Страницы

06.04.2014

Zamiq Haqlı - Qalsın

Səni öyrədəmmədim,
Yorulmaq mənə qalsın.
ziyanlıq mənim olsun,
Xeyirlər sənə qalsın.

Özümü nahaq yordum,
iç üzün nəydi, gördüm..
Könlümü sənə verdim,
Eybi yox, yenə qalsın.

Qurtarsın bu yarışmaq,
Yəni sənlə görüşmək.
Küsdüm, sənlə barışmaq
öldüyüm günə qalsın...

Комментариев нет:

Отправить комментарий