Страницы

25.07.2014

Axı siz niyə bu çörəyi dizi üstə olanlara Qori müəllimlər seminariyası açırdız?..


Avropa mədəniyyəti, maarifçiliyi Şimali Azərbaycana Qərbdən deyil, Rusiyadan gəlib. Qori müəllimlər seminariyasının başladığı maarifləndirmə siyasəti sovet vaxtı dövlət siyasətinə çevrilir. Moskva diplomlu alimlər Azərbaycana dönüncə universitetlərdə elmi kafedralar qururlar, Akademiya çərçivəsində dissertasiyalar müdafiə edirlər. Maarifçiliyin bu qızıl dövrü artıq keçmişdə qaldı.
Şimali Azərbaycan sürətlə bu dəyərlərini itirməkdədir. Avropada təhsil alanlar indi dissertasiya yazmırlar, elmi tədqiqatlarla məşğul olmurlar. Ancaq öz karyeraları barədə düşünürlər. Şimali azərbaycanlılar göz görə-görə maarifləndirici sovet televiziya modelini itirib, yenisini qazanmadılar. Bunun davamı kimi Şimali Azərbaycan tezliklə Akademiya, Konservatorya, elmi-tədqiqat institutları şəbəkəsini, texniki peşə məktəbləri zəncirini də itirəcək. Təhsil sistemi iflic vəziyyətinə düşəcək... Azərbaycandakı antirusiya isterikasına təəssüflə baxıb ruslara üz tuturam: -Axı siz niyə bu çörəyi dizi üstə olanlara Qori müəllimlər seminariyası açırdız?..

Həmid Herisçi

Комментариев нет:

Отправить комментарий