Страницы

02.03.2014

Tək kişiyə aid ola bilməmə sindromu

Tural Sahab

Həyatın özü qədər maraqlıdır qadınlar. Çox az şöhrət sahibi qadın var ki, ailəsi var. Bir çoxu bir kişi ilə yetinə bilmir. Bəs dəyərmi, ailəsini ehtirasına qurban verməyə görəsən. Məncə, dəyməz. Çünki, heç bir yaşlı qadının yanında ailəsindən başqası olmaz. Gəncliyində yataqlarını bəzədiyi kişiləri zərrə qədər maraqlandırmaz onların soyuq, tənha bir otaqda can verməsi.
Təcrübələrim, gördüklərim qadınlar haqqında düşüncələrimi formalaşdırmağa bəs edir. Əvvəllər baz kişilərə acığım tuturdu, axı bu kişilər niyə bu qadınlarla bu cür davranır.
Əminəm mən, siz də əmin ola bilərsiz ki, bu cür kişilər də bir zamanlar sevgiyə inanıb, bir qadınla xöşbəxt olmağı çox istəyib. Ancaq qadınlar onların bu arzularını gözündə qoyub.

İndiyə qədər bir çox qadın sevdim, heç biri haqqında da evlilikdən savayı pis bir düşüncəm olmadı, ancaq həmişə mənim bu düşüncəmi gözümdə qoydular.
Ancaq ətrafımda olanlar gündə bir qızı fırladır, heç acı da çəkmirdilər. Qadınlar da hallarından şikayətçi görsənmirdilər.
İndi nə anlayım mən? Mən olmayım siz olun. Qadınlar həqiqətən sevilmək, bir kişiyə aid olmaq istəmirlərsə burada kişilərin günahı nədir?
Ədəbiyyat ciddi bir sahədir və ciddi insanların işi olmalıdır. Son zamanlarda şairələrin müğənnilərə, mankənlərə oxşaması məni çox narahat edir.
Ərindən boşanan, sevgilisindən ayrılan şairə olur. Şeirlərindən çox fotoları ilə bəzəyirlər gözləri.
Lazımdırmı bu millətə, bu cür insanlar.
Əxlaqsızlıq, dini radikalizm kimi böyük dərdlərimiz varkən bizə lazımdırmı dodaqları silikonlu şairələr.
Deməli bunlardan birini əri boşayıb, bu da and içib ki, bunun intiqamını cavan oğlanların duyquları ilə oynayaraq alacaq. 
Bu cür düşünən birinin bu millətə verəcəyi heç nə yoxdur. 
Heç bir zaman qadınlara qarşı mənfi düşüncələrim olmadı, ancaq onlar mənim canımı çox acıtdılar.
Mən istəmirəm gənc oğlanların hansısa “təcrübəli” qadınların əlində oyuncaq olub, acı çəkmələrini.
Bülbül ağladan güllər, gedin pullu qarğaların həyətinə. Əl çəkin gənc fidanlardan.

Комментариев нет:

Отправить комментарий