Страницы

24.06.2014

İtaliya zərgərləri qızıl “Putinfon” buraxıblar


İtaliyanın tanınmış zərgərlik brendi rusiyalı elita üçün prezident Vladimir Putinin simasını özündə əks etdirən arxası qızıl smartfon istehsal ediblər

İtaliyanın zərgərlik sahəsində nüfuz qazanmış tanınmış brendi olan “Caviar” şirkəti “iPhone” smartfonlarının məhdud seriyasını buraxıb – onların arxa qapağı qızıldandır və üzərində Rusiya prezidenti Vladimir Putinin portreti həkk olunub.

İnterAz-ın “Tjournal” portaılna istinadən verdiyi xəbərə görə, ümumilikdə “Perla Penna” kolleksiyasında 4 qara “iPhone 5s” smartfonları təmsil olunub ki, onlardan hər biri ayrıca olaraq nömrələnib. Telefon korpusunun arxa hissəsi 18 karatlıq qızılla örtülüb, üzərində isə Vladimir Putuinin portreti və Rusiya himnindən sitat həkk olunub.
Şirkətdə bu smartfonları artıq “Putinfon” adlandırıblar. Onların istehsalı və satışa çıxarılması italiyalı zərgərlərin Rusiya və Vladimir Putinlə həmrəylik əlaməti kimi dəyərləndirilir. Şirkətdə bildirirlər ki, "Putin Suriya münaqişəsini həll etmiş, Ukraynada vətəndaş münaqişəsi fonunda öz xalqının maraqlarını ardıcıllıqla müdafiə edən və Edvard Snoudenə siyasi sığınacaq vermiş insandır... “
“Putinfon”un qiyməti təxminən 4500 dollar təşkil edəcək. Şirkətdə qeyd edirlər ki, “iPhone”nun bu kimi modellərinə tələbat mövcuddur. Potensial alıcılar arasında – vətənpərvər siyasi rəhbərlik nümayəndələri və aparıcı şirkətlərin top-menecerləridir. /interaztv.com/

Комментариев нет:

Отправить комментарий