Страницы

11.05.2014

Dəmir Gədəbəyli - TӘZӘ YUVAN MÜBARӘK

Evimizdən bir quş olub uçan qız,
Ömrün-günün, təzə yuvan mübarək!
İpək teli min bir ətir saçan qız,
Bel Dibinde elin, oban mübarək!

Bel Dibidir Antalyada bir aləm,
Belə yerdə ömr edənə nə dərd, qəm?
Әmi, dayı, bacı, qardaş, dost, həmdəm!
Qızım deyən anan, baban, mübarək!

Unutma ki, Gədəbəyli qızısan,
İgid bir oğulun bəxt ulduzusan!
Ertürklərin baharısan, yazısan,
Ağ Dənizin, suyun, havan mübarək!

Комментариев нет:

Отправить комментарий