Страницы

09.07.2014

Aynur Ələsgərova - Tam olmamaq

Tam hiss etməmək özünü... Bu elə bir şeydi ki nə maddiyyatla nə də indi əlində olanlarla ölçülmür, sənin yanındakılar, baxıb sevindiklərin, dəstək verənlərlə də əlaqəsi yoxdu...Bəs eləmir bəzən nə qədər çalışsalar və çalışsan tam şəkildə  rahatlığınçün... Elə görsənirsən, inandırırsan ki hər şey normaldı, amma yox nəsə yenə nəsə çatışmır... 
Bu vaxtacan elədiklərin, yaşadığın bəs deyil yaxşı olmaqçün. Bəs deyil sənin problemsizliyin, çətinlik- aclıq, susuzluq, səfalət, münaqişə, ayrılıq...- görməməyin..Başa sala bilmirsən nə istədiyini həm də başa düşə. Bunun nəticəsində naşükür kimi anlaşılırsan ki, əslində elə olmadığından da əminsən...
Qədir bilməmək də deyil bu, səndəkiləri dəyərləndirməmək... Əlbəttə onlar var və çox razısan, borclusan çox şeyə görə həyatındakılara... Amma həm də olmayalara görə də narahatsan çox narahat.. Anlaşılmaz vəziyyətin içərisindəsən, qarışıqlıqda itib batmaq üzıərəsən... Müxtəlif yollar axtarır, əlimdə olan cavablar bəs eləmir sənin suallarına Onlar həddindən artıq çoxdular, hər tərəfdən bürüyüb və təcili şəkildə cavablandırılmaq tələb edirlər... Özün çabalamalısan yaşamda olduğu kimi sualları araşdırmaqda da-hardan gəlir niyə varlar və ümumiyyətlə lazımdırlarmı... Bunları eləməyə də bilərsən hər şeyin həlli olmalıdı deyə bir şey yoxdu, qoy bəzi suallar da açmasız qalsın... Amma bu cür olmur həmişə təəssüf ki... Sən müəyyənləşdirmədən, aydınlıq gətirmədən tamlığı təmin edə bilmirsən. Hər şey o halda bütöv hesab olunur ki sən sənə lazım olan hər problemin həlli, cavabını özünə lazım şəkildə çözə bilirsən. Hər şey onda həllini tapır sən onda rahat nəfəs alıb daxili sakitçiliyini bərpa edirsən ki, qaranlıq məqamlara işıq salmağı bacarırsan...  
Xilasın hardan gələcəyini bilmir insan çıxış yolunun hansı qapıdan açılacağını. Sənin düşündüklərin və həyatın sənə göstərdikləri. Bu yolda qarşılaşdıqların üzücü də olur ürəkaçan da amma reallıqdan danışsaq yaxşı şeylər barədə düşünənlər adətən xoş olmayan şeylərlə daha çox rastlaşırlar...   
Hər vasitəni yoxlamağa çalışırsan getmək uzaqlaşmaq da daxil... Bəlkə onda daha rahat həyat tərzinə yol açmış olacaqsan bəlkə onda daha istədiyin insanlarla görüşər onların sayəsində daha çox öyrənərsən yaşamağın düzgün istiqamətini... 
Amma işin ucunda yanılmaq, var olanı itirmək də var. Bax elə budur ki adamın əlini qolunu bağlayır hərəkətsizliyinə gətirib çıxarır...
Nə olursa olsun Yanılmamaq Diləyiylə!

Комментариев нет:

Отправить комментарий