Страницы

20.05.2014

İsrailsayağı sərsəmlik

Əkrəm Hacızadə

Fәlәstin xalqının torpaqlarını on illәrdir vәhşiliklә işğal edib onlara etdiyiniz olmazın zülmlәri dünya bilir

Yenә ac qurdlar kimi, hücum ediblər… Bir neçә gün öncә, İsrail eksperti, “İsrail-Azərbaycan” Benəlxalq Assosiyasının (AZİS) baş katibi Lev Spivakın, saytların birindә müsahibәsini gördüm. Başdan ayağa cәfәngiyyat danışan bu şәxsin bәzi yanaşmaları daha da diqqәtimi özünә çәkdi. Danışıqlarından belə nəticəyə gəlmək olar ki, ya bu insan bizim planetdә yaşamır, ya da Azәrbaycan xalqını öz hәmyerlilәri kimi, lap "tövlә sakinlәri" hesab edir. Çox uzatmadan keçәk müsahibә zamanı onun toxunduğu bәzi hәqiqәtdәn uzaq nüanslara.
-"Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olmasına baxmayaraq, İsraillə tarix boyu dostluq edib."
Azәri xalqı hara, yəhudu-israillә dostluq hara? Özü dә tarix boyu... Hәlә dә biz tәrәflәrdә "yəhudi" vә "yevrey" sözü söyüş kimi qәbul olunur. Heç olmasa "olanınız"dan danış. İsrailin tarixi dә var bәyәm?
Mәnim babamın yaşı, sizin qondardığınız tarixdәn çoxdur. Bu "tarix"i isә siz oğurluq, canilik, talançılıq, terror, kütlәvi qırğınlar, zülmlәr, dünyanın müxtәlif yerlәrindә saysız hesabsız qәtllәrlә yazmısınız. Fәlәstin xalqının torpaqlarını on illәrdir vәhşiliklә işğal edib onlara etdiyiniz olmazın zülmlәri dünya bilir. Siz bu tarixi qanla yazmısınız. Әmin olun ki, bu qan tezliklә yuyularaq tarixin zibilliklәrinә atılacaq....
Әziz oxucular, bu sәtirlәri yazarkәn saytlarda xәbәrlәrә baxmaq istәdim vә ilk gördüyüm xәbәr bu oldu. "Terör rejimi İsrail güçleri ile fanatik yahudilerin Filistin halkına yönelik cinayet ve saldırıları devam ederken, siyonistlerin Hayfa kentinde, Filistin İslami Direniş Hareketi'nin kurucusu ve Filistin mücadele tarihinin seçkin isimlerinden İzzeddin Kassam'ınmezarına saldırdıkları bildirildi."
Bax bunlar bәşәriyyәtә xәrçәng xәstәliyi olan parazitlәrsiniz. Xәrçәngin dә yalnız bir çarәsi var. Bu xәstәliyә çarә, "The message of Rachel Corrie" adlı animasion reseptdә yazılıb. 
Müsahibənin davamında: "Azərbaycan dünyada İsrail istehsalı olan silahların ən böyük alıcılarından, İsrail isə sizin ölkənin ən böyük neft alıcılarından biridir. Odur ki, münasibətlərimizi konkret hansısa bir vaxt amilinə bağlamaq olmaz. Bizim bir-birimizə daim ehtiyacımız var."
Nә o silahlara, nә dә sizә xalqımızın zәrrә qәdәr belә ehtiyacı yoxdur. Vә minlәrlә insanın evini viran qoyub canını alan tanklarınız vә sәnayelәrinizdә istifadә olunan neftin dә satılmasına (talanmasına) razı deyilik.
Amma sualım xalqadır. Görәsәn nәyә görә dünyanın kiçik dövlәtlәrindәn olan Azәrbaycan işğalçı sionist rejimin әn böyük silah alıcılarından birinә çevirilib? Sizcә bu silahların Ölkәmizdә yerlәşdirilmәsinә ehtiyac varmı? Ermәnistanla müharibә şәraitindә olduğumuza görә? Siz hәlәdә bu şablon nağıllara iman gәtirmisiniz?
Mәlum mәsәlәdur ki, İsrail bilavasitә, bizim cәnub qonşumuzu hәdәfә alıb. İnanmırsınız? O zaman sәbrlә aşağıdakı iddiaya nәzәr salın.
- "Ola bilər ki, siz razı olmayasınız, amma fikrimcə, İran bizim ümumi düşmənimizdir və mənə elə gәlir ki, bu həm İsraildə, həm də Azərbaycanda hamıya məlumdur. Yəqin ki, hal-hazırda “bu məsələ ilə nə etməli?” sualının cavabını ölkələrimizin rəhbərliyi Bakıda baştutan görüşlər zamanı bir yerdə axtarırlar. Onlar hər iki tərəfi razı salacaq daha yaxşı variantı tapacaqlar. Gəlin bir az səbr edək və nəticəni gözləyək."
Azərbaycan təkcə potensial yox, fikrimcə, İranın atom obyektlərinə havadan hücum zamanı yeganə mümkün platsdarmdır. Təbii ki, söhbət İraqdakı kimi atom obyektlərinə hücum planından gedirsə... Amma İranda İraq variantı o qədər də işləməyəcək, çünki, bizim bir neçə il əvvəl ancaq fantastik filmlərdə gördüyümüz silah növləri, artıq real olaraq ordunun əlindədir. Söhbət pilotsuz təyyarələrdən, uzaqdan idarə olunan lazer silahlarından və sairdən gedir. Odur ki, İranın hərbi-atom silah obyektlərinin vurulması qərarı alınsa, biz bir çox hərbi “sürprizlərin” şahidi olacağıq. Və çox güman ki, hərbə dəxli olmayan insanlar zərbənin haradan vurulacağını da bilməyəcəklər. İstənilən halda, Azərbaycan dövləti öz ərazisinin tam hakimidir və öz hüdudları daxilində hansısa əməliyyatların aparılıb-aparılmamasına qərar verəcək qədər qüdrətə malikdir.
Siz bir hәyasızlığa diqqәt edin. "Iran Düşmәn". Әlbәttә ağlı başında olan hәr kәs sәnin bu yalanlarınla razılaşmaz. 35 ildir İran İslam Respublikasında inqilab olub. Bu illәr әrzindә İran tәrәfdәn bir Azәrbaycanlının toyuğuna daş dәymәyib. İndiki vәziyyәt dә göz qabağında. Bu şablon iddiaya uymaq üçün insan gәrәk gerizәkalılığın pik hәddindә qәrarlaşa.
-Amma İsrail bәşәriyyәtә vurduğu zәrbәlәr necә...?
-Demәli bu mәxluq әvvәlcә hәyasızcasına, әsrlәrdir eyni mәdәniyyәti, eyni dini daşıyan, qardaş vә qonşu ölkә olan İran İslam Respublikasını, (avamların zehnindә) Azәrbaycan üçün düşmәn obrazına çevirir vә daha sonra isә, öz mәkrli planını işә salır. Mәlum mәsәlәdir ki, mәlumatsız vә әlindә olan mәlumatın mәnbәyi AZTV olan bir toplumu, bu cür mәntiqdәn uzaq vә yalan iddialarla aldatmaq çox da çәtin deyil...
Bәli, qanun çәrçivәsindә Azәrbaycanın öz әrazisi barәsindә istәnilәn qәrarı vermәyә haqqı var. Bundan İsrailә nә? Bu barәdә dәfәlәrlә dövlәt başçısı, XİN vә digәr dövlәt rәsmilәri yerli jurnalistlәrә müsahibәlәri vә İİR-a sәfәrlәri zamanı qeyd ediblәr ki, hәr hansı ölkәnin İrana hücum etmәsi üçün, Azәrbaycan әrazisindәn istifadәsinә icazә vermәyәcәyik. Vәssalam… Amma bu ünsürün dediyindәn belә çıxır ki, dövlәt başçısı İlham Әliyev vә İsrailin XİN Aviqdor Liberman İrana hücum planı hazırlayırlar. Nәticә etibarilә ya bu saxta tәhlilçidir ya da ölkә başçısı yalan danışır. Hansının isә yalan dediyini sonda bilәcәksiz.
Heç düşündünüzmü ki, belә olan halda bu mümayәndәnin bir dövlәtin mövqeyinә әhәmiyyәt vermәyәrәk, yenidәn eyni mәsәlәnin ölkә başçısının dediklәrinin әksinә canlandırmasının sәbәbi nәdir? Bu bir dövlәtә hörmәtsizlik vә xәyanәt deyilmi? Bu mәxluqu Qınamayın. Dәrәbәylik vә hәyasızlıq bunların genindәdir. Bәs haradadır İran vә Rusiyanı top atәşinә tutan "jurnalistlәr"? Niyә bu özbaşınalığa göz yumaraq susdular?
 Özünü ev yiyәsi kimi aparan bu qonaq, daha sonra fantastik silahlardan söz açır. Yәni İranda da hәmçinin mövcud olan pilotsuz tәyyarә vә lazer silahları. Bilin ki, bu heç öz dediklәrinә belә inanmır. Hәdәf sadә camaatdır. Çünki, özü yaxşı bilir ki, İİR ABŞ-ın pilotsuz tәyyarәsini necә tutdusa, heç ruhları belә incimәdi. Halbuki, hәmin tәyyarәnin yad müdaxilә zamanı özünümәhv potensialı olduğunu iddia edirdilәr. Ola bilsin İran, yəhudilәrin silahlarını fantastik filmlәrdә görüb, amma bu işğalçı rejim İranın silahlarını heç yuxularında belә görә bilmәyәcәklәrinә özlәri dә әmindirlәr. Fәlәstin müsәlmanlarına olmazın zülmünü edәm bir rejim, gәlib Azәrbaycan-israil dostluğundan dәm vurması, sizcә qәribә deyil? Yəhudidәn başqa heç kәsi insan hesab etmәyәn bir ideologiya, necә bir xalqa dost ola bilәr? Bәs bizdәn nә istәyirlәr? Mәlum mәsәlәdir ki, işğalçı İsrailin ölkәmizlә әlaqә qurmasının tәk sәbәbi, tәbii sәrvәtlәrimizә yiyәlәnmәk vә әn әsası bizi qonşu İranla düşmәn edәrәk öz mәqsәdlәrinә çatmalarıdır. Özü dә bunu etiraf edir. Çünki, Azәrbaycandan İran әrazisinә yer, hava vә su yolu ilә hücum etmәk mümkündür (yuxuda). 
Bu hәşәratlara öz çirkin niyyәtlәrinin hәyata keçmәsindә yardım etmәk, başlıca olaraq Azәrbaycan xalqının mәhvi demәkdir. Müharibә olarsa İran öz xalqını qoruyacaq. Bәs bizi...?
İsrailin "sürpriz"i Azәybaycan xalqının bәlasıdır. Amma onun bu sözlәri qәtiyyәn ciddi qәbul etmәyin. İran bunlardan, 35 ildir ki, İsrailin mәhvinә zәmin yaradacaq sürpriz gözlәyir. Amma bu illәr әrzindә İran, İsrailә "33", "22" vә "7" günlük sürprizlәr göstəriblәr. Tәbii ki, әgәr rәsmi Bakı İsrailin bu cinayәtinә razı olmasa İqtisadi vә hәrbi tәhdidlәr edәcәklәr. Amma libermanın bu sәfәrini mәn heç dәn zahirdә göstәrilәn kimi deyil, sadәcә İran tәrәfinә  әzәlә nümayişi kimi qiymәtlәndirirәm. Yәni ördәyi göllә qorxutmağa gәlmişdilәr. Atalar yaxşı deyib. "İt qorxduğundan hürәr".

Комментариев нет:

Отправить комментарий