Страницы

16.07.2014

Sionistlərin soyqırım iddiaları əslində Soyqırım sənayesidir


Bütün dünya barış, sülh həsrətində ikən, İsrail müharibə, müharibə deyə əl çırpır

Kölə olmaq istəmirəm deyənlərin isə döyüşməkdən başqa seçimləri yoxdur

Norman Finkelşteyndir milliyətcə yəhudidir. Amerikalı siyasi elm adamı, yazıçı və professor Dr Norman Finkelsteyn 8 Dekabr 1953-cü ildə doğulmuşdur. O, dünyada Holokost (yəhudi soyqırımı) və Fələstin-İsrail münaqişəsi haqdakı fikirləri, mühazirələri və əsərləri ilə məhşurdur.
Onun anası Maryla Husyt Finkelsteyn, Maydanekdə, almanların II Dünya Müharibəsi dövründə Polşada yaratdıqları həbs düşərgəsində, atası Zacharias FinkelsteYn isə Auşvitzdə, almanların dövründə yəhudiləri saxladıqları və kütləvi şəkildə öldürdükləri ən böyük ölüm düşərgəsində idilər. Atasının almanların əlindən qaçdığı deyilir. Bütün bunlara baxmayaraq bu yəhudi professor öz vicdanına sığınaraq dünyaya bağırır ki, yəhudilər Holokostu bəhanə edərək başqalarına qarşı, xüsusən də günahsız fələstinlilərə qarşı qətlliam və vəhşilikləri dayandırmalıdırlar. İndi isə onun dediyi bəzi məhşur və dünyanı silkələndirmiş fikirləri yazacam:

-"Soyqırım (Holokostu nəzərdə tutur) yaşadağını iddia edənlərin çoxu yalançıdır. Maddi qazanc təmin etmək üçün yəhudi soyqırımını icad etdilər. Sionistlərin soyqırım iddiaları əslində Soyqırım sənayesidir. Soyqırım iddiaları ilə bir çox yəhudi Avropadan pul alır, alınan pullar isə İsrailə köçürülür. Bu soyqırım iddiaları 1967-ci ildən sonra ortaya atılmışdır. Atamın çəkdiyi əzabların kimlərsə tərəfindən istismar edilməsinə göz yuma bilmərəm! Soyqırım haqqında yazılan ən uğurlu əsərlərdən sayılan "Gecə" adlı romanın yazarı (Nobel mükafatı almış məhşur yəhudi yazıçı) Elie Wiesel, pul uğrunda soyqırımı müqəddəsləşdirən bir fırıldaqçıdır! Wiesel bu sahədən qazandığı pullarla limuzinlərdən düşmür! Onun həbs düşərgələrindən qurtuluş hekayələrində də ziddiyyətlər görünür. Beynəlxalq Soyqırım Komissiyasının prezidenti Lawrence Eagleburgerin (1930-2011) illik gəliri 300 min dollardan çoxdur və bu pullar nasist qurbanlarına verilən pullardan ödənilir. Dünya Yəhudi Konfransı da bütün bu təzminatlardan və müxtəlif yardımlardan köçürülən pullarla 7 milyard dollara yaxın sərvətə sahib olmuşdur. Holokost sənayesi, başqa sözlə yəhudi soyqırımı sənayesi- tarixi tərs çevirmə taktikası yaxud tarixi həqiqətləri təhrif etmə taktikasıdır. Bunların etdikləri məzar soyğunçuluğudur! Göz görə-görə tarixi saxtakarlıq edilməkdədir! Holokost sənayesi insanlıq tarixinin ən böyük oğurluq hadisəsidir!" - deyir doktor Norman Finkelşteyn...
Xatırlatma: Holokostu (yəhudi soyqırımını) inkar edənləri cəzalandıran "Gayssot Aktı" vardır. Yəni ki kimsə yəhudi soyqırımını inkar edərsə, o cəzalandırılır. Bu qanun 2-ci Dünya Müharibəsindən sora qurulan və Holokost icraçılarının mühakimə edildiyi Nürnberq Məhkəmələrindən sonra qəbul edildi.

Professor, 150 səhifəlik "Holokost sənayesi" adlı kitabında, Roger Garaudynin (1913-2012, fransız yazıçı və siyasi xadim, 1982-cu ildə, 69 yaşında İslamı qəbul edərək müsəlman olmuşdur, bundan sonra isə yəhudi soyqırımının olmadığı haqda əsərlər yazmışdır) "İsrail, mitler və terror" adlı əsərində vurğuladığı bütün həqiqətləri eynən müdafiə edir və daha da irəli gedərək bunları yazır:
-"Bu Holokost sənayesini Avropa dövlətlərinin pullarını oğurlayıb ələ keçirtmək hesabına aparırlar. Soyqırımdan sağ qalanların sayları qat-qat artırılır və şişirdirilərək davamlı şəkildə təzminat ödətdirilir. Almaniya başda olmaqla Avropa ölkələrindən, İsveçrə banklarından uydurma soy nəticələri, yalan qohumluluqlar, olmayan ana və atalar adına davamlı pullar sızdırılır. Amerikada bir Holokost (yəhudi soyqırımı) sənayesi var. Bu sənayenin əsas məqsədi İsrailin Fələstinlilərə qarşı cani siyasətini dünyaya haqlı göstərmək və soyqırımına uğramış ailələr adına Avropadan para sızdırmaqdır. Sizlər Holokost, yəhudi qətliamı, yəhudi soyqırımı deyə-deyə günümüzdə əzab çəkməkdən inildəyən digər bütün insanların əzab və iztirablarını ört-basdır edirsiniz! Fələstinlilərin gördükləri zülmləri dəyərsiz göstərməyə çalışırsınız! Embarqo səbəbilə ölən 1 milyon iraqlı uşağı görməməzlikdən gəldiniz! Nasistlərin öldürdüyü yəhudilərin sayı qədər bu gün İraqda da iraqlı uşaqlar həlak olur! Siz bu aşkar həqiqəti belə gizlədirsiniz!"
"ABŞ prezidenti Buş, İran və Şimali Koreya kimi dövlətləri quldur dövləti adlandırır. Sizcə İsrail də bir quldur dövlətidir?"- Al Jazeera kanalının bu sualına verdiyi cavab isə belə olmuşdu: "Quldur dövlətindən daha da çoxudur İsrail. Ağlını itirmiş bir dövlət. Əhalisinin böyük əksəriyyətinin İrana ediləcək bir hücumu dəstəklədiyi dünyadakı yeganə ölkədir İsrail. Hətta məncə qudurmuş bir dövlətdir. Bütün dünya barış, sülh həsrətində ikən, İsrail müharibə, müharibə deyə əl çırpır".
Norman Finkelşteyn bu cür düşüncə və fikirlərinə görə demokratiya və azadlıq qalası sayılan ABŞ-da bəzi qrupların şiddətli hücumlarına məruz qalır. JINSA, AJC, AIPEC, WASHİNGTON INSTITUTE kimi yəhudi lobbiləri və TELEVANGALİST kimi İsrailpərəsət xristian qruplar birlikdə işlər görərək Amerikanı müsəlmanlara qarşı qaldırdığı kimi, Amerika içində də İsrail və mühafizəkar yəhudi lobbisinə qarşı olan qrupları da susdurmağa çalışır. Harvard universitetində işləyən və ən məhşur vəkillərdən sayılan, qatı mühafizəkar Musəvi baxışlarıyla tanınan Alan Derşovitz yəhudi lobbilərini də arxasına alaraq, İsraili və irqçi yəhudiləri sərt tənqid etdiyi üçün professor Finkelşteynin işlədiyi Çikqoda yerləşən DePaul universitetindən qovulması üçün rəhbərliyə təzyiq göstərmiş və nəticədə haqqı insanlara çatdırmağa çalışan doktor Norman Finkelşteyni işlədiyi universitetdən qovdurmuşdu. Professor MEMRI TV-dəki çıxışında, Hizbullaha qarşı bir döyüşün mütləq olacağını qeyd edərək, bu döyüşün əvvəlki döyüşün əksinə Livana 10 qat daha ziyan verəcəyini demişdir. Finkelşteyn, Hizbullah və İsrail arasında yeni bir müharibənin başlayacağının altından xətt çəkərək, bu müharibənin fəsadlarının əvvəlkindən on qat daha çox olacağını qeyd edirək bu sözləri deyir:
- "Hizbullahın 2006-cı ildə əldə etdiyi qələbəni təkrarlamasına imkan verəcəklərini hesab edirsiniz? Amerika və İsrail Hizbullahın qalib gəlməsinə qətiyyən imkan verməyəcəklər. Ərəb ölkələrində ola biləcək hər hansı bir dirəniş ABŞ tərəfindən dərhəl yatırılacaqdır. ABŞ bu məsələdə bir dirənişə əsla imkan verməz. Livanlıların və Hizbullahın Amerikaya baş əymələri lazımdır. Bu vəziyyətdə də ABŞ-ın köləsi olmağı qəbul etməlidirlər. Kölə olmaq istəməyib döyüşməyi seçənlərə hörmət edərəm, amma yaşamaq istəyirik deyərək, qorxaqlıq edənlərə hörmət etmərəm. Kölə olmaq istəmirəm deyənlərin isə döyüşməkdən başqa seçimləri yoxdur, çox təəssüf ki həqiqətlər belədir... Döyüşməkdən başqa bir seçimin olduğunu sanmıram. Kimsə müharibə istəməz, kimsə də məhv olmaq istəməz. Müharibə istədiyimi düşünməyin, amma inanın, bundan başqa həll yolu görünmür. İsrail Livanda (2000 və 2006-cı illərdə tarixi döyüşlərdə Livan Hizbulahı İsraili işğal etdiyi torpaqlarından qovmuşdur) məğlub olduğu müharibəni unutmadı və mütləq intiqamını alacaqdır... Yəhudi baxışını bilirsinizmi? - Əsla bağışlama, əsla unutma".

Fredmann Frankeschtein

Комментариев нет:

Отправить комментарий