Allahu əkbər
Allahu Əkbər
Allahu Əkbər
Allahu Əkbər
Əşhədu ənla ilahə illəllah
Əşhədu ənla ilahə illəllah
Əşhədu ənnə Muhəmmədən rəsulullah
Əşhədu ənnə Muhəmmədən rəsulullah
Bu sözlərdən sonra, nəvələrinin qulaqlarına üç dəfə adlarını söylədi, yaşlı baba.
Əli, Əli, Əli!!!
Ömər, Ömər, Ömər!!!
***
Uzun zamandan sonra ailədə böyük sevinc vardı. Ekiz oğlanlar dünyaya gəlmişdi. Əli və Ömər. Dindar bir ailə olduqları üçün ilk öncə qurbanlar kəsilib, bir tikəsi belə evdə saxlanılmadan kasıblara və qonşulara dağıdıldı. Daha sonra böyük bir qonaqlıq verildi, dualar oxundu. Əməli saleh insanlar öz xeyir duaları ilə qonaq oldu bu yaşlı ailəyə.
Bu sevincə ailədə ən çox sevinən yaşlı baba idi. Ömrünün bu ahıl vaxtlarında biricik oğlunun sevincini iliklərinə qədər yaşayırdı. Ən böyük arzusu bu uşaqların gözəl bir insan olaraq yetişməsi idi. Özü Quran hafizi olan baba nəvələrinə də islami bir tərbiyyə verirdi. Zaman yavaş- yavaş axıb getdikcə, balacalar Yüsif üzlü birər igid kimi böyüyürdü.
Sabahları babaları ilə qalxıb, yaxınlıqdakı məscidə gedərdilər. Günəş doğmamış Allaha dua eləmək, yaradanla bərabər olmaq, bir azan səsi ilə nəfsani arzulardan xilas olmaq. Daha sonra insanlarla saf- saf düzülüb namaz qılmaq, bax bu gözəlliklərlə keçirdi balacaların günləri.
Quranı oxumağı öyrəndilər ərəbcədən, ancaq nə yazıq ki, babnın ağlına gəlmədi O, Quranın mənasını da öyrətsin nəvələrinə.
Duaları belə ərəbcə edərdilər, bir dəfə Əli babasına : “ Baba, Allah ərəbcədən başqa dil bilmirimi, Allah bizim dilimizi bilmirmi ki, ona, ancaq ərəbcə dua edirik” deyəndə, baba nə deyəcəyini bilməyib, sadəcə susmuşdu. Zaman- zaman bu sualları versələr də, böyüdükcə onlar da babalarına oxşamağa başladılar. Ərəbcə dualar, Quranı anlamadan oxumaq və ardınca daha, nələr- nələr.
Bir gün uşaqlar məhlədə oynayırdılar. İki qardaş mehribancasına bir- birilərinin arxasınca qaçır, ürəklərincə əylənirdilər. Birdən böyüklərin bir yerə yığılıb mübahisə elədiklərini görüb, ora yaxınlaşdılar. Mübahisə yaman qızğın gedirdi və deyəsən mövzü din məsləsi idi. Ağ saçlı babalar az qalırdı bir- birini boğazlasın.
- Ən doğru yol Ömərin yoludur.
- Yox, yox tamamı ilə yanılırsan, doğru olan yol Əlinin yoludur.
- Ömərin yolu yanlış ola bilməz, axı peyğəmbər onun qızı ilə evlənmişdir.
- Ona qalsa, Rəsulullah biricik qızını da Əliyə vermişdir.
- Ömər, ədalətin rəmzi idi, onun zamanında islam torpaqları xeyli genişləmiş, onun adı ədalət sözü ilə bərabər işlənmişdir, belə bir insanın yolu doğru yoldur, siz yanlış yoldasız, dindən çıxmısız.
- Əli Allahın Arslanı idi, onun soyundan gələnlər də zalimlə, zülümlə savaşıb, şəhid olmuş, yerlərindən yurdlarından olmuşlar, ancaq siz onun Əhli- beytini, imamlarımızı qəbul etmirsiz.
- Siz də bizim sahabələrimizi, övliyalarımızı qəbul etmirsiz.
- Siz doğru yolda deyilsiz, namazlarınız qəbul olunmaz.
- Əsl sizin namazınız qəbul olunmayacaq
- Sən nə deyirsən, indi payını verərəm sənin.
- Kişisənsə gəl ver.....
Və babalar cumdular bir- birinə, asta vuran namərtdi, qaydasınca ağızlarını, burunlarını qana boyadılar. Babaların davasını görən gənclər də davaya qoşuldular. Aləm qarışdı, mənsəb itdi. Uşaqlar bunu evlərin birinin küncünə gizlənib, seyr edirdilər. Yaman qorxmuşdular, ancaq bu Ömər- Əli söhbəti beyinlərini yaman qarışdırmışdı. Onlardan hansı haqlı idi, onlar qardaş deyildilərmi? İndi onlar düşmənmi olmuşdular? Bu suallar körpə uşaq beynini bulandırmağa bəs edirdi.
Bir qədər sonra polislər gəlib, dalaşanları apardılar, uşaqlar gizləndikləri yerdən çıxıb oynamaq istədilər, lakin olmadı, oynaya bilmədilər.
Bir xeyli sakitcə yol getdilər, sonra nəsə düşünüb dayandılar, savaşmağa başladılar. Yenicə dostca oynayıb, əylənən uşaqlar indi düşmən kimi vuruşurdular. Axı onlar Ömər və Əli idi, ikisindən biri mütləq haqsız olmalıydı, kimin haqlı olduğunu isə ancaq savaşaraq öyrənə bilərdilər. Qalib gələn haqlı olacaqdı. Ömər əlinin burnunu sındırdı, Əli də yerdən bir daş götürüb Ömərin başını yardı. Axırda ağlaya- ağlaya evlərinə qayıtdılar.
Uşaqlarını al qan içində görən ana az qaldı ki, ağlını itirsin.
Ay, Allah mənə ölüm ver, nə oldu sizə? Kim sizi bu hala saldı. Ananın səsinə qohum- qonşu onların həyətinə yığıldı.
Hərə bir yandan başladı, hərə bir yana yozdu bu məsələni, ancaq həqiqəti heç kim bilmədi. Uşaqlar demədilər, başlarına gələni. Hər kəs dağılıb, evlərinə getdi. Yazıq ana ağlaya- ağlaya uşaqlarının yaralarını sardı. Uşaqlar isə artıq, o köhnə, mehriban qardaşlar deyildilər.
***
Onlar indi Əli və Ömərdi. Əslində bir olan, lakin insanların, özü də cahil insanların ayırdığı Əli və Ömər.
İlk öncə mənsəblərini ayırdılar, hər kəs indi öz mənsəbinin, öz yolunun doğru olduğunu düşünür, qarşıdakının imana gəlməsi üçün dua edirdi, ancaq bir gün anladılar ki, heç kim yolunu dəyişməyəcək. O gündən oldular düşmən.
Yaşlı baba nə qədər çalışsa da bu gedişatı dəyişdirə bilmədi. Yaşları artıqca ətraflarında özləri kimi dostları çoxalmağa başladı, indi evlərinə belə getmirdilər. Baba dünyasını dəyişdi, gəldilər- gəlməz olaydılar. Hər kəs cənazə namazını öz bildiyi kimi qıldırmaq istədi, az qaldılar cənazəni qoyub dava salsınlar, qohum əqraba araya girib, onları sakitləşdirdi. Bir təhər dəfn mərasimində iştirak edib, oradan uzaqlaşdılar. Bir daha kimsə onlardan xəbər almadı. Yaşlı analarını ağlar qoyub, getdilər. Ağlamaqdan gözləri tutuldu yazıq qadının.
“Qurtuluş, cənnət şamdadı” deyə bir yalan uydurdu bir gün iblis. Allah deyərək, Allah deyənləri öldürərək cənnətə gedəcəklərinə inandırdı minlərcə insanı. İki qardaş da vardı onların içində. Hər iksisi müxtəlif cəbhələrdə, bir- birilərinə qarşı savaşmaq üçün yollandı Şama.
İblis buludların arxasından baxıb, gülürdü. Sərhəddi keçdilər, cənnət xəyalı qura- qura getdilər, özlərinin və başqalarının həyatlarını zindan eləməyə.
- Bura nə üçün gəlmisiz?
- Cihad etməyə.
- Cihad nədir bəs?
- Allahın yolunda savaşmaq
- Kimlərlə savaşmaq?
- Kafirlərlə
- Kafir kimə deyilir?
- Allaha inanmayana
- Bəs mənsəbiniz fərqlidir deyə, Allah deyən birini niyə öldürürsüz?
- ....!!
Nə yazıq ki, onlara bu sualları verəcək bir vicdanları yox idi. Onlarla danışan, onlara təlqinlər edən isə İblisidi.
“ Onlar kafirdir, onları öldürməlisən, cənnət səni gözləyir, hürilər, içgilər səni gözləyir”
Qaranlıq bir gecəydi, gecələrin ən qaranlığı. Ömərgilin dətəsi dahi bir insanın məzarını partlatmaq üçün yola çıxdılar. Onların inancına görə məzarlar yox olmalıydı. Bu böyük şairin həyatı “ zahidlərin” güdazına getmişdi, indi məzarını da eyni aqibət gözləyirdi. Və ən acı olanı da odur ki, bu insan onların həmvətəni idi.
Sakitcə məzara yaxınlaşıb, partlayıcıları ətrafa düzdülər. Uzaqlaşıb, kameralarını hazırladılar partlayış anını çəkmək üçün.
Və Allahu- Əkbər, Allahu- Əkbər, Allahu- Əkbər..........
Bir tarixi məhv etdilər, bu qələbəni də yazdılar Ömrə Əl Azərinin adına.
Əligilin mucahitləri də boş dayanmırdılar. Qarşı tərəfdən kimi əl keçirsələr, başını kəsib, qurban edirdilər onu. Bir tərəf məzarları məhv etmək üçün savaşır, başqa bir tərəf o məzarları qoruyur. Olan isə sadə xalqa olurdu. Bir ölkənin insanlarını didərgin saldılar, yurdlarından. Özü də bunu cihad adı ilə, Allah yolunda savaşmaq adı ilə edirdilər.
Yenə bir gün, yenə göydən ölüm yağır, iblisin dodaqlarından. Səhərəcən gedən hazırlıqlar sona çatır. Döyüş başlanır. Yenə təkbirlər güldürür İblisi, yenə qardaş qardaşına qurşun sıxır. Ömər bir yanda, Əli bir yanda döyüşür. Bəlkə də xəbərləri yoxdur, bir- birlərindən. Cənnət bu gün onları gözləyir, onların düşüncəsində. Həqiqəti çox gözəl bilən, İblis qəhqələr yağdırır göydən, elə bilirlər qarşı tərəfin atdığı raketlərdir bunlar.
Bax, budur ikisin əlində də silah, silahlar qardaş alnında. Barmaqlar tətikdə. Cənnətdəki hurilər onları gözləyir axı, tətiyi çəkmək gərək. Və tətik çəkilir, gözlər yumulur son dəfə, cənnətdə açılmaq ümidi ilə. İblis bir kəz daha qalib gəlir öldürülən uşaqların son fəryadında. Əbədi əzabına qədər, bu qələbənin sevinci ilə yaşayacaq.
- Rəbbin kimdir?
- ......................
- Peyğəmbərin kimdir?
- ............................
- Dinin nədir?
- ................
Verilən sualları cavablandıra bilmirdi, heç biri. Bəli onlar ölmüşdülər və indi surğu- sual mələkləri tərəfindən hesaba çəkilirdilər.
Rəbbin kimdir, sualına cavab verə bilmədilər, çünki aləmlərin rəbbi olan Cənabı Allah ayətlərində sevgini, gözəlliyi və qardaşlığı buyururdu. Onlar isə nifrətlə yaşayıb, öz din qardaşlarını öldürmüşdülər, axırda da bir- birilərini öldürüb bura gəlmişdilər.
Peyğəmbəriniz kimdir, sualını da cavablandıra bilmədilər, çünki Rəsulullah “ Ayrılmayın, birlik olun” buyurmuşdu- ayrıldılar, bölündülər
“ Bütün müsəlmanlar, bütün inanalar qardaşdır” buyurmuşdu- öz din qardaşlarına qurşun sıxmışdılar
Dininiz nədir, sualı da digərləri kimi.
Cənnət, gözlədikləri yerdə cəhənnəm “xoş gəlmisiniz” dedi onlara. Ən ağır hesabları onlarca yetimin ödəyə bilmədikləri haqları idi.
Ölkəmizi niyə viran qoydunuz?
...............................
Atamızı öldürüb, ana – bacımızı niyə cariyə elədiniz?
............................................
Niyə barmaqlarımızı əllərimizdən ayırdınız?
.........................................
Və cəhənnəm.
Və son.
Və sonsuz bir əzab.

Комментариев нет:
Отправить комментарий