Страницы

29.03.2014

Başdan-ayağa möcüzədir, möcüzə Mahir

Ey təbi-rəvanıyla olan hər sözə mahir,
Tanrım qorusun, gəlməyəsən heç gözə, Mahir.

Cürətlə vurub baş bu ədəb bəhrinə bir-bir,
Düz inciləri şeirinə, fikrin bəzə, Mahir.

Zəhmətsevər insanı Xuda bibəhər etməz,
Çox-çox gecəni, vəsl eləmiş gündüzə Mahir.

Mərdanədir öz əhdinə, həm əhli-vəfadır,
Çün əyri deyib əyriyə, həm düz, düzə Mahir.

Beytül-Hərəmə zair olub, Məkkəni gəzmiş,
Qismət ola, o yerləri bir də gəzə Mahir.


Gəncineyi-təbində sözü çoxdu, gühər tək,
Aç sandığı bir-bir oları çək üzə, Mahir.

Gənclikdən uzaqlaşmadadır ömri-əzizi,
Ya Rəbb, nəsib eylə yetə qoy yüzə Mahir.

Xasiyyəti çox ciddidü, bəzən olur amma,
İrfani zarafatla yaman baməzə, Mahir.

Talib nə qədər tərif edə, söz yaza, bitməz,
Başdan-ayağa möcüzədir, möcüzə Mahir.

Hacı Qəzənfər Talib        NARDARAN ŞAİRLƏRİ

Комментариев нет:

Отправить комментарий