Страницы

20.06.2014

Susmaq qızıl deyil

Həmid Herisçi

Bu gün bütün dünyada transmilli şirkətlər, yerli administrasiyaların səlahiyyətlərini mənimsəmək, yerli dövlət idarəetmə modellərini öz təsir dairəsi altına almaq, bir növ özəlləşdirmək istəyirlər. Əslində bu gün bütün dünyada, o cümlədən Azərbaycanda, bu iki əks qüvvələr arasında ciddi münaqişə başlayıb.
Bunun təsirini mən öz həyatımda son dövrlərdə, xüsusən 2006-cı ildən üzübəri hiss etməyə başladım. Bilirsiniz ki, mən həm də televiziyonçuyam. 2006-cı ilə qədər bizim teleməkanda adına “televiziya standartı” deyilən bir ölçü meyarı vardı, televiziya sovetdənqalma bir üsulla idarə olunurdu. Lakin 2006-cı ildə bu idarəetmə mexanizmi adına “reytinq” deyilən bir başqa- “Amerikan sistemi” ilə əvəzləndi.
REYTİNQ, daha doğrusu, beynəlxalq AGB NIELSEN MEDIA RESEARCH şirkəti, onun Bakı törəməsi “TV MR AZ” firması, qanunsuz yolla Azərbaycan teleməkanına yiyələndi. Transmilli şirkətlərin bahalı “reklam paketi” düşdü bax bu ponapolist şirkətin ixtiyarına. O da bu “reklam paketi”ni özünə, öz fəlsəfəsinə uyğun teleaparıcılara, televerilişlərə ötürməyə başladı. Bu şirkətin qılıncı altından keçməyənlər, mənim kimi, efirdən uzaqlaşdırıldı.
Xüsusi olaraq onu da qeyd edim ki, beynəlxalq AGB NIELSEN MEDIA RESEARCH şirkəti, qonşuluğumuzdakı Ermənistan, Gürcüstan, Türkiyyə, Ukrayna teleməkanlarına da nəzarət edir. İstədiyi mövzuları müzakirəyə, gündəmə gətirir, bəyənmədiklərini gözardı edir. Bir sözlə, mass-media sahəsində gündəmi formalaşdırır. Son 8 ildə Azərbaycan teleməkanında baş verən bütün mənəvi aşınmalarda, təxribatlarda bu reytinq şirkətinin “xidmətləri” böyükdür.
Vaxtiylə bu mövzuda mən “Reytinqin qurbanları” adlı bir məqaləmi çap etsəm də, nə xeyri? -vəziyyət eləcə də qaldı.
Həmin “reytinq ölçən şirkət” dövlət içində dövlətə çevrildi. Başladı saytları, xəbər agentliklərini, müəllifləri ələ keçirməyə. Transmilli şirkətlərin maraqlarını güdən, savunan kadrlara, müəlliflərə ciddi tələbat yaranarkən, bu şirkət Azad Yazarlar Ocağında cəmlənmiş müəlliflərə xüsusi diqqət ayırdı. Onları işə cəlb etdi.
Soruşacaqsız niyə? Cavabım hazırdı.
Məndə olan məlumatlara görə Azərbaycan teleməkanında transmilli şirkətlər tərəfindən bir başqa, daha qorxulu bir layihə də sınaqdan çıxarılır- bu, Stenford Universitetinin hazırladığı "CHANGING IMAGES OF MAN", yəni “insan psixikasını dəyişmək” layihəsidir (("Contract Number URH (489)-2150 Policy Research Report Number 4/4/74, Prepared by SRI Center for the Study of Social Policy, Director Willis Harmon"). Stenford Universitetinin psixoloji araşdırmaları içinə bu sənəd “Kontrakt № URH (489)-2150” qrifiylə daxildir, müəllifi Uillis Harmon adını daşıyır.
Adını şəkdiyim reytinqölçən bax bu şirkət də həmin bu layihəni, nəzarətdə saxladığı televiziyalar, saytlar, xəbər agentlikləri vasitəsiylə həyata keçirir. Müəllifləri isə, elə bizim Azad Yazarlar Ocağı kimi sahibsiz ünvanlarda axtarır. “Azad yazarlarımız” çoxdan, özləri də bilmədən həmin şirkət tərəfindən idarə olunurlar. Buna konspiroloji dildə “anonim idarəetmə metodu” deyilir.
“Rafiq Tağı olayları” zamanı başlanan “İslamdan imtina!” kompaniyası da, fikir verin, məhz bu vaxtlarlara təsadüf edir. Həmin kompaniya "CHANGING IMAGES OF MAN" layihəsinə tam uyğun şəkildə aparılırdı. “Azad Yazarlar Ocağı” üzvlərindən bəzilərinin bu layihə çərçivəsində 300 dollar mükafat alması da, yadımdadı, elə o vaxtlara düşürdü.
İddialarıma “yox!” deyənlərə tövsiyyəm odur ki, tələsməsinlər. Sonra Amerika səfirliyinə mesac ünvanlasınlar, səfirlikdən 2006-ci, 2007-ci ildəki maliyyə hesabatını tələb etsinlər, görsünlər niyə məhz bu şəxlərə o vaxt maliyyə yardımı ayrılıb.
Tələsməyin...hələ tələsməyin...
Yadınızda qalsın- 2009-cu ilin sonunda Azərbaycan dövləti rəsmiləri, Ramiz Mehdiyevin simasında bu “reytinqölçən televiziya şirkəti”ni xeyli tənqid edib...
Bu qədər...
SOL ƏLİM HAMINIZIN BAŞINA...

musavat.com

Комментариев нет:

Отправить комментарий