Страницы

31.03.2014

Bir röyanın ağısı

Qadir Cəfəri

Mən hey bekarçılıqdan filimə baxıramsa da filimlər özümü bekar buraxmır, düşünməyə. qorxu və həyacan məcburiyyətində qoyur. Biz hansı röyalarımıza ağı deyirik? Hansı dünyaya adımlamaqdan xoşbəxt, hansından isə mutsuzuq? bəzən xoşbəxt göründüyümüz an bədbəxtliyimizin sevincidirmi, yoxsa mutsuzluğumuz xoşbəxtlik ağısı? Nədi bu belə qaça qaç? nə bəxş etdi bizə yenilik və nəyimizi almışdı bizdən gələnək? şəhərlər arası məsafələri qaldırsada, insanlar arası, öz aramızdaki məsafələri daha da uzaqlaşdırmadımı? robutu yaradan insanın robutlaşmaq istəməsindənmi irəli gəlirdi bu yoxsa makinalar bizə üst insan xolyasını yansıdırdımı? Darren Aronofsky-dən baxdığım ilk əsər idi bu mərsiyə. beləcədir ki, astaca röyalarımızdan doğan yalqızlığa addımlayırıq. o qədər uyuşdurucudur çevrə, daha yeni dünyanın iç eləməyinə macal tapmırsan. hər nə təp təzədir, tanıyam gərək və tanıyınca da mənə dəyən dəyəcək. indi balkondan şəhərə baxdıqda əyləncəm, gün batışına doğru qanadlanan quşlar yerinə, fabrika tüstülərinin hərəkətlərinə diqqət yetirməkdi bəlkədə. 
niyə bu qədər yalqızdı çağdaş insan? hər nəyi özümü həll edəcək? röyalarını nə vaxta qədər ürəyində göməcək? yay, payzı və qış. xoşbəxtlik, solmaq və ölüm deməkdir və ölüm yeni bir doğumdurmu görən? mən bilmirəm. ama filimdə düzülən bu ardıcıllıq sonunda cənin kimi büzüşən xarakterlər yenidən doğulmaqmi istəyirdilər yoxsa o yoxluğa geri dönməkmi? hər nə paralel gedir filimdə. hami birdən xoşbəxt duyur özünü, Heri və qara dərili yoldaşı varlanır, ailə qurur. ana isə arzusu olan TV verlişinə dəvət alır, qırmızı donunu geysin deyə, özünü arıqlatmağı qəsd edir. sonra payız düşür, hər nəyə göz dəyir kimi, ananın gözünün kökü saralırsada TV-dən xəbər gəlmir ki, gəlmir. ana "yalqızam" deyir. əslində xarakterlərin hamısı yalqızdı. arıqlamaq üçün uydurucu ilaclardan yararlanır.başı herlənir,modernizmin simgəsi soyuducu onu yemək istəyir. oğul və yoldaşının işi tutmur. narkotik maddələr satanlar daha satmırlar. ama dünyaya girdinsə ordan xilasın yox, yaşamalısan röyalarının ölümünə inanmaq üçün. Herinin durumu ağırlaşdıqca qış yetişir, hər nə soyuqdu. ilgilərin soyuduğu kimi.Heri sevdiyi qadınını para üçün digərinin yatağına göndərir. bir sözlə qurumsaqlıq edir.narkaman qadını sonunda fahişə olaraq qalır. Heri və dostu tutuqlanıb, ana isə dəlixanadan baş çıxardır. bəlkə para qazanmaq üçün digər yollar da var idi. ama modern insan çevrəsində hər nəyin yeyinliklə, sürətlə inkişafini görüncə, röyalarına da tezliklə çatmaq istəyir axı! belədi də bizim dünya. yalqızlığımız röyalarımızın ağısıdı.

Комментариев нет:

Отправить комментарий