Страницы

30.06.2014

Rizvan Şıxızadə - Günəş üzlü

Həmişə Haqqın tərəfində olan, hüqüqşünas dostumuz, gözəl xanım Gülnar Nəzərliyə

Xoş səsin, sorağın hər yanı gəzir,
Hamına sevimli birisisən sən.
Səndən ilham alıb, şairlər yazır,
Onların bir ilham pərisisən sən.

Bir həyat eşqi var, gülər üzündə,
Rəqibin nə günəş-ay ola bilməz.
Səmada parlayan ulduzlar belə,
Sənə gözəllikdə tay ola bilməz.

Sən ey Yaradanın, Haqqın mələyi,
Haqq baldan xəlq edib dilini sənin,
Necədə xoşbəxtdir Bakı küləyi,
Hər gün sığallayır telini sənin.


Ala gözlərinə aşiq olaraq,
Könüllər hicrindən talanır hər gün.
Günəş alovunu səndən alaraq,
Dünyanın başına dolanır hər gün.

Hamına mehriban, hamına əziz,
Haqqdır, ədalətdir fikrin-nəzərin,
Əqidən məsləyin su qədər təmiz,
Səndə saflığı var mavi xəzərin.

Çox sinə gərmisən çətinliklərə,
Allaha sığınan qəmə bürünməz,
Sən necə dayağsan kimsəsizlərə,
Sənədə dayağdır gözəgürünməz.

Sevginin inancı, milləti olmur,
Özün bir dünyasan, bəşərisən sən,
Bu bəxşiş hər kəsin qisməti olmur,
Tanrının ən gözəl əsərisən sən.

Ürkək baxışların necədə gözəl, 
Mərdliyin, düzlüyün daha möhtəşəm.
Az olar yazsamda neçə şer-qəzəl,
Səni vəsf etməyə acizdir qələm.

Sevinc gözlərindən əskik olmasın, 
Biz səni görməyək qəmli-kədərli.
Təbəssüm üzündə heç vaxt solmasın,
Bizim günəşüzlü GÜLNAR NƏZƏRLİ! 

Санкт-Петербург

Комментариев нет:

Отправить комментарий