Страницы

29.06.2014

İsmixan Kazımov - CAN HAVALANDI

Durna qatarında uçan ruhumu
Çaldı baxışların, can havalandı.
Şana barmaqları tutub üzünə
Oğru baxdığıcan can havalandı.

Gül bağçası düzüm-düzüm gül üstə
Gül düzmüsən tellərinə üst-üstə.
Qaşın yaydır, oxun atır üst-üstə.
Baxışından, canım, can havalandı.

Ağ örpəyin axıb durub çiynində,
Əsən külək tel oynadır üzündə.
Sürmələnmiş qaşın-gözün nazı da
Düşübdür canıma, can havalandı.

Ayrılmaz könlümdən nazın neməti,
Yandırır o gündən eşqin həsrəti.
İsmixan, bu yerdə haqq şahidindi,
Baxanda göz gözə can havalandı.

Комментариев нет:

Отправить комментарий