Страницы

13.05.2014

Ramin Cahangirzadə - Yenə də mahnılar

Dünyanın ən gözəl “Ayrılıq” adlı mahnısının bəsləyəni Fərhad İbrahimi üçün

Nə yaman uzanıb
Yatıbsan şair
Gözünü aç görək
Səhər açılsın

Yenə də mahnılar
Süzülsün ondan
Tökülüb tarlara
Notu yayılsın
***
qolunda keşkə mən
surum olaydım
süzülüb qanına
dolardım sənə

bəslənib bir yeni
mahnı olardım
gözündən axardı
mahnılar yenə

Комментариев нет:

Отправить комментарий