Страницы

20.05.2014

ŞEYX İBRAHİM SƏLYANİ QAFQAZİ


İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Öz zamanının dəyərli alimlərindən biri olan Ayətullah Hacı Şeyx Səlyani Qafqazi on üçüncü əsrin ikinci yarısında (hicri qəməri tarixi ilə), Səlyan məntəqəsində dünyaya gəlib. İbtidai təhsilini doğulduğu yerdə aldıqdan sonra ali səviyyədə dini təhsil almaq üçün Nəcəfi-Əşrəf şəhərinə köçür.
Orta səviyyədə olan dərsləri başa vurduqdan sonra əvvəlcə məhşur alim Mövla Məhəmməd Fazil İrəvaninin fiqhi-xaric dərslərində, sonra isə Ayətullahül-üzma Mirzə Həbibullah Rəşti, Mirzə Hüseyn Xəlxali Tehrani, və Şeyx Məhəmməd Həsən Mamağaninin üsul və fiqh xarici dərslərində iştirak edib. Çoxlu səyinə və fitri istedadına görə yüksək elmi məqama çatır. O, təhsil aldığı günlərdə bacardığı qədər çalışar, keçdiyi dərsi başa düşmək üçün dərsin əsas mətni üzərində xeyli düşünərdi. Alimin dərsə ciddiyyətlə hazırlaşması haqqında bu cür nəql edirlər: “O, Nəcəfi-Əşrəf şəhərinin seçilmiş alimlərindən biri idi. Uzun təhsil müddətində dərsləri başa düşmək üçün var-qüvvəsini sərf edirdi. Ruhi və fiziki cəhətdən özünü möhkəm zəhmətə salırdı. Gecələri bəzən sübhə qədər oyaq qalır, gündüzləri isə bütün vaxtlarını dərsə sərf edirdi. Çoxlu kitablar oxuyub, qeydlər götürərdi. Nəhayət, Nəcəfdə tədris kürsüsündə oturub dərs deməyə başladı və bununla çoxlu savadlı şagirdlər yetişdirdi. O, Əlinin pak hərəminin eyvanında camaat namazı qılardı”.
Onun yetirməsi olan iki alimin adını çəkmək olar: 1.Ayətullahül-üzma Seyyid Hadi Milani Təbrizi; 2.Ayətullah Şeyx Məhəmməd Cavad İrəvani Nəcəfi.
 Şeyx İbrahim Səlyani 1962-ci dünyasını dəyişmiş və Nəcəfdə torpağa tapşırılmışdır.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий