Страницы

26.05.2014

Aqşin Yenisey: Bilirəm, sağalacam


1937.az saytının kollektivi bu gün 1 saylı Şəhər Kliniki Xəstəxanasında Aqşin Yeniseyi ziyarət edib. 

Bizi gülər üzlə qarşılayan şair ağrılarının olmadığını dedi. O, mediada haqqında yayılan xəbərlərə özünəməxsus cavab verdi: “Qara ciyərim olub para ciyərim”.   Bir müddət xəstəxanada müalicə alacağını deyən Aqşin Yenisey bizə açıqlamasında bunları dedi: “Vəziyyət o dərəcədə ciddi deyil. Sadəcə, qara ciyərimə su yığılıb, sarılıq olmuşam.
İndi ciyərimin yarısı fəaliyyətini dayandırıb. Müalicəyə başlamışıq. İlk növbədə yığılan suyun təmizlənməsinə görə müalicə aparırlar. Həkimlər deyib ki, qısa müddətə məni sağaldacaqlar, bütün orqanlarımı təmizləyəcəklər. Özümdə hər hansı ağırlıq hiss etmirəm. Bircə ciyərimdəki su bir az narahatlıq, köp yaradıb, vəssəlam. Bilirəm, sağalacam”. /1937.az/

Комментариев нет:

Отправить комментарий