Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəzifəsini itirməsinin səbəbləri ilə bağlı ölkə mətbuatında müxtəlif versiyalar irəli sürülüb, bununla bağlı bir sıra mülahizələr səsləndirilib. Fevralın 27-də vəzifəsini itirən metro şefinin özü isə baş verənlərlə bağlı hər hansı tutarlı açıqlaması ilə yadda qalmayıb. O, "belə məsləhət oldu", "mən bu vəzifədə kifayət qədər işləmişəm, daha bəsdi" kimi ümumi sözlərlə kifayətlənməyə üstünlük verib. Bununla da mətbuat sanki məsələni "bağlanmış" elan etdi və Tağı Əhmədovun vəzifəsini itirməsinə gətirib çıxarmış səbəblər qaranlıq olaraq qaldı.
Amma bu günlərdə "Unikal" qəzetinə etibarlı mənbədən sızdırılan informasiyada Tağı Əhmədovun "vurulması"nın şok səbəblərindən bəhs edilir. Qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, metropoliten rəisinin vəzifədən azad olunması birbaşa onun özündən qaynaqlanan səbəblə bağlı olub:
"Uzun müddətdir ki, Bakı Metropolitenində şəbəkələşmiş ticarətin ləğv edilməsi müzakirə olunurdu. Bununla bağlı hökumətə verilən təkliflərdə qeyd olunurdu ki, Bakı Merostansiyalarının giriş-çıxışlarındakı ticarət köşkləri ləğv olunmalıdır. Çünki belə bir vəziyyət sərnişinlərin narahatlığına səbəb olmaqla yanaşı, paytaxtın imicinə də ciddi zərbə vurmaqdaydı. Bununla bağlı dəfələrlə Bakı Metropoliteninin o zamankı rəisi Tağı Əhmədova tövsiyyələr də verilmişdi, amma o hər dəfə bu kimi təklifləri qətiyyətlə rədd edərək, belə bir şeyin mümkün olmayacağını qeyd edirdi".
"Uzun müddətdir ki, Bakı Metropolitenində şəbəkələşmiş ticarətin ləğv edilməsi müzakirə olunurdu. Bununla bağlı hökumətə verilən təkliflərdə qeyd olunurdu ki, Bakı Merostansiyalarının giriş-çıxışlarındakı ticarət köşkləri ləğv olunmalıdır. Çünki belə bir vəziyyət sərnişinlərin narahatlığına səbəb olmaqla yanaşı, paytaxtın imicinə də ciddi zərbə vurmaqdaydı. Bununla bağlı dəfələrlə Bakı Metropoliteninin o zamankı rəisi Tağı Əhmədova tövsiyyələr də verilmişdi, amma o hər dəfə bu kimi təklifləri qətiyyətlə rədd edərək, belə bir şeyin mümkün olmayacağını qeyd edirdi".
Mənbəmiz iddia edir ki, Tağı Əhmədovla metrodakı ticarətin ləğv edilməsiylə bağlı sonuncu və həlledici danışıq məhz Nazirlər Kabinetində baş tutub və elə bu görüşdən sonra da onun vəzifədən azad olunması qərarı qətiləşib: "Baş nazir Artur Rəsizadə Tağı Əhmədovu Nazirlər kabinetinə dəvət edərək hökumətin metropolitenlə bağlı təkliflərini onun diqqətinə çatdırıb. Həmin təkliflərin əsas qayəsində isə buradakı saysız-hesabsız ticarət obyektlərinin ləğv olunması dayanıb. Amma ənənəsinə sadiq qalaraq Tağı Əhmədov təlifə qarşı çıxaraq metropolitenin əslində ziyanla işləməsini və bu səbəbdən də müəyyən xərclərin həmin ticarət obyektlərindən yığılan icarə haqqı ilə qarşılandığını önə çəkib. Amma həmin görüşdə bu fikrin yanlışlığı faktlarla Tağı Əhmədova sübut olunub, metropolitenə ayrılan dotasiyanın və qurumun öz qazancının göstəriciləri onun diqqətinə çatdırılıb. Beləcə, aydın olub ki, əslində metropoliten heç də Tağı Əhmədovun iddia etdiyi kimi həmin ticarət köşklərinin hesabına fəaliyyət göstərmir. Buna baxmayaraq Tağı Əhmədov yenə inadından dönməyərək metrodakı ticarətin ləğv olunmayacağını bəyan edib".
Mənbəmiz bildiri ki, bundan sonra baş nazir Artur Rəsizadə son durumla bağlı prezidentə məruzə edib və bunun da nəticəsində Tağı Əhmədovun vəzifəsini itirməsinə səbəb olan sərəncam imzalanıb. Belə ki, prezident İlham Əliyev fevralın 27-də "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılsın və yeni QSC-yə Zaur Mirtofiq oğlu Hüseynov təyin edilsin.
Bununla da Tağı Əhmədovun Bakı Metropolitenindəki hökmranlığına son qoyulmuş oldu. "Bakı Metropoliteni" QSC-nin yeni rəisi Zaur Hüseynovun vəzifəyə başlayan kimi metrodakı ticarətin ləğvinə yönəlik fəaliyyəti isə "Unikal" qəzetinə Tağı Əhmədovun "vurulmasıyla" bağlı daxil olmuş informasiyanı təsdiqləməkdədir. /dia.az/
Комментариев нет:
Отправить комментарий