Страницы

13.05.2014

Rövşən Məmmədli - İstədi olsun aşkar

Bir gizlin xəzinəydi, istədi olsun aşkar
Odur ki, xəlq eylədi, insanı Pərvərdigar
Əzəl vaxtı əhd aldı, insə dedi: Rəbbin var
Ərzu-səma baş əydi, təslim oldu insi-cin
Sabit oldu xilqətə, həmin vaxtı hənif din

Dedi: pak bir fitrətdən, yaranmısan ey bəşər
Gizlidi, bilməyirsən, daxilində nə cövhər
Nəfsin sənə düşməndi, əqlin isə peyəmbər
Peyğəmbərə tabe ol, nicat budur, ol əmin
Şeytana dost olma ki, odur qovulmuş, ləin

Səni mən yaratmışam, ucalmağa aləmdə
Bu hədəfçün xəlq olub, aləm ara Adəm də
Risalətim xətm olar, peyəmbəri-xatəmdə
Hər kim ona uymayıb, əgər ki, bəslərsə kin
Xar olacaq aləmdə, eyləyirəm mən yəmin


O, mənbeyi-şərəfdir, odur şəmsi-hidayət
Onunla aləm də mən, eyləyirəm fəxarət
Odur həqiqi rəhbər, odur qurtuluş fəqət
O, Muhəmməd-Mustəfa, həbibi-əhlil-yəqin
Özün tərk edib, onda, fani olar müttəqin

Varisi-Mustəfadır, Əli şahi-vilayət
Ondan sonra on imam, içər abi-şəhadət
Qiyam edən imamla, təmam olar imamət
Hazırlayın onun tez, gəlməsi üçün zəmin
Müstəzaf olanlara, çün odu nəsrul-mubin

Комментариев нет:

Отправить комментарий