Страницы

21.07.2014

Ruslan Bəşirlini vəhhabilərlə nə birləşdirir?

Ölkəmizdə gizli vəhhabi mafiyasının fəaliyyəti çoxlarına sirr deyil. Onlar öz maskalarını çoxdan yırtaraq cəmiyyət və dövlət əleyhinə işə başlamışlar.

Kompleks tədbirlərinə isə dini moizələrdən tutmuş biznes şəbəkəsinə, siyasi dayaqlara və hətta terrorçu qruplara qədər hər şey daxildir. Sələfi mollalar Youtube saytına yerləşdirdikiləri vəzlərində xalqın küfr içində olduğunu açıq-aşkar söyləyir, bəzi müftilərin namaz qılmayanların öldürülməsinə dair hökm verdiyini bildirirlər. Onların maliyyə mənbəyi əsasən multimilyoner ərəblərdir. Pul olduqdan sonra isə digər dayaqları tapmaq çox da çətin olmur. Bakı merinin oğlunun vəhhabilərə siyasi dəstək verməsi mediada kifayət qədər işıqlandırılıb. Adı Suriyaya döyüşçü yollamaqda belə hallandırılan İsrafil Abutalıbovun hansı əqidədə olması vəhhabi lideri Qamət Süleymanov tərəfindən də təsdiqlənsə də, bu barədə heç bir rəsmi tədbir görülmədi.
Bəzi məmur övladlarının vəhhabilərə dəstək verməsinə isə bütün Qafqazın şeyxi də eyham vurmuşdu: “İndi elə məmurlar var ki, dövlət işində oturub maaş alır, amma övladları başqa-başqa məzhəblərə qoşulub yoldan çıxır”. Vəhhabi mafiyasının terror planlarına dair nümunələr də kifayət qədərdir. Zahirdə qarşı-qarşıya dayanmış loyal (təkfir fitvası verən) və radikal (təkfir fitvalarını icra etməyi düşünən) sələfilik əslində bir-birini tamamlayır. Azərbaycanlı vəhhabilərin Suriyada başkəsmə görüntülərinin yayılması heç də təsadüfi deyildi. Bu görüntülərlə cəmiyyətdə xof yaradır, vicdanlı jurnalistləri, ictimai xadimləri qorxutmağa çalışır və birinci qrupun fəaliyyətinə şərait yaratmış olurlar.
Sözügedən mafiya üçün böyük əhəmiyyət kəsb edən sahələrdən biri də mediadır. Onların ələ aldığı jurnalistlər çox, deşifrə olanlar isə məhduddur. Hər şey Ruslan Bəşirlinin “Hizbullah” Azərbaycanda təşkilat yaratdı” yazısından sonra başlandı. Hələ həbsxanada olarkən namaza başlayan Bəşirli əqidəcə vəhhabidirmi, yoxsa sadəcə, onlarla əməkdaşlıq edir? O, bu yazını dostlarının xüsusi sifarişiləmi dərc edib, yoxsa öz təşəbbüsü olub? Biz bunlar barədə ancaq versiya irəli sürə bilərik. Amma onun sələfiləri, vəhhabiləri bezdirmiş adamı tutdurmaq istəməsi faktdır. Onun bundan ötrü xüsusi şüvənliyə əl atdığı da ortdadaır: “İranın maliyyələşdirdiyi "Hizbullah" terror təşkilatı Azərbaycanda da təşkilatlanmağa başlayıb”; “Azərbaycanla bağlı əks-təbliğat aparan İranın "Səhər" TV-sinə müsahibə verən Namiq Həşimzadə İranı tərifləməklə yanaşı Azərbaycanı təhqir etməkdən də çəkinməyib”; “İranda yaşayan 30 milyon Azərbaycan türkünün müstəmləkə əsarəti altında olduğunu deməkdənsə, Azərbaycanın özünün işğal altında olduğunu bildirib”; “Azərbaycanı aşağılayan ifadələrdən istifadə edib” və sair.
Nisbətən tanınmış bir jurnalistin belə işverənliyinin səbəbi nədir? İfrat millətçilik, uyğun məzhəbə qarşı antipatiya, İslama və insanlığa utanc gətirən vəhşi vəhhabiləri dəstə-dəstə cəhənnəmə vasil edən “Hizbullah”a nifrət, yoxsa sələfi etiqadlı terrorçu qruplaşmalar olan əl-Qaidəyə, əl-Nusraya, İŞİD-ə sevgi? Bilmirik. Biz heç vəhhabi mafiyasının Həşimzadəni tutdurduqdan sonrakı planının nə olduğunu da bilmirik. Ruslan Bəşirlinin bu plana müksimum dəstək verdiyini isə ehtimal etməmək sadəlövhlük olardı. O, Namiq Həşimzadə ilə telefon danışığında demişdi ki, səni indiyə qədər çox yerə “söhbət”ə çağırıblar, amma gəlməmisən. Namiq Həşimzadəni ancaq sələfilərin, vəhhabilərin “söhbət”ə çağırmasının mümkün olduğunu nəzərə alsaq, Bəşirli burada növbəti dəfə özünü deşifrə etmiş olur. Bu adam satqınlıqda, ermənilərlə işbirliyində, vətənə xəyanətdə ittiham edilir, həbs olunur, sonra da əfv ərizəsi yazaraq həm təqsirini boynuna almış olur, həm də müxalifətdə olan silahdaşlarına qarşı növbəti xəyanətə imza atır: “Etdiyim cinayətin məsuliyyətini bu illər ərzində anlayaraq, səhvimi başa düşmüşəm. Həmin dövrdə olduqca gənc və çılğın olduğum üçün sizi və bizi istəməyən qüvvələrin təsirinə düşmüşəm. Artıq bu illər ərzində keçmişi analiz edərək səhvlərimi dərk etmişəm”. 
Ehtimal etmək olar ki, bu növ kəskin sındırılmadan onda təkcə hakimiyyətə yox, həm də dövlətə qarşı sınırsız nifrət, intiqam hissi yaranıb və vəhhabi mafiyasına qoşulmaqla bütün Azərbaycanın fatihəsini oxumağı qarşısına məqsəd qoyub. Ruslan Bəşirli öz şüvənliyini yalnız sözügedən yazıda və daha sonrakı “Şok audio”, “Ruslan Bəşirli təhdid olundu” və digər yazılarda nümayiş etdirmədi, öncə Binəqədi RPŞ-nə, sonra DİN naziri Ramil Usubova, daha sonra isə MTN naziri Eldar Mahmudova müraciət etdi, qıcıq yaratmaqdan ötrü bəzi ifadələri dönə-dönə təkrarladı. Ancaq təbii ki, şüvənlik salmaqla məsələ həll olunsaydı, indi Azərbaycanda xaos hökm sürərdi. Kim də bilməsə, hüquq-mühafizə orqanlarında onun kimliyini, hansı məqsədlə məsələyə girişdiyini, eyni zamanda xarici təşkilatların Azərbaycanda hansısa özəyinin olub-olmadığını gözəl bilirlər. Mövzu bağlanmış görünür. Bəlkə də Bəşirli necə böyük səhvə yol verdiyini, emosiyalara qapıldığını fərq edib. Bunu da bilmirik. Bildiyimiz odur ki, o özünü çox rəzil, miskin duruma saldı və Həşimzadə həbs olunsaydı, bu rəzillik ikiqat artardı. “Rəzil” dedim,
Şəhriyarın bir beyti yadıma düşdü:

Gedib ey yazıq dilənçi, qapısını döy Əlinin,
Ki üzük verib şah eylər kərəmilə hər gədanı.

Mehdi        nur-az.com

Комментариев нет:

Отправить комментарий