Страницы

21.07.2014

DAİŞ-in növbəti hədəfi: Azərbaycan!

Olsun İŞİD, fərqi nədi?! Əsas odu ki, Bakı qapı arasında qalıb. Eynən Dəməşq kimi. Bakı ilə Dəməşq arasında çox oxşarlıq var. 
Əvvəlcə Bəşar ya Bəşşar. Əsəd Müsəlman Qardaşlarının simasında İslama balta çalan sabiq Suriya prezidenti Hafiz Əsədin oğludur. İxtisasca oftalmoloqdur. Əsəd 1965-ci ildə Dəməşqdə anadan olub. Dəməşqdə fransız təmayüllü “əl-Hürriyyə” liseyində orta təhsilini bitirən Bəşar sonra Dəməşq universitetinin Oftalmologiya fakültəsinə daxil olur və 1992-ci ildə təcrübə üçün Londona gedir. 2000-ci ildə atası Hafiz Əsədin ölümündən sonra Suriya tacını alır. Maraqlı və Azərbaycan politrasına doğma bir boya: Hafiz Əsədin ölümündən sonra təcili toplanan parlamentin prezident seçiləcək şəxsə qoyulan 40 yaş məhdudiyyətini 34 yaş ilə dəyişməsindən sonra gənc Bəşar Əsəd rəqibsiz keçirilən seçkilərdə 97% səslə ölkənin yeni prezidenti seçilir. 

Bəşar Əsəd daxili siyasətdə “yumşaqlığı” ilə atasından fərqlənib. Əsəd prezident vəzifələrini icra etməyə başladığı zaman dərhal Mezze həbsxanasını bağlayır. Əsədin iqtisadi islahatları çərçivəsində özəl sahibkarlığın, xüsusilə də bank sektorunun inkişafı istiqamətində müəyyən addımlar atılır, eləcə də Avropa İttifaqı ilə azad tiracət assosiasiyalarının qurulmasına dair razılıq əldə olunduqdan sonra neft sahəsinə xarici sərmayənin cəlbi sürətlənir. Bəşar 2000-ci ildə İngiltərənin paytaxtı Londonda tanış olduğu Əsma Əsəd ilə evlənir. 3 övladı var.
Əsəd İsrail və ABŞ əleyhinə çıxışları ilə diqqəti cəlb edir və bununla da digər ərəb ölkələrindən fərqli mövqe nümayiş etdirir. Suriya 2003-cü ildə İraqın işğalınadək BMT Təhlükəsizlik Şurasının Səddam Hüseyn rejimini silahla təchiz etməmək paktına qoşulan ölkələr arasında qalır. İraqın ABŞ və koalisiya qüvvələri tərəfindən işğalından bir qədər əvvəl isə beynəlxalq qurumlarda gedən danışıqlarda iştirak edən Əsəd qonşu ölkənin işğalının əleyhinə olduğunu bəyan edir. BMT Təhlükəsizlik Şurasında çıxış edən Bəşar Əsəd Qərbi İraqı işğal fikrindən vaz keçirməyə çalışsa da buna nail ola bilmir. Bir müddət keçdikdən sonra isə o, gözlənilmədən bu məsələdə ABŞ-ın mövqeyini dəstəkləyir. Lakin buna baxmayaraq, İraqın işğal edilməsindən sonra ABŞ Əsədi müharibədən sonrakı İraqda terrora dəstək verməkdə ittiham edir. Bundan sonra ABŞ, Avropa İttifaqı, İsrail və Fransa Suriyanı Fələstinin HƏMAS və İslami Cihad hərəkatlarına, eləcə də Livanın Hizbullah hərəkatına maddi-texniki və hərbi dəstək göstərməkdə ittiham edir... Bura qədər yetər. İlham Əliyevlə Bəşar Əsəd arasında olan yeganə fərq (ABŞ,Qərb,İsrail üçün) məhz İsrailə qarşı Müqaviməti dəstəkləməsidir. Aydın olur ki, Əsədə qarşı beynəlxalq imperializmin demarşı nə üçündür. Əgər deyiriksə ki, DAİŞ-in növbəti hədəfi Azərbaycandır, sual yaranır: Bakı super dövlətlərin mənafeyinə zidd nə iş görüb? Nə üçün Ağ Ev ona daim xidmətə çalışan bir rejimi manqurt təkfirçilərin tırtılı altda əzməlidir?
ABŞ da, Qərb də, bu iki klubun bütün topdaşıyanları da qloballaşma adı altında Böyük İsrailin yaradılmasına xidmət edir. Hazırda Azərbaycanda İsrail səfirliyini partlatmağa cəhd ittihamı ilə sürücü, qaloşsatan, balıqçı 10 ildən artıq həbs hökmü ilə yatır. Bu oyunla Bakı İsrailə demək istədi ki, Azərbaycan Suriya deyil. Amma bu arada müəmmalı motivlərlə saxlanılmış iki Müqavimət döyüşçüsü, xarici vətəndaş aradan çıxarıldı. İsrail gördü ki, Bakı Dəməşq havası çalır. Əgər İsrail cəbhəsi (ABŞ, Britaniya, ərəb kralları) Bakı ilə yaxınlıq edirsə bunun bir səbəbi var: İrana hərbi koridor əldə etmək. 
Bəs nə oldu ki, Bakı İsrailə koridor yox, meydan verdiyi zaman DAİŞ-təkfirçi layihəsi ortaya gəldi? Çünki kiçik Əliyev də böyük Əliyev kimi pərdə arxasında cibinə işləyir. Çünki Bakı koridorundan İrana sürünmək şəksiz ölümdür və yalnız gic təkfirçi bu addımı atmağa qadirdir. Bir var on illər Azərbaycandakı dəlmə-deşikdən İranı güdəsən, bir də var Mumyadakı şar-böcəklərə bənzər təkfirçiləri ölümə dığırladasan. İsrail ikinci yolu seçdi. Ona görə ABŞ demirəm ki, Obama dünyanın gözü qabağında İsrailə dayəlik edir. 
Biz hazırlaşmalıyıq. İnandırıcı deyil ki, Əbubəkr öz terminatorları ilə müqəddəs torpağımıza qədəm qoyanda Bütöv Azərbaycan bağırtısı qulağımızı batırmış Sabir Rüstəmxanlı və bu cinsdən olanlar DAİŞ-lə vuruşacaq. Bizimki dialoq, söz güləşdirməkdi. DAİŞ də laldı, kardı, kordu, deyilən söz başına batmır. Qaban kimi başlarını aşağı salıb gedirlər. Ayaq altda qalan anadı, bacıdı, qocadı, körpədi, fərqi yox. 
Biz hazırlaşmalıyıq. Necə? Sabah 5 min təkfirçi ölkəyə təcvüz etsə (bu beş min elə Bakıdan da ayağa qalxa bilər), müqavimət cürətimiz var? Gücümüz var, bəli. Amma bu güc sönüb, işə düşmür. İşə düşsəydi Qarabağı alardıq. 
Biz hazırlaşmalıyıq. Biz eyş-işrətdə ərimiş döyüş ruhiyyəsini diriltməliyik. Qardaşımızla, özümüzünkü ilə necə həvəslə vuruşuruqsa düşmənlə elə vuruşmağa hazırlaşmlıyıq. 
P.S. Böyük Kürdüstan xəritələrində Azərbaycan torpaqları da özəlləşdirilib. Hazırlaşmalıyıq!

nur-az.com

Комментариев нет:

Отправить комментарий