Страницы

30.06.2014

ŞEYX İBRAHİM BADKUBEYİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Ayətullah Hacı Şeyx İbrahim Badkubeyi öz zamanının görkəmli fəqihlərindən və alimlərindən biri olub. Atası Mirzə Məhəmməd Əli bakılı idi. İbtidai və orta təhsilini qurtardıqdan sonra Nəcəfi-Əşrəf şəhərinə köçür və orada Hacı Fazil Şərəbyaninin dərslərində iştirak edir. Bu günlərdə Nəcəfdə bir neçə nəfərlik sinifdə dərs deməyə başlayır. Mərhum Badkubeyinin maddi vəziyyəti yaxşı olub, həm də Nəcəfdə ali məqamlı alimlər sırasında tanınıb.
 O, özünün əməliyyə risaləsini Nəcəfdə “Ənisul-ibad” adı ilə çap etdirmişdir. Görkəmli alim 1903-cü ildə xəstəliyə tutulur, Bağdad şəhərinə aparılır və cərrahiyyə əməli başlamazdan əvvəl dünyasını dəyişir.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий