Страницы

21.07.2014

Qarabalanın “qara qutudakı” sirri

Zahir Əliyev

Lap uzaqdan başlamayaq- sionistlərin qədim dünyadan, onların mənfur  xislətlərinə dərindən bələd olan və onlarla münasibətdə son dərəcə diqqətli olan şərqdən təcrid olub, yanki torpağına ayaq basmasından, dişi beyinləri ilə ABŞ sənayesinə, elitasına kök salıb özlərinin, bir tərəfdən həqiqət, bir tərəfdən mistik, digər tərəfdən isə propoqanda kimi görünən ideyalarına o boyda dövləti alət etmək (əslində öz dövlətləri olaraq) bacarıqlarından, “soyuq müharibə”dən və sairədən kifayət qədər ciddi təhlillər edilib. Vicdanı ilə idrakının vəhdətinə nail olan hər bir ağıllı insan, bir az təhlildən sonra, bu çılpaq həqiqətləri  fəhm etmək iqtidarındadır, zənnimcə. Şimali Amerika torpağına daha əvvəl köçən avropalılar, yerli tayfaların soyqırımı, hindu sərvətlərini  talan edərkən onların özlərini və köçkün fəhlə sinfinin amansızcasına istismarı, vətəndaş müharibəsinin su yerinə axan qanı ilə, onsuz da, vəhşi kapitalizmin doğulması üçün kifayət qədər ciddi bir zəmin yaratmışdılar. Özünə “Vəhşi qərb” mifini qazandıran bir cəmiyyətdə, daha mötədil bir siyasi-iqtisadi sistemin qurulması qeyri-mümkün idi.
Bütün yollar sərvət yığımının, istismarın, müstəmləkəçiliyin, təbəqələr arası dərin uçurumun qeyri-insani və  manyakal tərzdə generasiya olunduğu  vəhşi  bir kapitalizmin yaranmasına aparırdı. ABŞ yaradıldı və onu yəhudilər yaratdı. Onlar, məhz bu yeni dövlət üçün qaçıb gəlmişdilər. Elə bir dövlət ki, onlara əllərini gen-bol yana açmaq imkanı verəcəkdi; tam təcrid olmuş, bol sərvətli yeni bir dövlət olacaqdı. Bu, elə bir dövlət olacaqdı ki, hadisələrin xronoloji selinin hökmünə tabe olan cəmiyyət, kovboyların, edam və linç fırıldaqçılarının, qumarbazların, qızıl mədənçilərinin və digər sənayeçilərin yaşamaq uğrunda mübarizə və sərvət hərisliyi motivləri fonunda, hələ uzun müddət mübarizə nəticələrindən asılı olaraq tənzimlənəcəkdi. Bir tərəfdən səfalətdən qurtulmaqdan ötrü Şimali Amerika torpağının hər tərəfinə səpələnən yalavacların acınacaqlı həyatı, bir tərəfdən də var-dövlət bolluğuna düşənlərin hərisliyi, dövlət və hakimiyyət anlayışlarını uzun bir müddətə bu xaotik həyatın tozanağından kənarda saxlaya biləcəkdi. Nəticədə, ağıllı və savadlı yəhudilər, qısa müddətdə öz yeni dövlətlərinin xidmətçi və hakim sinfini müəyyənləşdirib idarə etməyə macal tapacaqdılar. Və...daha sonra “keçinin böyük planları”...hansı ki, indi haqqında danışmaq istədiyim məsələ, məhz onun bir parçasıdır. Başqa heç nə...
İslam dini, bəşərin indiyədək qarşılaşdığı ən rasional nəticələr verə bilən təlimlərdən biridir. Şəxsən mənimçün  bu məsələdə yeganə təəssüf doğuran məqam, belə bir dinin ərəblərə göndərilməsidir. Baxmayaraq ki, onların buna hamıdan çox ehtiyacları olub və var. Mümkündür ki, ərəblərin zatıbir tayları olan yəhudilərin də bu işdə bəxtləri pis gətirməyib. Bəlkə də Davud peyğəmbər Məhəmməddən daha insaflı kişi olub. Özləri bilər. Görünən odur ki, biz-təqsirsiz qövmlər, bu iki zatıbir millətin ilahi qatından başlayıb indiyədək davam edən və bizə heç bir tərəfi ilə aidiyyatı olmayan müharibələrinin qurbanıyıq. Ərəblər, bəlkə, allahın adından istifadə edib yəhudiləri öz səmavi kitablarında bilərəkdən qaralayıblar? Bəlkə, hamımız elə buna görə bu gün  zibilə düşmüşük? Necə deyərlər, “Ərəb qardaş, madam ki, sənin allahın yerə endirdiyi kitbında məni bu cür qələmə verir, onda sənin allahının acığına mənim də allahım şeytandır!” aqressiyası bəlkə bu gün bütün ərəblərə, islama və bu işə ayağı ilişən hər kəsə qənim kəsilib? Baş rolda da iki yəhudi dövləti-ABŞ və İsrail, əllərində də NATO, müttəfiqlər, vəhabilər, nurçular, GeMo məhsullar və s. kimi təhlükəli silahlar. Son 20 ildə ABŞ, şərqdə-insanlığın və mədəniyyətin beşiyində apardığı müharibələrlə bəşəriyyətə nə qazandıra bilib?! Və apardığı hansı müharibə məhz, sadə ABŞ vətəndaşının mənafeyinə xidmət edib?  Bombaladığı neçə ölkəni ağ günə çıxardıb?! Hər dəfə işğallardan sonra, neçə dəfə əməlin nəticəsinin, girməzdən öncə dünyaya sırıdığı səbəb qədər məntiqli izahatını verib? Neçə dəfə bütün bu işğallara görə cavab verib? Və nəyi dəyişdirə bilib? Və əgər məqsədi insanlığa yardımdısa, o zaman, məsələn, niyə Liviyanı qana boyamaq əvəzinə bura sərf etdiyi hərbi xərcləri Afrikanın bir səfalət içində batan ölkəsinə sərf etmədi?! Liviyalılar, misalçün, sudanlılardan dahamı pis yaşayırdı?! Əsla! Bunların hamısı gün  kimi aydındı. Aydındır ki, ABŞ adlı dövlət, xarici siyasətdə, özünün cızdığı dünyanın mütləq əksər bir hissəsi ilə münasibətdə, yalnız və yalnız bir qrup semitdir.                
Keçək əsas məsələyə- Ukraynanın Rusiya sərhədinə yaxın yerdə, Donetsk səmasında Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulmasına. Ukraynada baş verənlərin geniş izahatına ehtiyac duymuram. Əlbəttə, ABŞ, Ukrayna əməliyyatına başlayanda, bəlkə də, Rusiyanın Krımı geri alacağını təxmin etmişdi. Amma, ölkənin Donetsk, Luqansk kimi regionların bu qədər dirənəcəyinə və onun kadrlarına  bu qədər problem yarada biləcəklərini təxmin etməmişdi bəlkə də. Çünki, ABŞ, hər zaman bu tip “demokratik islahatlar” təcavüzləri zamanı, nədənsə, qərb təbliğatının təlqin etdiyi xüsusi çalarlı azadlığın, seksin, hər cür əndazəsizliyin, əxlaq, zövq və bu kimi digər məsələlərin yeni modifikasiya olunmuş formalarının ölkə əhalisinin altşüurunda yarada biləcəyi effektə çox bel bağlayır. Əlbəttə, bir çox hallarda yanılmayıb. Böyük bir qism Ukrayna vətəndaşı da, ola bilsin ki, məhz bu effektin qurbanı oldu. Amma, Krım, Luqansk və Donetsk kimi regionların insanları, görünür  beyin yuyulmasından qurtula bilən dərrakəli və ayıq insanlardı. 
ABŞ kadrlarını təxminən silah yolu ilə hakimiyyətə gətirdi və heç şübhəsiz ki, bu, ağır cinayət sayılır. Sonradan keçirilən seçkilər, bu cinayəti pərdələyə bilməz. Xalqın iradəsi məsələsi seçki üçün  məqbuldu, hakimiyyəti zorla mənimsəmək üçün əsla. Hərbi çevriliş isə əvvəl baş verib. Poroşenkonun dəstəsi hakimiyyətə gəlməkdən ötrü qeyi-leqal yollara əl atmaqda nə qədər günahkardırsa, ölkələrinin qanuni hakimiyyətini zorla mənimsəyənlərə etiraz edib, öz müqəddəratını özləri həllə etmək istəyən kütlə, öz etirazlarında bir o qədər haqlıdır. İndi siz deyin, Poroşenko hakimiyyəti, bu etirazçılara “separatçı” deməkdə nə dərəcədə haqlıdır? Və bu çevrilişin əsl mahiyyətini anlayıb, ölkələrini xilas etmək istəyən regionların haqlı etirazlarına Rusiyanın dəstəyi də başa düşüləndir. Həm Rusiyanın gələcək taleyi, həm də slavianların təhlükəsizliyi baxımından bu, mütləq addımdır. 
Bəs ABŞ, bu arzuolunmaz etirazları və Rusiyanın həmlələrini nə etsin? Belə getsə, Ukraynada heç bircə il qərar tuta bilməz. Nəticədə bu cəbhədə məğlubiyyətəmi uğrasın? Onsuz da kifayət qədər mövqe itgilərinə məruz qalıb. Bu uğursuzluq neçəyə oturar  semitlərə?  Və sizcə, bu qarmaqarışıqlıqda ABŞ-ın ağlına nə gələr? Ya açıq müharibə - bütün dünyanı nüvə müharibəsinə sürükləmək, ya da provokasiya. ABŞ, təbii ki, yenə də provokasiyanı seçdi. İyulun 17-də Donetsk səmasında Malayziyaya məxsus sərnişin təyyarəsi  qəzaya uğradı, 298 nəfər sərnişini ilə kül oldu. Əlbəttə, böyük faciədir. Dünya miqyaslı hadisədir. Sadəlövh, bir az da canında qərb eşqi olanlar dərhal Rusiyaya baxdı. Hadisədən dərhal sonra qərb mətbuatı Rusiyanın və etirazçı regionların təhlükəsindən yazdı. ABŞ rəsmi səviyyədə təyyarənin məhz Rusiyanın dəstəyi ilə vurulduğunu, ABŞ-ın xaltalı tulası olan Türkiyə isə, bunun məhz Rusiyanın etdiyini dedi. Amma, bu yazını oxuyan hər kəsi bir neçə sual ətrafında düşünməyə çağırıram. Vicdanlarını itirimşlərin geriyə yolu yoxdur. Onlar bu yolda hər şeyini itirblər, ədalət nədir ki?..
Əvvəla, Poroşenkonun əmri ilə artileriya mərmilərinin uçduğu bir səma, uçuş üçün qəti əlverişli deyil.  Malayziya da, Hollandiya da bunu dərk etməli, hazırda döyüş gedən bir ərazinin üstündən təyyarə uçurtmamalı idilər. Həm də, artıq iki döyüş təyyarəsinin vurulması faktı ortada varkən. Digər tərəfdən, Donetsk və Luqanskda baş verənlər, məhz Poroşenko və dəstəsinin hakimiyyəti zorla mənimsədikləri üçündür. Hakimiyyətin zorla mənimsənilməsi qeyri-qanuni hesab olunmursa, bu əməlin özünə etiraz olunması niyə qanunsuz olsun? Və Poroşenkonun həqiqətdə qanunsuz sayılan əməlinə etiraz edən regionda bir mülki təyyarənin vurulmasına görə, niyə ilk növbədə Poroşenko höküməti məsuliyyət daşımamalıdır? Və sənin belə bir təhlükəli ərazin varsa, niyə dünya ictimaiyyətini bu təhlükədən xəbərdar edib, həmin ərazi üzərindəki səmadan aviasiyanın keçidinə mane olmursan? Bu, Poroşenkonun məsuliyyəti deyil, bəs kimindir? 
Təyyarənin parçaları hələ tüstülənməkdə ikən necə oldu ki, ABŞ-ın “ilahi fəhmli” kəşfiyyatı hadisənin baş vermə səbəblərini detalları ilə ortaya qoya bilir? Bütün aero qəzaların əsas açarı olan “qara qutu” tapılıb çözülməmiş, ABŞ kəşfiyyatında bu qədər detallı və arxayıncasına verilən məlumatlar hardandı? Üstəlik, güya təyyarənin vurulması üçün istifadə olunan “Buk” raket kompleksinin Rusiyadan gətirildiyini, gətirilmə marşrutlarını, nə zaman gətirildiyini və nə zaman geriyə göndərildiyini ABŞ-ın sərçəsinin belə, indiki halda çətinliklə uça bildiyi Rusiya ərazisində ABŞ kəşfiyyatı hadisədən bir gün sonra necə öyrənə bildi? Əgər bu kəşfiyyatda bu qədər bacarıq var idisə, necə olur ki, dünyaca məşhur terrorçular əllərini sallayaraq ABŞ ərazisinə daxil olur,  fit çala-çala ABŞ-ın iki aeroportundan üç təyyarə minib işə salır və həmin an o aeroportlarda heç kim olmur? Və heç kimin də vecinə olmur ki, bu iki naməlum adam üç təyyarəni hara aparır, nəzərə alın ki, təyyarənin işə salınması ilə göyə qalxması arasında minimum 10 dəqiqə məcburi intervalı var və bu müddətdə nəyəsə görə ABŞ təhlüləsizlik sistemi, aeroport işçiləri harasa yox olublarmış. Təyyarələr göyə qalxdıqdan sonra isə heç bir naviqasiya bu üç təyyarənin qrafiksiz-zadsız hara uçduğunu tuta bilmir. Pentaqona və göydələnlərə çatana qədər bir xeyli yol gedirlər, amma qüdrətli ABŞ kəşfiyyatı yenə də bunların qarşısını almaq üçün bir tədbir görmür. Necə olur ki, bütün bu müddət ərzində yatmış ABŞ təhlükəsizlik sistemi çırpılandan dərhal sonra hadisədə günahkar olan terrorçuların nənələrinin geyindiyi tumanın rənginə qədər detallı məlumatlarla bütün dünyanı Əfqanıstana qarşı səfərbərliyə çağırır? Və bu “möhtəşəm” kəşfiyyat,  necə olur ki, illərlə bir keçi otaran Ben Ladenin əlində aciz qalır? Bütün dünyanın şübhələri ilə qarşılaşanda isə, birdən necə olursa Ben Ladeni bir binaya mıxlayırlar. ABŞ da gedib 3-4 əsgəri ilə onu tutub öldürür. Onacan isə, bu Ben Ladenin dalınca düşə-düşə nə qədər məmləkəti onu gizlətməkdə ittiham edib bombaladı. Ben Laden isə, rahatca bu ölkədən o ölkəyə keçir, videosunu çəkib “Əl-cəzirə”yə göndərir, ABŞ-ın yağış kimi yağan bombalarından sağ-salamat qurtula  bilirdi. Amma bu qüdrətli kəşfiyyat onu heç cür tuta bilmirdi.
Qayıdaq  Rusiyaya. Siyasi gedişləri ilə qərbin özünün belə, heyran qoyan Putin, həqiqətənmi ilin-günün bu vaxtında, hər şeyin üstünə gəldiyi bir vaxtda, dəxlsiz bir ölkənin mülki təyyarəsini, müdafiə etdiyi etirazçıların başı üstündə vurduracaq qədər səbatsız oldu?  Bu, onun nəyinə lazımdır axı? Amma, qüdrətli ABŞ kəşfiyyatı buna da izah tapıb: təyyarə səhvən vurulub. Daha da pis! Rusiya raket göndərib, dəstəklədiyi “separatçılar”  isə səhvən mülki təyyarəni vurublar. Terror əməlidirmi? -Bəli! Nə etmək lazımdır?- Nato və müttəfiqlər təcili bu terror yuvasını bombalamalıdır! Rusiya da bu terroru dəstəklədiyi üçün cəzalandırılmalıdır. Bu qədər sadə...
Zatən öz iyrənc planlarına görə qərbin insan qurban verdiyi bir ilk deyil.  Hadisə, miqyasına görə qlobaldır. ABŞ, Rusiyanın hər cür təsirini neytrallaşdıraraq "antiterror əməliyyatları" adı ilə, nəhayət ki, Ukraynanı işğal etmək üçün-"separatçıları" və ya rus məhəbbətinin ocağını söndürmək üçün bura girmək üzrədir. Bu, artıq Ukraynanın daxili işi hesab olunmur. Dəlil-sübut tapılmazsa, Rusiya  bunun "separatçılar" tərəfindən edilmədiyini sübuta yetirə bilməz. Başqa sözlə, qlobal bir qəza, RF-nin "insanların öz müqəddəratını təyin etmək hüququnun müdafiə etməsi" məsələsini dəstəkləməsini ertələmiş olacaq. Yəni, qərb, "təyyarəni vuran separatçıları"-qərbin yəhudi kadrı Poroşenkoya mane olan və Rusiya təhlükəsini get-gedə artıran etirazçıları yer üzündən siləcək. Baxmayaraq ki, Donetsk etirazçıları, özlərində belə yüksəklidə hədəf vurmaq imkanına malik olan silahın olmadığını bəyan edir və ittihamı qəbul etmir. Ukraynanın yəhudi höküməti isə etirazçıların onlardan belə bir silahın oğurlamadıqlarını, amma təyyarənin məhz onlar tərəfindən vurulduğunu deyir. Yəni, silahı Rusiya verib. ABŞ rəsmi şəkildə raketin məhz Rusiyanın verdiyini təsdiqləyən inkarolunmaz sübutlara malik olduqlarını deyir. Bələdik bu “inkarolunmaz sübutlara”, hansı ki, İraqa girməmişdən əvvəl də dünyanı bu ”sübutlarla” aldatmışdı. Dediyi təsdiqini tapmadı, kim neynədi ona? Amerikan köynəklərini geyinib, fəstfudunu yeyib üstündən kolanı əndərən, şortik, seks, “rəng” əhlini, digər kütbeyinləri boynu xaltalı tazıları aldatmağa nə var ki? Xerosima və Naqasakidən bu yana bu qədər qan tökən bir ölkəyə hələ də xilaskar kimi baxanlar, niyə təyyarənin məhz Putinin vurmasına inanmasınlar ki? Əlbəttə, ABŞ-ı təqsirləndirmək üçün mənim əsaslı sübutlarım yoxdur. Amma, çox yaxında hamımız birgə bu sübutlara şahid olarıq.
Qara qutu isə, deyilənə görə Putindədir. Bu, həm də bu müdhiş provokasiyadan, bəlkə də, yeganə qurtuluş yoludur. Və hələ o “qara qutuda” nəyinsə olması bizə bəlli deyil. Ümumiyyətlə o təyyarədə nələrin baş verdiyini biz bilmirik. Hərçənd, ABŞ sosial şəbəkələrində güya təyyarədə hər şeyin normal olmasını göstərən müəmmalı bir video da yerləşdirib- hanısa sərnişin boş-boş salonu çəkir. Və bunun məhz həmin təyyarə olub-olmaması da bəlli deyil. ABŞ yenə də provokasiyaya yaxşı hazırlıq görüb. Amma, onun maliyyələşdirdiyi qəzet və saytları oxumayanların sayının günbəgün artdığını nəzərə almalıdır. Ümid edirəm ki, “qara qutu” və Putin danışandan sonra, hamı qərbə baxıb qara oğlanın avamlığına gülümsənəcək...

Комментариев нет:

Отправить комментарий