Страницы

21.07.2014

Qulamhüseyn Saidi - ATAMIN YUXULARI

Cümə günüdür. Atam neçə dəftərlə neçə qucaq kağız gətirib, öz önündə, oturma otağında sərələyibdir. Taxcalar xərc sənədləri, müxtəlif dəftərlərlə əməkdaşların aylıq [əmək haqqı] listələri ilə qalanıbdır. Atam vergi idarəsinin muhasibidir. Anam deyinərək otaqdan eyəşigə çıxıb, pillələrdə oturub, işarə ilə məni öz yanına çağırır: 
"görüsən nə xəbərdi? Görüsn başıma nə kul ələnib, buda cümələrimizdən. Axırda mən getəməsm, bu həyatdan qurtulmaram. Bilirəm gecə yarısınadək davamı var, yol getəməyin, danışmayın, o nəydi düşdü? Daha yavaş danış, mənim dəfətərim harada?... Hələ otaqları süpürməmişəm. Qıda bişirməmişəm. Tərpənməkdə olmur, dəli olur, gəl, gəl bax".
İkimizdə, sinə-sinə pəncərə altına gedirik. Atam, otağın yuxarı başında, mitil yorğan üstünə sərələnib, gözəl çal [iki boyalı tük] tükələrini alnına töküb, gözlügünü burununa mindirib, köynəyinin dügəmələri açıqdı, o açıq yerdən, qəfəsəyə tay qabırğalar həmişədən daha dik və daha bərk görünürlər. 
Neçə böyük dəfətəri bir-birinin üstünə düzüb, sağ- soluda iri kağız bağlamaları ilə qalanıbdır. Ama heç iş etəməyir. Dişlərin arasına bir qəlm qoyub, diqqət ilə otağın bir bucağına saplanıb]göz tikib]. Anam bir daha başlayır: 
- "Bu da oldu ev, buda oldu həyat, tanrım ölüm yüz dəfə bu həyatdan yaxşıdır. Biri yoxdur bu kişiyə desin, bura idarə dəyil, evdir. Nədən bu qədər özünü öldürürsən? Bax hələ, bax hələ, pişiyə tay gözün tikib o bucağa, indi başlayar, yumular, neçə ədəd kəlləsində qatışıb, ayıra bilməyir".
Bu səhnələrdən yorulmuşam, zor ilə anamı pəncərə başından qırağa çəkib, dinc səs ilə deyirəm: 
- "Yaxşı da ana, heç iş görmək olmaz, dözümün olmalıdır, az qalır, iki ildən sonra əməkli olub, buların hamısıda qurtular, bizdə rahatlaşarıq. 
Anam əlçəkən dəyil, deynir, daha dözümüm qalmayıb, pillələrdən yuxarı çıxıram, qonaq otağının qapısın açıb yerdə uzanıram. Başım gicəlir az qalır bayılam. Üz-üzəmdə atamın gənclik şəkili duvardan asılıb. Bəzəkli qiyafəsi, yanaqları təxminən qalxıq, tükləri isə daranmış. Mən atamın yaşına çatığımda nə qiyafədə olacağımı, xəyal edirəm. Bu ölü-vay bədənimlə. Başımda bir şey yerbəyer olur, atamın şəkili, şəkil qabının içındə can tapır, qiyafəsi dəyişir. Ağzının iki qırnasıda dərin qırışlar[bukuşlər] görünür. Tükləri qarışıb, qaş-qabaq sallayır, üzü büzüşür. Yanaqları batır, çiyinlər, çiyinləri yuxarı gedir, ağzı açılıb, bir an qusmağa başlayır. Hiss edirəm, əcayib ürək bulanma tapır məni, qalxmaq istəyirəm. Şeh qoxusu burnuma dəyib, dalıca oturma otağından atamın bağırtısı. Yürüş [həmlə] başlayıb. 
Tələsik özümü oturma otağına çatdırıram. Atam yalnızdır. Qəribə əsim-əsim əsməcəyə düşübdür. 
- Nəyindi ata? Birzad olub? 
- Düz dəyil, düz çıxmır. Bu işdə bir kələk var. 
- Nə kələyi ata? 
- Bu dəftərlərdə hər nəmənə yerbəyer olur. 
- Nə yerbəyer olur? 
- Ədəd ilə rəqəm. İstəyirsən nə yerbəyer olsun. 
- Nə təhər yerbəyer olur. 
- Hamısı qarışqalara tay yol gedirlər. Qarışırlar. Məni ələ salıblar. 
- Ata belə birzad mümkün dəyil. 
- Necə mümkün dəyil? Öz gözlrimlə gördüm, neçə dənə dörd, doqquz ilə beş, tov ilə yerlərin dəyişdilər. 
- Bu önəmli dəyil atacım ... 
- Önəmli deyil? Müftə yeyirsən, müftə dolanırsan, sənə önəmli görünmür. 
- Yorulubsan ata, bir zad ... 
- Yorulubsan nədir. Bilirsən hesab yalnış çıxarsa nə hadisəsi çıxar, sən heç mənim sözümü başa düşürsən? Balaca bir fərq [ixtilaf] çıxsa bilirsən nə olar? Fərq nə ilə bərabərdir? 
- Fərq həmən fərqdir. 
- Yox boynu yoğun. Fərqin başqa anlamı yeyintidir [ixtilasdır]. Fərq yəni yeyinti. 
- Yəni kim yeyinti edib? 
- Yəni mən. Şərəfsiz, namussuz atan. 
- Sizin pul ilə işıniz yoxdur ki. 
- Onda bu yazdıqlarım nədir. Bunlar pul dəyil! 
- Axı pulun əddin oğurlamaq olmaz ki. 
- Onda nəyi oğurlamaq olar? 
- Pulun özün. 
- İtil get, sən nə başa düşürsən. Rəhmətlik "Dəftəri" yadında dəyil? 
- Niyə, yadımda. 
- Nə üçün özün öldürdü? 
- Bilmirəm. 
- Bəli, bilmirsən. Elə bu fərq üçün özün öldürdü. 
- Düz iş etəməyibdir. 
- Bəli, sizlərdən elə belədir. Məndə özümü öldürəndə elə bunu deyəcəksən. 
- Axı nədən özünü öldürmək? 
- Canım, adı pis olmaqdan, adı pis olmaqdan. Xəyal edirsən nədən qorxuram? Turğandan [polis məmurundan] yoxsa məhkəmə rəyisindən, yada zindandan? Yox ağa, fəqət adı pıs olmaqdan, adının pis olmasından qorxuram. 
- Ata adın pis olmaz, hamı sizi tanıyır, arxayın olun! 
- İrəli gəlməz? İrəli gəlib indi, bu ana qədər ki qabağa gəlib. Bəs nədən belə olub? Nədən hər nə qatışıb? Nədən hər nə bir-birə qatışıb? Nəyə? Cavablaya bilərsən yoxsa yox? Niyə lal oldun? Dilin tutuldu? Daha de görk qeyərtsiz səbəbçi. 
Əlini havada dolandırdı, dəftərlərin birini tutdu. Mən özümü otaqdan eşigə atanadək, ağır birzad arxamca, bərk bir yumuruq qapıya döydü. 
Günorta saat iki də, mən lə anam dolabda nahar yeyib eşigə çıxırıq. Atamın qıdası taxcada soyuyubdur, nə mən, nədə anamın yemək vaxtını xatırlatmağa cəsart yoxumuzdur. Atam başını qaldırıb, gözlük arxasından mənlə anama baxır. 
- Nəyinizdir? Nədən beləcə mənə baxırsınız? 
Mən anamdan daha ürəkliyəm, yavaşca deyirəm: 
- birzad dəyil. 
- Niyə, çox zadlar var. Sizlər bilməyirsiniz. 
- Mümkündür ata. 
- Yox, mümkün dəyil, bir dəqiqə önə gəl. 
Önə gedib, yanında oturdum. Atamın önündə açıq olan dəftər, ədədlərin saysız sutunları ilə doludur. Ata, barmağı ilə bir ədədi mənə göstərir. 
- Bu neçədir? 
- On! 
- Ama neçə dqiqə bundan öncə yeddi idi. 
- Bu biri neçədir? 
- Üç. 
- Doğrudur, bu yerindən tərpənməyən təkəcə rəqəmdir. 
- Bu biri. 
- Doqquz. 
- Alçaq şərəfsiz. Bunu göstərmədən öncə altı idi. 
- Necə ola bilər? 
- Yəni mən yalan deyirəm? Altı idi da. 
- Necə ola bilər? Bəli? 
Neçə an otağın bir bucağına saplanıb[göz tikib] sonra sevinclə! 
- Yaxşı bəllidir, doqquz tərsə düşər olar altı. Yoxsa yox? 
Yumuşaqca cavabını verirəm. 
- Bəli, dombalaq aşıb altı ola bilər. Dombalaq, tərsitə. 
- Doğrudur. 
- Ancaq yeddi nə iş etəsədə dqquz ola bilməz, olar? 
- Niyə, ola bilər olduğu kimi uzanıb, bir olub, onda başını əyib, girdələnib, doqquz olar. 
Bərk bir yumuruq böyrümə dəyib, yerimdən atıldım. 
- Axmaq adam, özünü səri. Ola bilməz. Ancaq mən bu kələkdən baş çıxartmalıyam. Bəli, bu arada bir qəribə sirr vardır. Bir cadu-madu işdədir. 
Anama sarı qayıdıb, göz bəbəyindən çıxmiş gözlər ilə ona sancılır[göz tikir]. Yavaşca gözlüyün çıxardıb, dəftərin arasına qoyur. 
- Arvad bax görüm, bu iş, sənin işin olmaya? 
- Nə deyirsən kişi, lap dəli oldu ha! 
- Hə öz canın üçün, fikr edirəm hamısı sənin günahındır. Nə edibsən? 
- Əl çək get işinə. İndi hər nəyi mənim boyunuma yıxmaq istəyirsən? nəyə bu işi edim? 
- İdarənin işini evə gətirməyim deyə. 
- Aman allah, daha nələr eşitməyəcəyəm ki. 
Ayağa qalxıb, tələsik anamın tüklərindən yapışıb, otağın dövrəsində sürütləyir, hərdən bir çiyinlərinin ortasından bərk yumruq çalır. 
- Öldürəcəym! Öldürəcəym! Gərək deyəsn, düzünü de. 
Acıqla araya atılıram. Anamı atamın əlindən qurtarıram. Anam ucadan ağlaya- ağlaya dalbadal qarğış edir. 
Anam çadırasın götürüb, qapını açıb bayıra çixədi. Tələsik arxasıca qaçdım. Anam ağlaya-ağlaya qayıdıb, pəncərədən həyətə sallanan atama: 
- Səni yarımayasan kişi. Yaxşı ömrümüzün sonunda bu qarı vaxtı əməyimi ovcuma qoydun. Fikr edirsən əsir tutubsan? Gedirəm qardaşım evinə. 
Atam uca səslə bağırdı: 
- Hansı qəbirə gedirsən get, öləsn səni, hərkimsə idari işlərdə mudaxilə edirsə, görəcəyi budur. 
Çalar saatımız [zəngli saat] 12 dəfə zəng çalır. Uzərindəki kəkilli, oniki dəfə ağzın açıb yumur. Qunşunun xoruzunun səsilə kəkillinin səsi qatışır. Mən qonaq otağında uturub, siqaret çəkirdim, biran qapı açıldı, atam, çaşqın-çaşqın içəri girdi. Əlləri döşünə qoyub, önümdə diz çökür. 
- "Əcəl həzrətləri! Rica [xahış] edirəm, mənim son müdafiəmə diqqət edəsiniz, mən acınacaqlı [fələk vurmuş] əmkdaşdan artıq birzad dəyiləm. Bir ömür, tam fədakarlıqla, vergi hesablarını sal-çıx etmişəm. Allah şahiddir, bügünədək ən kiçik xəlaf işdə etəməmişəm. İndiyədək mənim ayağım buralara çatmayıbdır. Mən tam şəraftlə yaşamışam və yaşayacağam. Bilməyirəm nə oldu belə duruma düşdüm. Bilirəmdə qanun kimsəni bağışlamaz, ədalt hamını tutacaq, ancaq bu dəfə, günah o qorxmalı arvad ilə boynu yoğun oğlmdadır ki belə oldu. Mən, cəza çəkməkdən qorxum yoxdur, fəqət abırsızlıqdan qorxuram. Məni uşaqlarınızın başının təsəddəqi olaraq buraxın, qoymayın hər kiməsənin yoxsa alçağın yanında abırım aradan getəsin. Mənim adımı qəzetələrdə yaymayın, mən yazığam, min cürə yazıqlıq çəkmişəm. Ancaq heçvaxt, abırsız olmamışam. Məni abırsız etməyin. Rica edirəm, rica edirəm, mənim ödəvimi [vəzifəmi] bəlli edin." 
Mənim ayaqlarımı qucaqlamaq istəyir, qaldırıram. Mənim ağayana [amiranə] səsim otaqda dolaşır: 
- Sizin günahınız yalnız bizim əmirlərimizi aparmamağınızdır. 
- Mən səhv elirəm. Hər nə siz buyursanız birbəbir edəcəyəm. 
- Belədirsə, lap indi, bir aspirin həbbi atıb, rahatca yatacaqsınız.
Atam baş üstünə-baş ustünə deyərək, otaqdan bayıra çıxədı. Neçə dəqiqədən sonra sinə-sinə keçənəyə[dəhlizə] girdim. Atamın xorultusu oturma otağından ucalıbdır, bəlli olmayan yerdən isə bir kəkillinin səsi qulağa çatır.

Tərcümə etdi: Hüseyn Vahidi

Комментариев нет:

Отправить комментарий