Arbatan kəndində İmam Əlinin qardaşı balalarının başını kəsən Harisin adının dükana yazılması şiələri qəzəbləndirib; sahibkar vəhabi söhbətindən danışdı; başçı müavininin baş verənlərlə bağlı öz izahı var...
Salyanın Arbatan kəndindəyik. Bu kənddə bir neçə gün əvvəl tikinti materialları satılan mağazanın üzərinə vurulmuş bir ad ümumilikdə rayonda aranı qatıb. Sələfi olduqları deyilən mağaza sahibləri Mahir Pənahov və oğlu Fəridin dükana “Haris” adını verməsi narazılıq doğurub, obyektə hücum olduğu xəbəri çıxıb.
Deyilənə görə, bu ad İmamın övladlarını qətlə yetirən Əməvilər sülaləsinin adamı olub və belə bir şəxsin adının qoyulması şiələrin heysiyatına toxunub.
Ona görə də mağazaya hücum çəkib, bu adı söküb çıxarıblar. Kənddə olarkən hadisənin təfərrüatlarını araşdırdıq.
“Salyan hara, İran hara...”
Arbatan Salyana bitişik qəsəbə tipli kənddir. Buranın əhalisi əkin-biçinlə, taxıl əkməklə dolanır. Kəndlilər isə təsərrüfatla dolanmağın çətin olduğunu söyləyirlər. Deyirlər ki, işsizlik ucbatından adamların bir qismi Rusiya bazarlarına axışıb.
Kənddə addımbaşı sıraya düzlənmiş taksilər görünür. Kəndlilər isə işsizlikdən savayı ara yolların bərbad olmasından gileylənirlər. Qonşu Seyidsadıqlı və Marışlı kəndinin sakinləri isə 20 ildir qaz üzünə həsrət qalmaqdan gileylənirlər.
Baş vermiş məlum hadisəyə gəlincə, kəndin girişində yerləşən bu mağazaya gecə saatlarında hücum olduğu bildirilir. Bu işi görənlərin kimliyi açıqlanmayıb. Kəndlilər danışır ki, Arbatanda əvvəllər vəhhabi olmayıb. Bu işi görənlərin İranpərəst qüvvələrin olması ehtimalını isə arbatanlılar qətiyyətlə təkzib edirlər. Deyirlər ki, Salyan hara, İran hara... Qəribədir ki, kənddə ibadət evi də yoxdur. Bir ocaq fəaliyyət göstərir ki, orada yaşayan İntizar Bağırova məscidin niyə olmamasından bizə danışır.
Deyir ki, bura Mirheydər Ağanın ocağıdır: “Onun oğlu Seyidəli ocağı tikdirib, amma məscid tikilməyib. O vaxt Türkiyədən gəlmişdilər, məscid tikməyə başladılar, sonra yarımçıq qaldı. El yığılıb ocaq tikilib. Məscid tikməyə imkan olmayıb. Vaxt olar, ocaq dağılıb töküləndə düzəldərlər. Məscidi tikməyə kömək etmədilər. Çünki camaatın imkanı yoxdur, hamının balası böyüyür”.
İntizar xalanın sözlərinə görə, bu kəndin camaatı şiədir: “Burada başqaları yoxdur, nə sünni, nə vəhhabi, heç olsa da onları bura buraxmaram”. Kənddə danışırlar ki, mağazaya gecə vaxtı hücum edilib və hamı məsələdən ertəsi gün xəbər tutub.
Dükan sahibi: “Nə vəhabi, mən ateistəm”
Onların dediyinə görə, vəhhabilərin artması işsizliklə əlaqədardır. Dükan sahibi də uzun illər “Haris” adı ilə obyektini işlədib. İnsanlar bu adın mənasını öyrəndikdən sonra qəzəblənib, onu söküblər. Hadisəni aydınlaşdırmaq üçün dükana gedirik. Mağazanın bir pəncərəsinin şüşəsinin sındırılmasının şahidi oluruq, “Haris” adı isə həqiqətən də sökülüb çıxarılıb.
Mağaza sahibi Mahir Pənahovun isə bizimlə söhbətində iddialara ilk reaksiyası belə olur: “Kimdir deyir vəhabiyəm, nə vəhhabi, mən ateistəm. O lövhədən adı da özüm çıxarmışam, təzəsini qoyacağıq. Haris nəvəmin adıdır. Bu sözü böyüdənlər düşmənlərdir. Nə vəhabi? Hamı peyğəmbəri, Allahı tanıyır. Bir şüşəni sındırıblar, vəssalam. Polisə də heç şikayət yazmamışam. Bunu edən kameraya düşüb, bilirəm kim edib. Kamerada görünür ki, uşaq şüşəyə daş atır. Bir uşağı qabağa salıblar ki, get şüşəni sındır. Mən 15 ildir bu dükanı işlədirəm. Dövlət qeydiyyatından keçib, vergidən, icra hakimiyyətindən keçib”.
“Oğlum vəhabi deyil, Haris isə nəvəmin adıdır”
M.Pənahov mağazaya hücum olmasını təkzib edir, oğlunun vəhabi təriqətinin üzvü olmadığını deyir. Bu hadisəni İranmeyilli adamların etməsi ehtimalına da inanmır: “İran hara, Salyan hara? Salyandan Rusiyaya gedirlər, çörək pulu qazanmağa. Haris nəvəmin adıdır, mağazaya qoymuşam. Bu ölkədə vicdan azadlığı var. Kim xristian olar, kim müsəlman. Boş söhbətlərdir, nə mən, nə oğlum vəhabidir. Bakıdan da yenisini sifariş vermişəm, yenə mağazada həmin ad olacaq. Yazacağam, vuracağam yenə ora. Bir uşaqdır daş atıb sındırıb şüşəni. Böyüdüb şişirdiblər məsələni. Mənim oğlum ali təhsillidir, neft mühəndisidir, Neft Akademiyasını qurtarıb, Bakıdan mal gətirir, bir yerdə işləyirik. Biri şayiə buraxıb, sonra da böyüdüblər. Bundan qabaq mağazanın şüşəsini qıran olmayıb, amma oğru gəlib sementi götürüb aparıb. O da kameraya düşüb”.
Sahibkar rayonda hamının onu tanıdığını deyir: “Qabil Hüseynli (keçmiş müsavatçı, politoloqu nəzərdə tutur) ilə bir yerdə oxumuşam. Ədalət Yusibov (KXCP sədrinin müavini) dostumuzdur. Məni rayonda hamı tanıyır, qonaqlarım olublar, hörmətimi saxlayırlar. Bu dükanda 20-30 adam işləyir, çörək qazanırıq. Biz dövlətçiliyə xidmət edən adamlarıq. Ölkədə müxalifət də, iqtidar da olmalıdır. Müxalifətsiz dövlət inkişaf edə bilməz”.
Başçı müavini: “Salyanda 30 vəhabi var”
Məsələyə Salyan rayon icra başçısından aydınlıq gətirməyə cəhd etdik. İcra başçısı Tahir Kərimov Salyanda olduğumuz gün gənc rəssamların sərgisində iştirak edirdi deyə suallarımızı cavablandırmaq imkanı olmadı, əvəzində tövsiyə etdi ki, rayonda gedən işlərlə tanış ola, nələr olursa araşdıra bilərik.
İcra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəşad Cəbrayılov isə “Yeni Müsavat”a hadisə ilə bağlı qısa açıqlama verdi. Başçı müavini qeyd etdi ki, rəsmi statistikada Salyanda qeyri-ənənəvi təriqətlərin üzvlərinin sayı qeyd olunub: “Onlardan 30 nəfər vəhhabidir, 7 İbrahimi var, 2 nəfər də Nəqşibənd cərəyanının üzvüdür. Bu hadisəyə gəlincə, şəxsi münaqişə zəminində iki nəfər arasında mübahisə olub. Mağazanı işlədən Fərid Pənahovla qarşı tərəf kimdirsə bilmirik mübahisə ediblər. O da vurub Fəridin dükanının şüşəsini sındırıb. Ancaq əhalinin dükana hücum etməsi, yaxud dava olması haqda deyilənlər yalandır”.
Məşədi Natiq: “Haris İmam Əlinin qardaşının balalarının başını kəsib”
Dində Harisin kimliyinə gəlincə, Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimovdan bu tarixi dəqiqləşdirdik. N.Kərimov bildirdi ki, Haris Yezidin tərəfdarı olub, Əməvilər sülaləsinə xidmət edib:
“O, İmam Əlinin qardaşı Müslümün balalarının başını kəsib. Müslüm külfəti ilə Küfədən qaçmaq istəyib, Yezidin adamları tərəfindən öldürülüb. Balaları isə sağ qalır və Küfədən qaçmaq istəyəndə, Haris onları tutur, balalarının başını kəsib Əməvilər sülaləsinin hökmdarına göndərir”.
Məşədi Natiq deyir ki, Haris İmam Əlinin qardaşı balalarının kəsilmiş başlarını sülalə başçısına gətirir: “Əməvilərin başçısı Harisin bu hərəkətinə qəzəblənir. Deyir ki, sən bu amansız hərəkətinlə böyük qəzəb doğurmusan və Əməvilər hakimiyyətinin sonunu yaxınlaşdıran addım atmısan. Ona görə də əmr verib, Harisin boynunu vurdurur. İndi belə bir adamın adının mağazaya qoyulmasına insanlar özləri qiymət versin”.
Müsahibimiz dedi ki, hakimiyyətin vəhhabilərlə başı hələ çox ağrayacaq: “Vaxtında onlara şərait yaradıb, burada saylarının artmasına imkan verdilər. Bundan sonra vəhabilər hələ çox iş görəcək. Azərbaycanda ənənəvi təriqətlər var. Şiə-sünni arasında heç vaxt problem olmayıb. Amma vəhabilər başqa məsələdir. Onlar özlərindən başqa hamını müşrik elan edirlər”.
Mətbuatda olayla bağlı iddia olunub ki, Salyanda vəhabi təriqətindən olan Mansur adlı şəxs ölümcül döyülüb, Rafael adlı bir sələfinin oğlu ağır xəsarət alıb. Rayonda vəhabi camaatının imamı Möhsün adlı şəxsin olduğu söylənir. Daxili İşlər Nazirliyindən isə məlumat verilib ki, Mahir Pənahov Rayon Polis Şöbəsinə şikayət edib, bir qrup şəxsin mağazanın adı yazılan lövhəsini daşla sındırdıqlarını bildirib. Mağaza sahibinə maddi ziyan vuran 6-7 nəfərdən ibarət bir qrup müəyyən olunub, izahatları alınıb.
“Yeni Müsavat”

Комментариев нет:
Отправить комментарий