Страницы

12.05.2014

İran ABŞ-a aid pilotsuz RQ-170 təyyarəsinin eynisini istehsal edib

İran ABŞ-a aid pilotsuz RQ-170 təyyarəsinin eynisini istehsal edib.
Aypara.tv Ansprees-ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) Hərbi Hava Qüvvələri tərəfindən istehsal edildiyi bildirilən təyyarə İranın dini lideri Ayətullah Əli Xamneyinin qatıldığı bir mərasimlə ictimaiətə tanıdılıb. 
Mərasimdə İran baş qərargah rəsis general Həsən Firuzabadi, İran İslam inqilabı keşikçiləri Korpusunun komandanı general Məhəmməd Əli Cəfəri və yüksək səviyyəli komandirlər də iştirak edib. 
Qeyd edək ki, İran, 2011-ci ilin dekabr ayında hava sərhədlərini pozan ABŞ-a aid RQ-170 pilotsuz təyyarələni ölkənin şərqində zərərsizləşdirdiyini açıqlamışdı. Rəsmi Tehran təyyarənin elektron hərbi sistemlərindən istifadə edərək yerə endirildiyini bildirmişdi.

Комментариев нет:

Отправить комментарий