Страницы

20.06.2014

Asif Atanın oncildliyinin 6-cısı işıq üzü gördü

Dahi Azərbaycan filosofu, Mütləqə İnam fəlsəfəsinin yaradıcısı İnam Atanın (Asif Atanın) əsərlərinin oncildliyinin 6-cısı – “İçdən yaranma” (“Qanun” Nəşriyyatı, 2014, 128 səh.) işıq üzü görüb. 
Bu haqda Asif Ata Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib. 
 “İçdən yaranma” – Asif Atanın 7 əsərini özündə birləşdirir: “Özündən yüksək”, “Dünyadan üstün”, ”Dünyaçılıq – İnsançılıq”, ”Gerçəkliyi ötmək”, “Kamilləşmə əməli”, “Daxildən gerçəkləşmək” və ”Bütövlük həqiqəti”.
“Özündən yüksək” əsərində insanın, həyatın, dünyanın özündən yüksək imkanının, taleyinin insandan, həyatdan, dünyadan qıraqda yox, öz içində olduğu bildirilir.

“Dünyadan üstün” əsərində  İnam Ata insanın yaratdığı dünyanın insana yaramadığını göstərir. 
“Dünyaçılıq – İnsançılıq” əsəri insanın dünyayla, yaşamla ruhsal ilişkilərinin Mütləqə İnam ölçüsündə açımıdır.
“Gerçəkliyi ötmək” əsərində İnam Atanın şeiriyyətlə bağlı düşüncələri ifadəsini tapır.
“Kamilləşmə əməli” insanın özünü anlaması, yaratması yönündən öyrətmən sözüdür, bənzərsiz hikmətlər toplusudur, insanın özünə yetməsinin yoludur, yöntəmidir.
 “Daxildən gerçəkləşmək” əsərində insanla dünyanın birliyi, bu birliyi dərk etmənin qaçılmazlığı, gərəkliyi, zahirilikdən, səthilikdən üstün olması istənilir. 
“Bütövlük həqiqəti” əsərində Ata insan həyatının cəmiyyət, din, fəlsəfələr, dolanışıq tərəfindən parçalandığını söyləyir, materializmdən, idealizmdən üstün Mütləqə İnam dünyabaxışının gərəkliyini vurğulayır.
Bildirək ki, Asif Atanın yalnız fəlsəfəsini əhatə edən əsərləri Ocağın Ruhsal Başçısı Safruh tərəfindən 10 cilddə sistemləşdirilib. İndiyədək oncildliyin “Mütləqə İnam”, “Mütləqləşmək – var olmaq”, “Görmək insaniliyi”, “Fəlsəfənin təməli”, “Kutsal quruculuq” adlı cildləri işıq üzü görüb. 

Комментариев нет:

Отправить комментарий