Страницы

25.06.2014

Qardaşı qızı ilə evlənən əmi

Lalə Mehralı

İllər öncə bizim televiziyalardan birində “Qaraçı qanı” adında bir ispan teleserialı yayımlanırdı. Hansı evin kandarından içəri girirdin bu serialın həyacanlı sədası eşidilirdi. Nə böyüklər kiçiklərdən ar edirdi, nə kiçklər böyüklərdən həya. Dədəli-balalı, babalı-nəvəli hamı döşənirdi televizorun qabağına. Dum, dum, gup, gup – həyəcanlı səslərin müşaiyəti ilə serialı izləyirdilər.
Xülasə, çoxsaylı tamaşaçı auditoriyası olan serialın mövzusu isə təxminən belə idi: “Gənc bir qız özündən təxminən 10 yaş böyük bir kişini sevir, münasibət və intim yaxınlıqları olur, bir necə il sevgili olurlar, sonra məlum olur ki, onlar əslində əmi-qardaşqızıdırlar. Yaxın ətrafları, habelə qızın anası və atası da bu məsələni bilirlər, amma onların münasibətlərini bildikləri halda da susurlar. Sirlərini gizlətmk əminin öz qardaşı qızı ilə yaxınlıq etməsindən daha vacib görünür onlara. Əmi və qardaşqızı məsələni öyrəndikdən sonra da bir-birindən ayrılmırlar, evlənirlər, 4-5 uşaqları olur”.
Cəmiyyəti pozan, milli dəyərləri sıradan çıxaran, əxlaqsızlıq aşılayan seriallar barədə bir araşdırma hazırlayırdım. Buna görə də uzun müddət seriallar üzərində düşünməli, hamısını bir-bir təhlil etməli idim. Öncə yerli telekanallarda yayımlanan və ya vaxtilə yayımlanmış serialları araşdırdım. Qəflətən yadıma bu serial düşdü.
“Reklam olmasın” deyə serialın yayımlandığı kanalın adını çəkməyəcəm, o kanalın internet ünvanına baş çəkdim. Diqqətli oxucu özü anlayacaq söhbət hansı televiziyadan gedir.
Deməli, kanalın saytında indiyədək yayımladıqları seriallar haqqında bölmə var, orda mən bəhs etdiyim serialın qəhrəmanlarının da fotoları yerləşdirilmiş, haqlarında yazılmışdı. Rəsimlərin altından da tamaşaçıların rəyi verilmişdi. Tamaşaçılar serialı, kanalın zövqünü o qədər mədh eləmişdilər, o qədər tərifləmişdilər ki, sanki bizim cəmiyyət pozulubmuş, əxlaqsızlıq baş alıb gedirmiş, bu serial bizim əxlaqımızı düzəldib, tərbiyəvi əhəmiyyət daşıyıb.
Məni sarsıdan da bu rəylərdən biri oldu. Bir qadın yazmışdı: “Hörmətli televiziya, sizə çox təşəkkür edirəm ki, belə gözəl serial təqdim edirsiniz. Çox gözəl serialdır, hər baxanda özümü düşünürəm, çünki bu serial mənim həyatımla tamamilə eynidir”.
Məsələ aydın idi, ikrah duyduğumuz bu hadisə bizim ölkədə də baş veribmiş. Serial bizim minilliklər boyu oturuşmuş, kök salmış, müqəddəs bildiyimiz adətləri kökündən silmək, məhv etmək məqsədi daşıyırdı. Bu kimi serialların bir məqsədi var – cəmiyyətin qəbul etmədiyi, əxlaqsızlıq bildiyi belə hadisələri adiləşdirmək.
Məhz buna görədir ki, Latın Amerikasının istehsalı olan bu tip əxlaqsız məzmunlu seriallar bizim və bizim kimi yuxusu dərin olan ölkələrə pulsuz verilirdi. Bir qəpiksiz. Məqsədləri aydın deyilmi? Məhrəm bilinənləri yox etmək, əxlaqsızlıq hesab olunan davranışları adiləşdirmək, stereotipləri qırıb-parçalamaq və nəticədə cəmiyyəti pozğunluğa sürükləmək.
Məqsədlərinə nail olurdular yavaş-yavaş. Onlar işi yavaş-yavaş görürlər. Lap pambıqla baş kəsmək kimi bir şeydir onların işi. Əxlaqsız davranışları özündə cəmləşdirməyi qarşısına öhdəlik qoymuş Braziliya seriallarının ölkəmizdə yığışdırılması isə Azərbaycanın əxlaqının qorunması üçün ən yaxşı qərar idi. Serialları bizə pulsuz sırıyanların isə həvəsləri qursaqlarında qaldı. Hələ ki....

bugun.az

Комментариев нет:

Отправить комментарий