Страницы

24.07.2014

Quzğunlar dayanıbdır insanlıgın qəsdinə

Tural Adışirin

Vətəni qorumağa yollanan gənc oğullar,
Tabutlara bürünüb qayıdırlar geriyə.
Çiçəklərdən çox kövrək, quzudan dinc ogullar,
Çiyinlərdə dönürlər bir də üzü bəriyə.

Bilmək olmur dünyanın arzusu, həvəsi nə?
Bəzən haray yerinə ölü sükutlar gəlir.
Analar yol gözləyir eh oğul əvəzinə
Anaların üstünə qara tabutlar gəlir.

Hər bəd əməl tarixən qan ləkəli bir günah,
Quzğunlar dayanıbdır insanlıgın qəsdinə.
Tabutmu böyüdürmüş analar görən, Allah?
Qara tabutlar gəlir anaların üstünə.

Комментариев нет:

Отправить комментарий