Страницы

23.08.2014

Bilgəhin icra nümayəndəsi Zəngilandan imiş!

Mətbuatda daha çox Şeyxülislamın qudası kimi təqdim olunan və tanınan, lakin şeyxlə qohumluqdan öncə də Bakı kəndlərində kifayət qədər nüfuza malik olan deputat Hacı Qalib Salahzadə ilə Sabunçu rayonunun icra başçısı Adil Vəliyev arasındakı qarşıdurmaya, deyəsən nəhayət “dur” əmri verilib. Və bu mübahisə davam etdikcə Azərbaycandakı qanunla nəzərdə tutulan hakimiyyət bölgüsü ilə reallıq arasındakı eybəcər fərqlər özünü daha çox biruzə verirdi.
Xatırladaq ki, söhbət Bilgəhin icra nümayəndəsi təyinatı ilə bağlı yaranan mübahisədən gedir və icra başçısı qanunda nəzərdə tutulan səlahiyyətləri çərçivəsində bu vəzifəyə öz seçimi əsasında təyinat etsə də, əhalinin bu qərardan narazı olduğunu deyən Q.Salahzadə bunun əleyhinə çıxır. Sitat: “Kənd sakinləri mənim qarşıma fakt qoydular. Dedilər ki, əvvəlki icra nümayəndəsinin dövründə rayon icra hakimiyyəti Bilgəhdə bir metr yolu belə asfaltlamayıb. Nə iş görülübsə, icra nümayəndəsinin şəxsi təşəbbüsü, təşkilatçılığı ilə olub. Rayon İcra Hakimiyyəti pul ayırmırsa, köməklik göstərmirsə kənd icra nümayəndəsi abadlıq işlərini necə görə bilər?
Sakinlər hesab edirlər ki, Bilgəhə kəndin problemlərindən hali olan şəxs icra nümayəndəsi təyin edilməlidir və bu məsələnin həlli üçün deputat qabağa düşməlidir”.
Deputat sonrakı müsahibəsində isə Bilgəhin icra nümayəndəsinin məhz bilgəhli olmasının vacibliyini bildirib…
Qeyd edək ki, yeni icra nümayəndəsinin Zəngilan rayonundan olduğu bildirilir. /azpolitika.info/

Комментариев нет:

Отправить комментарий