Страницы

27.03.2014

Zərərçəkmiş Azərbaycan xalqı

Ataxan Əbilov

Hüquqşünaslar və sair ekspertlər cəmiyyətin qurbanlarına vurulan zərərləri hesablamalıdırlar

Belə bir elm sahəsi var: Viktimologiya. Kriminaloqiya ilə məşgül olanlar gərək ki, bundan yaxşı baş çıxaralar. Sadə dildə desək, viktimologiya elmi cinayətkarlıq sistemində qurbanın (zərərçəkmiş) başına gələnləri araşdırır və onlardan çıxış yolunu arayır. Bundan dolayı üç istiqamətdə tədqiqat aparılır: 
1) başına gələnlərində qurbanın özünün rolu; 
2) cinayətin qurban üçün doğurduğu nəticələri;
3) bu nəticələri aradan qaldırma və qarşısını alma yolları.

Əgər deyilənləri Azərbaycan xalqının bü gün üz-üzə qaldığı zərərçəkmiş statusuna münasibətdə nəzərdən keçirsək çox gerçək bir mənzərənin şahidi olacağıq.
Birinci istiqamətlə bağlı. Əliyev rejimi şəraitində birbaşa qurban Azərbaycan xalqıdır. Düzdür bu zaman dolayısıla dünyada ümumqəbul edilmiş dəyərlərdən də söhbət gedə bilər. Amma bütün yük Azərbaycan xalqının üzərindədir. Azərbaycan xalqı zərərçəkmişdir, yəni qurbandır. Bu anti-bəşəri hadisəyə viktimoloji baxış ilk növbədə tələb edir ki, Əliyev rejiminin formalaşmasında Azərbaycan xalqının özünün rolu öyrənilsin. Bu xalqın gələcəyi baxımından, gələcəkdə bir daha belə bəlalarla üzləşməməyi baxımından çox vacib bir məsələdir. Bu istiqamətdə məncə sosioloqlar, psixoloqlar və cəmiyyət proseslərini öyrənən diğər elmi araşdırma mərkəzləri öz sözlərini deməlidirlər.
İkinci istiqamətlə bağlı. Əliyev rejiminin Azərbaycan xalqı üçün doğurduğu nəticələr üzərində iqtisadçılar və hüquqşünaslar ciddi şəkildə işləməlidirlər. Məlumdur ki, belə araşdırmalar bu gün dünyanın da bir sıra mərkəzlərinin diqqətindədir. Bu mərkəzlər aydındır ki, problemin yalnız onlara aid olan hissəsinin araşdırılmasına səy göstərirlər və bu da təbiidir. Əslində bu rejimin bir toplum olaraq bütövlükdə Azərbaycan cəmiyyətinin başına gətirilənlərinin kompleks tədqiqatına nail olmaq lazımdır. Yalnız onda zərərşəkmiş qismində Azərbaycan xalqının başına gətirilənlərin ümumi mənzərəsini görmək mümkün ola bilər.
Üçüncü istiqamət. Bu mahiyyət baxımından əvvəlki istiqamətlərdən məncə daha aktualdır. Belə ki, burada əsas məqsəd yuxarıda qeyd edildiyi kimi vəziyyətdən çıxış yolları aramaqdır. Burada həlledici söz siyasətçilərindir. Avtoritar, yarı feodal, yarı terrorçu, anti-bəşəri və qeyri-insani rejimdən qurtulmaq, Azərbaycan xalqını bir zərərşəkmiş (qurban) olaraq ondan xilas etmək üçün real və prespektivli yollar ortaya qoyulmalıdır. Bunu bacaran dairələr olacaqmı? Bax bu əsas məsələdir. Azərbaycan xalqının normal gələcəyinin birbaşa asılı olduğu məsələ...

Комментариев нет:

Отправить комментарий