Страницы

31.03.2014

Banklar soyğunçuluqla məşğuldur

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimli aktual.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Son zamanlar bankların avtomobil krediti dayandırmasına münasibətiniz necədir?
- Azərbaycanda istehlak kreditləri sürətlə artır və il ərzində verilən kreditlərin 40 faizinə çatıb. Bunun bir neçə ildən sonra fəsadlarının qarşısını almaqdan ötrü təbii ki, hökumət müəyyən məhdudlaşdırıcı xarakterli tədbirlər görəcək. Amma kreditləşməni tam dayandırmaq mümkün deyil. İş yerindən gəlirlər barədə arayış tələb olunacaq, buna bənzər məhdudlaşdırıcı addımlar atılacaq. Avtomobil kreditlərində ilkin ödənişin məbləğinin kəskin surətdə artırılması avtomobil bazarında bir durğunluq yaradıb. Bəzi növ avtomobilərin qiyməti də nisbətən aşağı düşüb. İstehlak kreditlərinə məhdudiyyət qoyulması yerli istehsalın da paralel surətdə inkişaf etdirilməsi ilə müşayət olunmalıdır.

- Bu, gələcəkdə digər kreditlərə də şamil oluna və ya vətəndaşlara problemlər yarada bilərmi?
- Əgər bu sahədə ciddi addmlar atılmasa, bəli, əks halda belə addımlar əhalninin məişət texnikası, mebel və sair almaq imkanlarına mənfi təsir edəcək. Amma istehlak kreditləri "qırmızı xətti" keçsə, onun Azərbaycan iqtisadiyyatına və sonra da əhaliyə mənfi təsiri daha çox ola bilər.

- Yəni hesab edirsiniz, məsələ ciddidir...
- Azərbaycanda orta əmək haqqı 430 manat, büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin maaşları isə 200-250 manat arasındadır. Belə şəraitdə istehlak krediti olmadan keçinmək mümkün deyil. Amma burada bir neçə ciddi məsələ var: Birincisi, əhalinin bir hissəsi elə işlərdə çalışır ki, iş yerindən arayış gətirə bilmir. Məsələn, bazarın qarşısında xırdavat satan şəxs gəliri barədə kimdən arayış alsın? Deməli, bu kateqoriyadan olan adamlar arayış təqdim edə bilmədiklərinə görə ya kredirdən istifadə edə bilməyəcək, ya da hansısa bir yol tapmağa məcbur olacaq. İkincisi, istehlak kreditlərini faiz dərəcəsi soyğunçu dərəcədə yüksəkdir. Belə məsələləri optimal yolla təmzimləmək lazımdır.

- Başqa hansı addımları atmaq olardı ki, problem yaranmasın?
- Problemin köklü həlli regionların potesialından səməri istifadə edilməsi, layiqlı maaşı olan iş yerlərinin sayının sürətlə artırılması, yerli istehsalın inkişafının sürətləndirilməsi, bank kreditlərinin faiz dərəcələrinin obyektiv monitorinqinin aparılması, onun belə yüksək olmasının obyektiv və subyektiv tərəflərinin araşdırılması və aşağı salınması üçün tədbirlərin görülməsi və sair.

musavat.com

Комментариев нет:

Отправить комментарий