Страницы

02.03.2014

Bakıda “Mc Donalds”da salatdan ilbiz çıxdı

Bakıda Nizami küçəsində yerləşən "Mc Donalds” məhkəməyə veriləcək. Buna səbəb "Mc Donalds”da qida məhsulunun içindən ilbiz çıxmasıdır. 

Hadisə ilə bağlı həmin məkanın daimi müştərilərindən olan Rolan Məmmədov bildirib. “O, Aznews.az-a açıqlamasında qeyd edib ki, bu gün təxminən 11:30 radələrində "Mc Donalds”a daxil olaraq "Sezar" salatı və "Qamburger" sifariş edib: "Salatı yeməyə başlamışdım ki, gördüm içində ilbiz var. Əlbəttə ki, bu barədə inzibatçıya şikayətimi bildirdim. O, isə gülə-gülə dedi ki, belə şeylər olur və buna qarşı heç nə edə bilmərik. Mən bu münasibətə görə, ona narazılığımı bildirdim ki, axı buna görə sizdə problem yarana bilər. Məsul şəxs isə cavabında dedi ki, gedin kimə istəyirsiz şikayət edin - görək kim bizə nə edə bilər?!". 
Salatından ilbis çıxan vətəndaş ona dəyən maddi və mənəvi ziyana görə “Mc Donalds”ı məhkəməyə verməkdə israrlıdır. 
“Mən hadisəyə biganə qalmayacam. Məsələni ictimailəşdirməliyik ki, vətəndaşa qarşı bir də belə hörmətsizlik olmasın. Hazırda mən onları məhkəməyə verməyi düşünürəm. Əgər qarşı tərəf bunu inkar etsə, onda təhlükəsizlik kamerasını açılmasını tələb edəcəyəm. Orda başıma gələn hadisələr lentə qeydə alınıb”.

Комментариев нет:

Отправить комментарий