Страницы

09.07.2014

Ramin Cahangirzadə - Ey sən!

Ey sən!! Gülərsənmi çiçəklərin pərən pərən olduğu çağında?!! Mən çılımçılpaq, yarım can, yarım canan, aycan aycan çağırarsanmı?!! Çuxurumu doldurarsanmı, ya düşərsən çuxurumda çabalarsanmı?!! Gəl gülüşsüz dodaqlarımda gül! Ağlayar gözlərim, gözlərimdə darıxar bəbəklərim. Bəbənəklərinə de ki çiçək açmasınlar dağlanmış dağlarda. Pərən pərən olaram, pırpızaqlı anlarımda. 
Ey sən!! Nəyinə güvənirsənmi؟ Sənmi məni yaratdın, boşluqlarını doldurmaq ya doldurduqlarını boşaltmaq üçün?!! Gəl otur dız - dizə danışaq. Dızım dizinə dəysin. Gözlərim gözlərinə baxsın. 
Ey sən!! Günşı öz başına boşlayan, ulduzları gecəyə sancan. Ayindan baxırsanmı kıçık daxmalarda yaşayan mənə. Bu mənəm mılyonlar qabırğaların içındə yaşadan səni. Gücümü sınamaq istərsənmi. Təpədən dırnağa sən boydanı içimdə gəzdirən məni?!! 
Ey sən!! Ağlıma yerləşməyən, ucsuz bucaqsız nəmnəmənə! Tanrısanmı, tanrlığını tanıtdırmaq üçünmü yaratdın məni, ya məni yartdın tanrılığını mənə tanıtdırmaq üçün?!!
Sənə güvənimmi, ya mənə güvənirsənmi?!! Gücümə inanmaq istəyirsənmi gəl otur mənimlə qara ürəklı zındanların içındə, gəl otur mənimlə ac qalaq qabırğalarımızın içındən çıxmaq üçün.
Ey sən!! Səni sevərsəm, məni sevərsənmi ya oyuncağammı sənin üçün?!! Mən mənə yaraşmadım, sən mənə yaraşmaq üçünmu süzüldün damarımdan. Çıxardaram özümü özümdən, çıxaram özümdən, ataram səni başımdan, qalarsan öz başına. Gəl! Gələ bilməsən, gül dodaqlarımda, gecə damar gözlərimdən, ulduzu qalar bəbəkəlrimdə. Ey sən!..

Комментариев нет:

Отправить комментарий