Страницы

28.03.2014

Qərbpərəst “aparıcı” müxalifətin iqtidardan “xoxan Rusiya” adı ilə əppək diləyi

Vüsal Hətəmov

Qərbə işləmək “çiçə”dir, Rusiyaya – “XOXAN”a işləmək isə “kıxa”dır

Niyə ruspərəstlərə “Kreml uşaqları” adını qoyursunuz, qərbpərəst olmaqla, üstəlik də, Qərbə işləməklə özünüzü demokratlar adlandırırsınız? 

Əslində, mənim üçün kimin kimə işləməsi, hansı dövlətə işləməsi, habelə Rusiyaya, İrana, Türkiyəyə, Qərbə, bundan başqa özü bir müdhiş qaranlıq olan iqtidara işləməsi mənəvi cəhətdən xəyanətdir. Və bu barədə yazmazdım da. Sadəcə, Müsavat saytında ekspertlər qrupu” adından gedən bir yazı məni özümdən çıxartdı. Məqalənin adı belədir “Azərbaycandakı Rusiyapərəst qüvvələr təşkilatlanır”.

Məqalədən belə başa düşülür ki, bu, analitiklər deyim, yoxsa nə deyim, belə demək istəyiblər ki, Qərbə işləmək “çiçə”dir, Rusiyaya – “XOXAN”a işləmək isə “kıxa”dır. Bir sadə vətəndaş kimi sual vermək istəyirəm: niyə bir dövlətə işləmək yaxşı sayılır, digərinə işləmək pis? Niyə ruspərəstlərə “Kreml uşaqları” adını qoyursunuz, qərbpərəst olmaqla, üstəlik də, Qərbə işləməklə özünüzü demokratlar adlandırırsınız? Axı bu xalq üçün Rusiya, ya Amerika istilasının nə fərqi var? Biri “snikers” yedizdirəcək, o biri isə “qrilyaj” konfeti? Sizin kimi Qərbpərəstlərin oyununa düşmədimi bu xalq? 70 il rus çivini yenicə çıxartmışdıq ki, həmən dəqiqə Qərb pazını soxdunuz həmin yerə. Əslində, çivin yarasını sağaltmaq asan idi. Amma bu paz yarasının sağalması çətin olacaq. Sağalsa da izi qalacaq. Necə ki, bu 23 ildə Qərbin bizdə yaratdığı “mavilik”, “müğənnilik”, pozğun şouçuluq izi tarixdə xatırlanacaq. Qərbin pulu gəlsin deyə, milli-mənəvi dəyərlərə təpik atmaq, pozğun gənclik elitası yaratmaq layihələrini hansı təşkilat və ya onlara bağlı media orqanları həyata keçirdir?  Əlbəttə, sadalamaqla qurtaran deyil. Rus bizim dinimizi, imanımızı aldısa, Qərb də lazımsız radikal təriqətləri, qeyri-ənənəvi məzhəbləri yeritmədimi ölkəmizə? Niyə siz qərbpərəstlər bir dəfə bu radikal, qeyri-ənənəvi təriqətlərin təhlükəsindən danışmadınız mediada? Onların arxasında Qərb durur deyə?
Nə isə, keçək əsas məsələyə. Sözügedən “ekspertlər qrupunun” məlum yazısından bir şey başa düşdüm: İctimai palatada, Milli Şurada bir şey qazana bilməyən "iti qılınclı demokratik Müxalifət", deməli, indi də iqtidara mesaj atır ki, biz artıq sizinlə işləməyə hazırıq. Və adını da qoyur ki, "dövlətçilik naminə!". Mən o vaxtdan deyirdim ki, bu müxalifətdi, zaddı, hamısı özləri üçün bu cəbhəni iş yeri ediblər.... İndi bunların sözügedən bu təhlilindən, sizcə, nə başa düşmək olar? Bu istənilən vəziyyətdə öz hakimiyyəti üçün istifadəni bacaran hazırkı iqtidara yalvarmaq deyilmi? Və ya sizin təbirinizlə, Rusiya təhlükəsi varsa, hakimiyyət real Rusiya gücünü qoyub sizin kimi zəif müxalifətə “stafka” edəcək?!
İkincisi, bunu "Aparıcı Müxalifət" cəbhəsinin "Müqəddəs Qərbə" xəyanəti kimi dəyərləndirməməliyikmi? Axı Qərblə iqtidarımız mehriban düşməndir!
Bir sual da yaranır, olmazdı ki, bunu gedib gizlincə iqtidarla danışaydınız, mənim kimilər də, sizə baş qoşmayaydı? Yaxşı da, indi bunu mediaya ötürməklə biz sadə gənclər belə başa düşürük ki, iqtidardan nəsə istəmisiniz, iqtidar da sizə deyib ki, gedin mediada üzrxahlıq edin və deyin ki, iqtidarın qılıncının altından keçməyə hazırıq. Siz də adını da təhlil qoymaqla guya sığortalanırsınız?!
Vallah, məni qınamayın, a müxalif qaqalar. Sözlərinizdən belə başa düşülür ki, özlərini aparıcı müxalifət hesab edənlər, indi də hakimiyyətə, deyəsən, yalvarır ki, bizə gün ağlayın. Ona görə də yalandan -doğrudan "rus agentləri" oyununu atırlar ortaya. Və deyirlər ki, bu, xəyanətdir. Bəs indiyə kimi niyə Qərbə işləmək xəyanət deyildi, amma Abbas Abbasovun rusa işləməsi xəyanət sayılmalıdır? Hələ o da sübut olunsa ki, bu işləməkdir, yoxsa strateji vəziyyətdə əlaqə qurmaq. Yenə də deyirəm, bizim üçün Qərbə də, Türkiyəyə də Rusa da, İrana da, hansı dövlətə olur olsun, işləmək xəyanətdir. Sadəcə demək istəyirik ki, kiməsə agent damğası vuranlar, birinci öz üzərlərindən agent damğalarını götürsünlər. Sonra xalq bunlara inanar bəlkə.

birlik.az

Комментариев нет:

Отправить комментарий