Страницы

01.04.2014

Rauf Qurbanov: “Rusiya Ukraynaya qoşun yeritməyib”

“Qərb ölkələrinin Ukrayna ilə bağlı siyasəti tam iflasa uğrayacaqdır”

Bunu son günlər Ukraynada baş verəh hadisələrə münasibətində Avrasiya.net-ə Azərbaycan kommunistlərinin rəhbəri Rauf Qurbanov bildirib: “Birincisi, Rusiya Ukraynaya qoşun yeritməyibdir.  Sevastapolda RF -nın yetərincə istənilən həmləni dəf edə biləcək müasir texnaloji silahlarla təmin olunmuş nizami hərbi bazası var. Kırımda baş verən hadisələr Qərbin sponsorluğu ilə Kiyevdə, Maydandan baş vermiş hadisələrin təkrarına cəhddir. Məqsəd iki qardaş xalqı bir -birinə qarşı qoymaqdır.  Mən hesab edirəm ki, ABŞ başda olmaqla Qərb ölkələrinin Ukrayna ilə bağlı siyasəti tam iflasa uğrayacaqdır.  Son hadisələr göstəriri ki, artıq bir qrup hakimiyyəti zorla ələ keçirmiş millətçi radikallar yox, bütövlükdə xalq ayağa qalxıbdır.
Xalqın qəzəbinin qarşısında isə hər hansı bir siyasi qüvvənin duracağı mümkün deyil. Çox qısa müddətdə qeyri konstitusion yolla hakimiyyətə gəlmişlərə, Maydanda nazir papkaları və mühüm dövlət vəzifələri paylayanlara, Ukrayna xalqı öz sözünü deyəcəkdir. Bu gün Ukraynada baş verən hadisələr sanki Azərbaycanın düşdüyü 90-cı illəri xatırladır”.

Комментариев нет:

Отправить комментарий