zakir Həsənovla bağlı yayılan səs yazısı kifayət qədər ciddi bir məsələ idi. Digər tərəfdən Müdafiə Nazirliyinin məsələnin üstündən elə-belə keçməsi də ondan xəbər verir ki, Zakir Həsənovla Fətullah Gülən arasında birbaşa da olmasa, hər hansı körpülər mövcuddur.”

Bu sözləri FaktXeber.com-a hərbçi-ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov nurçuların lideri Fətullah Gülənin azərbaycanlı nazirlər Zakir Həsənov və Elmar Məmmədyarovla əlaqələrinə dair səsləndirilən fikirlərə münasibət bildirərkən qeyd edib. 
Müsahibin sözlərinə görə, telefon danışığında Fətullah Gülən açıq şəkildə bildirib ki, Zakir Həsənov hələ Daxili Qoşunların başçısı olanda aralarında yaxşı münasibətləri var imiş: 
“Fətullah Gülən hətta təbrik məktubu göndərməyinə dair ifadə də səsləndirir. Məntiqlə insan həmişə tanıdığı adama məktub göndərir və tanımadığı adama heç vaxt məktub göndərməz. Müdafiə Nazirliyinin məsələni təkzib etməsi ilə yanaşı, Fətullah Gülən də bunun üzərinə çox getmir. Çünki o, çox gözəl başa düşür ki, Türkiyə siyasi rəhbərliyində bu məsələyə çox böyük qısqanclıq var və Türkiyə-Azərbaycan münasibətlərində sərinlik yarada bilər.” 
Səs yazısından sonra Fətullah Gülənin növbəti dəfə azərbaycanlı nazirlərlə əlaqədə olması məsələsinə dolayısı yolla toxunduğunu bildirən ekspert, “lakin Azərbaycanın siyasi rəhbərliyində təmsil edilən şəxslərdə o mədəniyyət yoxdur ki, açıq şəkildə nəyisə etiraf etsinlər. Əgər etiraf etsəydilər Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla bağlı Vyanada yaşanan korrupsiya olayına və bununla bağlı başlayan məhkəmə prosesinə münasibət bildirərdilər ”, -deyə qeyd etdi: “Nazirlərin Fətullah Gülənlə əlaqəsinin şəxsi yoxsa mənəvi baxımındna olmasını araşdırmaq isə aidiyyəti qurumların üzərinə düşür. Bununla bağlı bizim nəyisə deməyimiz bir qədər çətindir.” 

Xəyal Şükür

Комментариев нет:

Отправить комментарий