Страницы

27.03.2014

Yeni Brend yaltaq maskalar

Zərif Qurbanova

Bu dəfəki yazim demək olar ki, son dönəmin hamının danışdığı bir mövzudu. Hüseyn Dəryanın ölümü ilə bağlı. Son günlərdə Hüseynin ölümü sanki yatmış mediani oyada bildi, veriliş tapmayan telekanallar yeni mövzu tapdılar, facebookda statusdan qıtlıq çəkənlər əməlli başlı movzu tapdılar. Maraqlı burasındadır ki, yazılan yazilarda hami onu sevdiyini demirdi əslində bu çox normal haldı lakin camaatın adından danışanlara da az rast olunmadı. Sözüm onda deyil kimi həqiqətən hörmət edirdi ona kimiləri hər zamankı kimi maskalardan istifadə etməli oldu. Amma ki, bu qədər faciəyə səbəb olan bir hal deyildi Hüseyinin ölümü!!! Bu həyata gələn bir gün hökmən gedəcək, getdikdən sonra Vətən üçün etdiklərimiz yada sala bilır bizi ancaq! Hüseyn nə verdi cəmiyyətə??? Onun replərinə heç vaxt qulaq asmamışam bu yazıdan öncə nəhayət ki qulaq asa bildim demək olar ki, el replər var idi ki həddindən artıq səviyyəsiz idi. Budu mu Hüseyini unutmağa qoymayan??? Hələ belə bir kəlmədə yaman dəbdədi DİNLƏYİCİ ORDUSU bəsdirin! O replərdə ki bir məna yoxdu onu yalnız mənasız insanlar sevəcək. Burda heç kimin musiqi zövqünüdə müzakirə etirəm, amma mənə xoş gəlməyən bir hal var. VƏTƏN ÜÇÜN CANINDAN KEÇƏN ZABİTİMİZ HAQQINDA HEÇ KİM BU QƏDƏR DANİŞMADI!!!
Sual verirəm sizə hansının Vətənə xeyiri daha çox idi??? Bir zabitimiz dünyadan köçür onun haqqında yalnız xəbərlərdə danışılır, lakin bir reper (o reper ki sağlığında heç kəs salam belə vermirdi) dünyadan köçür olur. Xalqımızın qurur mənbəyi gəncliyin simvolu!!! Bizim evdə rahat yatmağımıza səbəb olan Hüseyn kimi reperlərin repləri deyil, Şəhid olan Elnur Cəfərov kimi zabitlərimizin yuxusuz gecələridir. Boş maskalardan az istifadə edin.

Комментариев нет:

Отправить комментарий