Страницы

01.05.2014

Bir Hidayət var idi, həqqə salam eylər idi, Bu salam ilə muğamatda məqam eylər idi.

Dəyərli Əhli-beyt şairi Hacı Soltan Əlizadənin məşhur muğam sərrafı Nardaranlı mərhum Hacı Hidayət Nəbizadəyə həsr etdiyi gözəl şeiri

Nardaranlı mərhum Hacı Hidayət əminin əziz ruhuna...

Bir Hidayət var idi, həqqə salam eylər idi,
Bu salam ilə muğamatda məqam eylər idi.

O qədər vardı məlahət ki, səsində daim,
Ölü bir kəlməni də canlı kəlam eylər idi.


O muğamatı tamama yetirəndə elə bil,
Adi bir musiqi yox, ömrü tamam eylər idi.

Əvvəla rəhmət oxurdu sözü icad edənə,
Sonra bismillah ilə şerə davam eylər idi.

Sözə biganə olan kəsləri duysaydı əgər,
O gözəl sotu ilə onları ram eylər idi.

Softi canbəxş idi əfgarı pozulmuşlarçün,
Aşiqin qəlbinə eşq ilə nizam eylər idi.

Gah Hüseyn adına ifa eliyib novhələri,
Gah Əli eşqilə sübhünü şam eylər idi.

"Əli-övladi-Əli şəminə pərvanə bizik",
Bu şuar ilə əzizim o məram eylər idi.

Hacı Soltan onun eşqilə gələrdi bəzmə,
Çün Hidayət nəfəsi zövqünü tam eylər idi.

Müəllif: Hacı Soltan Əlizadə           nardaranpiri.com  

Комментариев нет:

Отправить комментарий